CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar

© AR Ministry of Internal AffairsEvdən icazəsiz çıxan koronavirus xəstəsi
Evdən icazəsiz çıxan koronavirus xəstəsi  - Sputnik Azərbaycan, 1920, 19.04.2021
Abunə olmaq
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

BAKI, 19 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Polis bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edir.

Xəbər lenti
0