Qandal, arxiv şəkli

Xəstəxanalarda "təmizlik" davam edir: daha bir şöbə müdiri tutuldu

36
(Yenilənib 17:59 23.04.2021)
Toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 23 aprel - Sputnik. Sabirabad rayonu, Suqovuşan kənd sakininin koronavirus infeksiyasına (COVID-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun Rayon Mərkəzi Xəstəxanasının Fazil adlı həkimi tərəfindən xəstəxanaya yerləşdirilməsi müqabilində 1000 ABŞ dolları məbləğində pul alması barədə Sabirabad rayon prokurorluğuna müraciəti daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Sabirabad  Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Əliyev Fazil Məhərrəm oğlu koronavirus infeksiyasına (COVID-19) yoluxmuş şəxsin qohumundan qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün 1000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində alıb, sonradan isə həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat edib. 

Toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmış, Fazil Əliyev 23 aprel 2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

36

Azərbaycanda sutkalıq yoluxma sayı aşağı düşdü

228
Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub

 

BAKI, 6 may — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2 057 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4 635 nəfər vəfat edib. 19 044 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub.

228

Vaksinasiya mövsümi xarakter daşıya hər il ola bilər - nazir əvəzi

12
(Yenilənib 12:51 06.05.2021)
Teymur Musayev: Ölkəmiz bununla əlaqədar Avropa və ABŞ vaksin istehsalçıları ilə danışıqlar aparır.

BAKI, 6 may — Sputnik. Hər bir vaksin təhlükəsiz və effektivdir. Təkcə bu gün 1600 nəfər ilk dozanı alıb. İkinci dozanı isə ümumilikdə 600 min nəfər artıq alıb. İki dozanı alanlar arasında yoluxma səviyyəsi çox aşağıdır.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev bu gün Nazirlər Kabinetinin brifinqində deyib.

O bildirib ki, iki dozanı alan şəxslər yoluxarkən xəstəliyi daha yüngül keçiriblər.

"Elmi çevrələrdə vaksinasiyanın mövsümi xarakter daşıyacağı göstərilir. Bu isə o deməkdir ki, mövsümi qrip vaksinasiyası kimi COVID-19 vaksininə ehtiyac duyulur", - deyə nazir əvəzi əlavə edib. 

O bildirib ki, qrip vaksini kimi koronavirus vaksini də hər il vurula bilər. Ölkəmiz bununla əlaqədar Avropa və ABŞ vaksin istehsalçıları ilə danışıqlar aparır.

 

12
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Mövlud Çavuşoğlu: "O boyda Avropa İttifaqı bir kresloya görə dava etməməlidir"

0
(Yenilənib 16:25 06.05.2021)
"Biz protokol qaydalarının nə olduğunu bilirik. Bu günə kimi heç vaxt bu cür problemlə qarşılaşmamışıq. Türk qonaqpərvərliyi hamıya yaxşı məlumdur. O mənzərə bizim ucbatımızdan yaranmamışdı".

BAKI, 6 may — Sputnik. Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla keçirdiyi birgə mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula Von der Lyayenin Türkiyəyə səfəri zamanı yaşanan protokol böhranına da toxunub. Sputnik Azərbaycan xəbər verir ki, mətbuat konfransı hər iki ölkənin nümayəndə heyətlərinin iclasından sonra baş tutub.

"Biz protokol qaydalarının nə olduğunu bilirik. Bu günə kimi heç vaxt belə bir problemlə qarşılaşmamışıq. Türk qonaqpərvərliyi hamıya yaxşı məlumdur. O mənzərə bizim ucbatımızdan yaranmayıb. Bu, Avropa Komissiyası ilə Avropa İttifaqı arasındakı rəqabət və mübahisələrdən doğan problemdir. O boyda Avropa İttifaqı bir kresloya görə davam etməməlidir. Öz aralarındakı problemləri Türkiyəyə sirayət etdirməsinlər", - Çavuşoğlu deyib.

Qeyd edək ki, Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula Von der Lyayen Türkiyə səfərindən sonra "qadın olduğum için mənə kreslo vermədilər" – deyə şikayət etmiş və məsələ protokol böhranı səviyyəsinə gəlib çatmışdı.

 

0