Bakının mərkəzində insanlar, arxiv şəkli

Bakıda koronavirus ocağı açıqlandı

15
(Yenilənib 10:35 19.04.2021)
Bundan əvvəlki göstəricilərdə paytaxtda yoluxma 53,7 faiz idisə, hazırda 54,2 faiz təşkil edir. Ən az yoluxma faizi Pirallahı rayonunda qeydə alınıb.

BAKI, 19 aprel — Sputnik. Bakı şəhərinin rayonları üzrə COVID-19 virusuna yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, bundan əvvəlki göstəricilərdə paytaxtda yoluxma 53,7 faiz idisə, hazırda 54,2 faiz təşkil edir. Paytaxt üzrə ən yüksək yoluxma göstəricisi 14,8 faizlə Binəqədi rayonunda qeydə alınıb. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,4 faizi Xətai, 12,4 faizi Yasamal, 10,9 faizi Sabunçu, 8,3 faizi Nərimanov, 8,1 faizi Suraxanı, 8 faizi Nəsimi, 7 faizi Xəzər, 7 faizi Nizami, 5,1 faizi Səbail, 4,6 faizi Qaradağ, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

15
Teqlər:
faiz, rayonlar, yoluxma, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (451)
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19-a yoluxanların sayı azaldı

15
(Yenilənib 16:52 08.05.2021)
Ölkədə indiyədək ümumilikdə 326 056 nəfər koronavirusa yoluxub. Onlardan 304 580 nəfər müalicə olunaraq sağalıb, 4 666 nəfər vəfat edib, aktiv xəstə sayı 16 810 nəfərdir.

BAKI, 8 may — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 649 yeni yoluxma faktı qeydə alınıb, 1 720 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 326 056 nəfər koronavirusa yoluxub. Onlardan 304 580 nəfər müalicə olunaraq sağalıb, 4 666 nəfər vəfat edib, aktiv xəstə sayı 16 810 nəfərdir.

Azərbaycanda son gün ərzində 10 244, hazırkı dövrədək isə 3 321 511 test aparılıb.

15
Həkim, arxiv şəkli

Azərbaycan səhiyyəsində ilk - bir xəstəyə iki qaraciyər köçürüldü

14
Əməliyyat nəticəsində xəstənin həyatını xilas etmək mümkün olub və o, hepatit B təhlükəsindən də azad edilib.

BAKI, 8 may — Sputnik. "Mərkəzi Klinika"da ölkədə ilk dəfə olaraq qaraciyər sirrozundan əziyyət çəkən bir xəstəyə iki qaraciyər transplantasiyası uğurla yerinə yetirilib. Bu, dünyada ən mürəkkəb və riskli əməliyyat hesab edilir. Belə əməliyyatlara dual qaraciyər transplantasiyası deyilir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu əməliyyatı aparan cərrah-transplantoloq Mircəlal Kazımi deyib.

O bildirib ki, xəstə uzun müddət hepatit B ilə əlaqəli qaraciyər sirrozundan əziyyət çəkib: "Bununla əlaqədar xarici ölkələrdə də müayinədə olub. Tək çarəsi qaraciyər transplantasiyası idi. Əksər hallarda belə vəziyyətdə donor rolunu xəstənin yaxın qohumları oynayır. Lakin bu dəfə xəstə üzərində əməliyyat aparmaq üçün bir donor kifayət etmirdi. Ona görə də iki donorun hər birinin qaraciyərindən bir pay götürülərək qaraciyər transplantasiyası aparılmasına qərar verildi. Könüllü olaraq donor kimi bacısı və xalası oğlu əməliyyata hazırlandı. Təxminən iki həftə ərzində uzun və çətin bir yol keçdik. 12-14 saat çəkən transplantasiya prosesi uğurla yekunlaşdı. Əməliyyat nəticəsində xəstənin həyatını xilas etmək mümkün oldu və o, hepatit B təhlükəsindən də azad edildi".

M.Kazımi xatırladıb ki, 2008-ci ildən indiyədək Azərbaycanda 1500-ə yaxın xəstə üzərində qaraciyər və böyrək transplantasiyası aparıb.

Klinikanın baş həkiminin müavini, ümumi cərrah Zaur Xəlilov isə əməliyyatın mürəkkəbliyi haqqında danışıb: "Hər donor üzərində əməliyyat 5-6 saat davam etdi. Bu əməliyyatın uğurlu alınmasında xəstəxananın anesteziologiya və reanimotologiya bölməsində çalışan tibb işçilərinin və bütün kollektivin çox böyük əməyi var. Eyni zamanda, xəstənin həyata qayıtması üçün sağlamlıq problemi olmadan donor kimi çıxış edən xəstənin yaxınlarının fədakarlığı da hər cür təqdirə layiqdir".

Donorlar artıq evə buraxılıb, xəstə isə yaxın günlərdə evə yazılacaq.

