Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Üçü uşaq olmaqla 22 nəfəri qəsdən virusa yoluxduran COVID-19 xəstəsi həbs olundu

21
(Yenilənib 20:02 26.04.2021)
40 dərəcə qızdırma ilə işə gələn şəxs nəinki maska taxmayıb, hətta iş yoldaşlarının üzünə öskürərək onları virusa yoluxduracağı ilə təhdid edib.

BAKI, 26 aprel — Sputnik. İspaniyada 3-ü uşaq olmaqla 22 nəfəri qəsdən koronavirusa yoluxurmaqda təqsirləndirilən 40 yaşlı COVID-19 xəstəsi saxlanılıb. Sputnik Azərbaycan bu barədə "TRT Haber"ə istinadla məlumat yayıb.

Manakor polis mərkəzindən verilən açıqlamaya görə, sözügedən şəxs xəstəlik əlamətləri göstərməsinə baxmayaraq PZR testinin nəticəsini gözləmədən işə maskasız gedib. Nəticədə xəstənin içində uşaqların da olduğu 8 nəfəri birbaşa, 14 nəfəri isə dolayı yolla koronavisrusa yoluxdurduğu bildirilir.

O da məlum olub ki, 40 dərəcə qızdırma ilə işə gələn şəxs nəinki maska taxmayıb, hətta iş yoldaşlarının üzünə öskürərək "Hamınızı koronavirusa yoluxduracağam!" - deyə təhdid edib.

 

21
Teqlər:
İspaniya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası (684)

Bu gün 25 mindən çox insan vaksin vurdurub

7
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

7

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

330
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

BAKI, 9 may - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1 539 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib. 15 917 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

330
Laboratoriyada insan beyni, arxiv şəkli

Alimlər beyin ölçüsü ilə əsnəməyin uzunluğu arasında əlaqəni aşkar ediblər

0
Bioloqların qənaətinə əsasən, beyinin ölçüləri böyük olduqca onun termoliz tələbatı da müvafiq olaraq artır.

BAKI, 9 may — Sputnik. Alimlər müəyyən ediblər ki, əsnəməyin davam etdiyi müddət beyinin ölçüsü və onun soyuma tələbatı ilə birbaşa əlaqədardır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, filogenetik təhlil əsasında alimlər əsnəməyin uzunluğu ilə beyindəki neyronların sayı arasında dayanıqlı əlaqə olduğunu bildiriblər.

"Communications Biology" saytında dərc olunmuş məlumatda deyilir ki, mütəxəssislər 55 məməli və 46 quş növü üzərində təcrübə apararaq ümumilikdə 1291 əsnəyi tədqiq ediblər.

Bioloqların qənaətinə görə, beyinin ölçüləri böyük olduqca onun termoliz (temperaturun təsisi altında kimyəvi birləşmələrin parçalanması) tələbatı da artır. Halbuki, onun temperaturu qismən neyronların aktivliyi nəticəsində istiliyin ayrılması ilə müəyyən olunur.

Ekspertlər həmçinin müəyyən ediblər ki, bədən ölçüləri daha böyük və bədənin hərarəti daha çox olduğu üçün məməlilər quşlara nisbətən daha uzun əsnəyirlər.

0