Həkim

Bədəndəki xallar nəyin əlaməti ola bilər

14
(Yenilənib 00:10 02.05.2021)
Düzgün forması olmayan xallar daha çox təhlükə kəsb edir. Həkim bu cür xalları olan insanlara günəş altında qaralmaqdan qaçınmağı və günəşdən müdafiə edən kremlərdən istifadə etməyi tövsiyə edir.

 

BAKI, 2 may — Sputnik. İnsan dərisindəki xallar təhlükəli ola və orqanizmdə melanomanın (bədxassəli şiş) inkişafından xəbər verə bilər. Sputnik Azərbaycan bildirir ki, bunu rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov deyib.

"Əgər sizin bədəninizdə xalların sayı 50-dən çoxdursa, bu artıq melanomanın inkişafı riskindən xəbər verir", - həkim qeyd edib.

Myasnikovun sözlərinə görə, düzgün forması olmayan xallar daha çox təhlükə kəsb edir. Həkim bu cür xalları olan insanlara günəş altında qaralmaqdan qaçınmağı və günəşdən müdafiə edən kremlərdən istifadə etməyi tövsiyə edib.

Həkim həmçinin bədəndəki xalların şəklini çəkərək mümkün dəyişiklikləri müşahidə etməyi və mütəmadi olaraq dermatoloqa müraciət etməyi də məsləhət görüb.

Myasnikov koronavirusun yeni dalğalarının olacağını və rusiyalıların peyvəndləmə məsələlərində şüurlu davranmalarına şübhə ilə yanaşdığını da dilə gətirib. Onun sözlərinə görə, hazırda Rusiya Avropa ölkələri arasında koronavirusa qarşı tam peyvənd olunmuşların sayına görə sonuncu yerdədir.

14
Teqlər:
təhlükə, dəri, xal

Koronavirusa görə daha bir məktəbdə tədris müvəqqəti dayandırılıb

9
Bakı üzrə bu göstəricilər 60 faiz, Sumqayıt üzrə 74,2 faiz, Abşeron rayonu üzrə 84,6 faiz, regionlar üzrə isə 67,2 faiz təşkil edir.

BAKI, 17 may — Sputnik. Hazırda yalnız 1 peşə təhsili müəssisəsi karantin səbəbilə yerində tədrisi müvəqqəti dayandırıb.

Bu barədə Sputnik Azərbaycan-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir. Ümumi heyətin 66,1 faizi birinci doza, 19,1 faizi isə hər iki doza üzrə vaksinasiya prosesində iştirak ediblər. Bakı üzrə bu göstəricilər 60 faiz, Sumqayıt üzrə 74,2 faiz, Abşeron rayonu üzrə 84,6 faiz, regionlar üzrə isə 67,2 faiz təşkil edir.

Qeyd edilib ki, martın ayının sonundan etibarən "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq, Peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb.

Eləcə də oxuyun:

Azərbaycanda bir gündə COVID-ə yoluxanlarla sağalanların sayı bərabərləşir

COVID əleyhinə vaksinin üçüncü dozası: o kimlərə vurula bilər?

* Ekspertlərdən həyəcan təbili: Məktəblər açılandan sonra epidemik vəziyyət pisləşəcək

9
Teqlər:
bağlanma, məktəb, Koronavirus, epidemiya, COVID-19
Mərkəzi Gömrük Hospitalının terapevti Dr. Nazilə Xəlilbəyova

Yüksək təzyiqi olan bu beş tövsiyəyə riayət etməlidir həkim açıqlayır

14
(Yenilənib 10:35 17.05.2021)
Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyova deyir ki, yüksək təzyiqin müxtəlif səbəbləri olduğu üçün ilk növbədə həkimə müraciət edilməlidir
Nazilə Xəlilbəyova: “Yüksək təzyiqi olan insanlar özlərinə diqqət göstərməlidirlər”

2005-ci ildən hər il mayın 17-si Ümumdünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü qeyd edilir.

Sputnik Azərbaycan Hipertoniya ilə Mübarizə Günündə Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyovadan yüksək təzyiqi olan insanların yerinə yetirməli olduqları beş tövsiyəni soruşub.

Nazilə Xəlilbəyova deyib ki, yüksək təzyiq olan insanlar özlərinə xüsusi diqqət göstərməlidir: “İlk tövsiyəm budur ki, yüksək təzyiqi olan insanlar mütləq həkimə müraciət etməlidir. Çünki yüksək təzyiqin müxtəlif səbəbləri var. Aydınlaşdırılmalıdır bu təzyiq osteoxondroz, ürək, ya böyrək problemi ilə əlaqəlidir. İkinci məsləhətim odur ki, insanlar qida rasiyonuna fikir versinlər və gecə vaxtı çox yeməsinlər. Həmçinin təmiz havada gəzinti, idman hərəkətləri edilməsi tövsiyə edilir. Yüksək daşıyıcısı olan insanlar stresdən uzaq olmalıdır. Digər ən vacib məqam isə yuxu rejiminə diqqət edilməsidir”.

Nazilə Xəlilbəyovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

14
 Erməni hərbçisi, arxiv şəkli

Ermənistan KTM-də nəzərdə tutulan cavab prosesini aktivləşdirir

0
"Bizim mövqeyimiz qətidir: Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər""Bizim mövqeyimiz qətidir: Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər"

 

BAKI, 17 may — Sputnik. Sünikdə (Qaragöl) yaranmış vəziyyətlə əlaqədar olaraq Ermənistan tərəfi kollektiv təhlükəsizlik müqaviləsi və Rusiya ilə strateji sistemində nəzərdə tutulmuş prosedurları aktivləşdirir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan ölkəsinin təhlükəsizlik şurasının iclasında deyib.

"Bizim mövqeyimiz qətidir: Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər", - deyə Paşinyanın "Facebook"-da paylaşdığı mətndə deyilir.

Onun sözlərinə görə, ötən bazar günü danışıqlar gecə saatlarınadək çəkib və çərşənbə günü də davam etdiriləcək.

"Nə qədər ki, Azərbaycan hərbi qüvvələri Ermənistan ərazisini tərk etməyiblər, biz yaranmış situasiyanı böhranlı, sabitliyə, suverenliyə və Ermənistanın KTMT nizamnaməsi, müqavilənin özü, böhran vəziyyətlərinə cavab reaksiyası tədbirlərində nəzərdə tutulmuş ərazi bütövlüyünə qarşı təhlükəli vəziyyət kimi dəyərləndiririk. Hələ ki, bizim qarşımızda duran legitim məsələ həll olunmayıb, bu mexanizmlər işə salınmalıdır", - deyə Paşinyan bildirib.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.

12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.

Eləcə də oxuyun:

* Lavrovdan Zəngəzur açıqlaması: "Emosiyaların qızışıdırılmasına ehtiyac yoxdur"

* Məktub yetişmədi və ya Kreml təmsilçisindən Paşinyanın məktubu ilə bağlı etiraf

Fransanın vasitəçilikdən uzaqlaşdırılması ilə bağlı mövqe nümayiş etdirməliyik - TƏKLİF

0
Teqlər:
KTMT, Nikol Paşinyan, Zəngəzur, Ermənistan