Ramin Bayramlı iki məşhur xəstəxananın rəhbərini dəyişdi

327
R.Bayramlının digər əmri ilə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub.

BAKI, 28 aprel — Sputnik. İlham Qafarov 1 saylı Tibbi Klinik Mərkəzin direktoru vəzifəsindən azad edilib. TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata bildirilib ki, bu barədə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. R.Bayramlının digər əmri ilə onun yerinə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub. İlham Qafarov 1 saylı Tibbi Klinik Mərkəzin direktor müavini vəzifəsinə keçirilib.

Telman İbadov da Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi vəzifəsindən çıxarılıb. Bu barədə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. R.Bayramlının digər əmri ilə Telman İbadovun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub. Telman İbadov isə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktor müavini vəzifəsinə keçirilib.

327
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Rəcəb Tayyib Ərdoğan: "Elmdə qısqanclıq olmaz"

2
(Yenilənib 17:10 07.05.2021)
Türkiyə Prezidenti bildirib ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

BAKI, 7 may — Sputnik. "Rus peyvəndi "Sputnik"-lə əlaqədar Putinlə danışdıq, ölkəmizə çox ciddi miqdarda peyvənd alacağıq. Daha sonra Türkiyədə də istehsala başlayacağıq". Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə müsahibəsində səsləndirib. Sputnik Türkiyə-nin yaydığı xəbərə görə, Ərdoğan COVID-19 peyvəndi ilə bağlı patentlərin ləğv olunması məsələsinə dair mübahisələrə də toxunaraq, "Bilik bütün bəşəriyyətin ortaq mülkiyyətidir, elmdə qısqanclıq olmaz" deyib.

Prezident qeyd edib ki, Türkiyə yerli peyvəndi yalnız öz vətəndaşları ilə deyil, bütün dünya ilə paylaşmağa hazırdır.

Ərdoğan onu da vurğulayıb ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

"Hazırda Türkiyədə yerli peyvəndin istehsalı ilə bağlı ciddi iş gedir. İnşallah, sentyabr-oktyabr aylarına kimi hazır olar", – deyə Ərdoğan qeyd edib.

2
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19: bütün pis göstəricilərdə azalma var

12
İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib.

BAKI, 7 may - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib. 17 897 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, bu günə qədər isə ümumilikdə 3 311 267 test icra olunub.

12
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər