Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanlı loğman zobu sadə üsullarla yox etməyin qaydalarını açıqladı

© pixabay / Conger DesignQoz
Qoz - Sputnik Azərbaycan, 1920, 16.05.2021
Abunə olmaq
"Qoz ağacda noxuddan bir qədər böyük olduqda ondan 10 ədəd yığıb ya günaşırı, ya da ki elə ardıcıl 10 gün, gündə bir dəfə olmaqla daxilə qəbul etmək lazımdır. Onu çeynəmək, əzmək olmaz, bütöv şəkildə udmaq lazımdır"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. Son illərdə dünyada endokrinoloji xəstəliklərdən əziyyət çəkənlərin sayı artıb. Şəkər xəstələri ilə yanaşı zob xəstələrinin də sayı artmaqdadır. Maraqlıdır, bu xəstəliyin birdəfəlik müalicəsi varmı?

Bakının Mərkəzi Nəbatat Bağında min bir dərdin dərmanı olan bitkilər var. Uzun illər burada çalışan, bağın "Nadir və nəsli kəsilməkdə olan bitkilər" laboratoriyasının müdiri, elmi işçi Yusif Zeynalov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb:

"Zobu birdəfəlik sağaltmaq mümkündür. Bunun üçün 500 qoz ləpəsini götürüb onların aralarındakı pərdələri çıxararaq bir bankaya yığmaq, üzərinə tam dolanadək 70 faizlik spirti tökərək 22 gün qaranlıq bir yerdə saxlamaq lazımdır. Bundan sonra o yaxşı süzülməli, gündə azı 1 dəfə, yaxud da 2 dəfə çay qaşığı ilə içilməlidir. Ağır xəstələr onu gündə 3 dəfə də içə bilərlər. Məsləhətdir ki, bu məhlul yeməkdən sonra qəbul olunsun".

"Zobu birdəfəlik sağaltmaq üçün digər üsul daha asandır. Belə ki, qoz ağacda noxuddan bir qədər böyük olduqda ondan 10 ədəd yığıb ya günaşırı, ya da ki elə ardıcıl 10 gün, gündə bir dəfə olmaqla daxilə qəbul etmək lazımdır. Onu çeynəmək, əzmək olmaz, bütöv şəkildə udmaq lazımdır. Belə olan halda zob bir illik yox olur", - deyə loğman əlavə edib.

Həmsöhbətimiz deyir 3-4 il ildə bir dəfə olmaqla bu üsulu davam etdirdikdən sonra zob tamamilə yox olur. 

Zobun yaranma səbəbi isə uşaq yaşlarından yetərli qədər yodun qəbul edilməməsidir. Loğman daha çox dəniz havası, yod tərkibli dərmanlar, yodlu duz qəbul etməyi tövsiyə edir.

Xəbər lenti
0