Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Azərbaycanda müsbət tendensiya: Koronavirusa yoluxma azalıb

966
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8397, bu günə qədər isə ümumilikdə 3 477012 test icra olunub.

BAKI, 26 may — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 203 yeni yoluxma faktı qeydə alınıb, 596 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333097 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 322273 nəfər müalicə olunaraq sağalıb, 4885 nəfər vəfat edib. 5939 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8397, bu günə qədər isə ümumilikdə 3 477012 test icra olunub.

Qeyd edək ki, dünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 284 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

Eləcə də oxuyun: 

* Abituriyentlərdən COVID-19 pasportu tələb olunacaqmı

* Koronavirusun bizdən aldıqları: Yeri əsla dolmayacaq

* Basdırmağa yer yoxdur: Hindistanda kütləvi məzarlardan dəhşətli kadrlar

966
Teqlər:
Azərbaycan, statistika, Koronavirus, epidemiya, COVID-19
Koronavirus testləri, arxiv şəkli

Bazar günü koronavirusla bağlı vəziyyət yerdədir? Operativ Qərargah açıqladı

288
(Yenilənib 16:47 20.06.2021)
İndiyədək ölkədə ümumilikdə 335 493 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib. Aktiv xəstə sayı 981 nəfər təşkil edir.

BAKI, 20 iyun - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 493 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib. Aktiv xəstə sayı 981 nəfər təşkil edir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 581, bu günə qədər isə ümumilikdə 3 675 862 test icra olunub.

Vaksinasiya ilə bağlı son durum

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 795 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 993, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 802 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 989 458, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 949 635, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 039 823 təşkil edir.

288

Ölkədə koronavirusa yoluxma ilə bağlı son statistika açıqlandı

417
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, bu günə qədər isə ümumilikdə 3 668 281 test icra olunub.

BAKI, 19 iyun - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 462 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib. 1 014 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, bu günə qədər isə ümumilikdə 3 668 281 test icra olunub.

Koronavirus bəlası

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.

Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.

417

İsveçrə -Türkiyə matçından göz oxşayan görüntülər

0
(Yenilənib 23:54 20.06.2021)
İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.

Futbol üzrə Türkiyə millisi AVRO-2020-də üçüncü oyunda da məğlub olaraq mübarizəni dayandırdı. Qrup mərhələsinin üçüncü turunda Şenol Günəçin yetirmələri Bakı Olimpiya stadionunda İsveçrə millisinə məğlub olublar.

Birinci hissədə isveçrəlilər artıq 6-cı dəqiqədə Türkiyə millisini oyuna mərkəzdən başlamağa məcbur edib. Xaris Seferoviç rəqib komandanın qapısına yol tapıb. İyirmi dəqiqə sonra Cerdan Şakiri hesabı 2:0-a çatdırıb. Oyunun 62-ci dəqiqəsində Türkiyə millisi İrfan Can Kahvecinin sayəsində oyunda və birincilikdə yeganə qolunu vurmağa mevəffəq olub. Bundan dörd dəqiqə sonra isə Şakiri ikinci qolunu vuraraq hesabı 3:1-ə çatdırıb.

Sputnik Azərbaycan-ın fotomüxbiri bu matçın unudulmaz anlarını fotokamerasının yaddaşına köçürüb. Həmin fotoların bir hissəsi bizim fotolentdə.

0
  • © Sputnik / Murad Orujov

    İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.