14

Bir küçədə yaşamış iki Sovet İttifaqı qəhrəmanı

3
"Təltif edildiyi döyüşdə ağır yaralanıb. Hətta adı ölülərin siyahısına düşüb. Sonra hospitalda tapıb xəbər veriblər ki, sən Sovet İttifaqı qəhrəmanı olmusan"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Tovuz keçmiş SSRİ-də nadir rayonlardandır ki, onun üç Sovet İttifaqı qəhrəmanı olub. Onların hər üçü Berlinədək döyüş yolu keçərək qorxmazlıqları və şücatləri ilə bu ada layiq görülüblər. Qəhrəmanlardan Məstan Əliyev ölümündən sonra bu ada layiq görülsə də, Mərdan Musayev və Yusif Sadıqov sağ olaraq doğulduqları rayona dönüb, ötən əsrin 70-80-ci illərinədək rayonda yaşayıblar. Maraqlısı odur ki, Sovet İttifaqı qəhrəmanı olan hər iki şəxs müharibədən qayıtdıqdan sonra eyni küçədə, hətta qonşu olaraq yaşayıblar. Məhz o səbəbdən İsmayıl Mürşüdov adına küçə ötən əsrin ortalarından məktəblilərin, fəxri qonaqların, turistlərin ən çox üz tutduğu məkan olub.

Sovet İttifaqı qəhrəmanı Yusif Sadıqovun evində hazırda kiçik övladı Mehdi yaşayır. O, hər iki qəhrəmanın bir küçədə yaşamasının təsadüf olduğunu bildirib. Onun sözlərinə görə, hazırda yaşadıqları küçə ötən əsrin əvvəllərində almanlar tərəfindən salınıb. Vətən müharibəsi başladıqdan sonra almanlar buradan köçürülüb. Müharibədən sonra isə bu evlər döyüşlərdə şücaət göstərmiş döyüşçülərə verilib. Atasının qəhrəmanlığına gəlincə isə, M.Sadıqov onun bir neçə xidmətinin müqabilində sovet rəhbərliyinin bu qərarı verdiyini söyləyib: “Atam Moskvadan Berlinədək döyüş yolu keçib. Bir neçə döyüşdə fərqlənməsinə görə bu ada layiq görülüb. Özü danışırdı ki, müharibənin ilk illərində sovet mərmiləri alman tanklarını məhv edə bilmirmiş. Atam təklif verib ki, hər tanka iki top ayrılsın. Topun biri tankın tırtılını vursun. Bu zaman tank 180 dərəcə firlanacaq və həmin an ikinci top onun yanacaq çənini vursun. Bu yolla sovet topları, mərmiləri təkmilləşənə kimi alman tanklarının qarşısını kəsiblər. Atamın bu döyüş taktikasına o vaxt “at gedişi” adı veriblər. Digər bir döyüşdə onun başçılıq etdiyi topçular 9 tankı məhv edib. Hansı ki, 5-ni atam özü vurub. Varşava yaxınığında vuruşmaların birində min nəfərə yaxın sovet əsgərini əsirlikdən azad ediblər. Bu göstərdiyi igidliyə görə rəhbərliyə təqdimatı verilib və 1945-ci ildə mayın 31-də bu ada layiq görülüb”, - deyə o məlumat verib.

© Sputnik / Ilham Mustafa
Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev, Mərdan Musayev və Yusif Sadıqovun heykəlləri

Mehdi Sadıqov atasının digər tovuzlu qəhrəman Mərdan Musayevlə yaxın dost olduğunu, bütün tədbirlərdə, paradlarda birgə iştirak etdiklərini bildirib.

Digər evdə isə hazırda Sevet İttifaqı qəhrəmanı Mərdan Musayevin gəlini öz övladları və nəvələri ilə birgə yaşayır. Gəlini Şəfiqə Musayeva övladları kimi həmişə qaynatası ilə fəxr etdiyini söyləyib: “Qaynatamın sağlığında SSRİ-nin hər yerindən dostları gəlirdi. Onun şücaətlərindən danışanda adam heyrətini gizlədə bilmirdi. Dəfələrlə yaralansa da, sonradan yenə döyüşlərə qatılıb. Sinəsini güllənin qabağına verərək komandirini qoruyub. Təltif edildiyi döyüşdə də ağır yaralanıb. Hətta adı ölülərin siyahısına düşüb. Sonra hospitalda tapıb xəbər veriblər ki, sən Sovet İttifaqı qəhrəmanı olmusan”, - deyə Ş.Musayeva eşitdikləri haqqında danışıb.

  • Üç Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev , Mərdan Musayev və Yusif Sadıqov yaşadıqları ərazi
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev, Mərdan Musayev və Yusif Sadıqovun fotoları
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanı Yusif Sadıqovun yaşadığı ev
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanı Yusif Sadıqovun təltif edilmə barədə vəsiqəsi
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev, Mərdan Musayev və Yusif Sadıqovun medalları
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev, Mərdan Musayev və Yusif Sadıqovun abidələri
    © Sputnik / Ilham Mustafa
1 / 6
© Sputnik / Ilham Mustafa
Üç Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev , Mərdan Musayev və Yusif Sadıqov yaşadıqları ərazi

O, öz oğlunun da babasının yolunu davam etdirdiyini, döyüşlərdə xidmtlərinə görə medallarla təltif edildiyini bildirib.

“Sağlığında nəvəsi olanda ona öz adını qoydu. Hazırda eyni ad soyadı daşıyan oğlum da hərbçidir. Xüsusi təyinatlı polkovnik-leytenantdır. Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Prezident tərəfindən bir neçə medalla təltif edilib”, - deyə o bildirib.

Tovuz rayonu da öz qəhrəmanlarını unutmur. Hazırda rayonda hər 3 Sovet İttifaqı qəhrəmanının adına küçə və məktəb var. Eyni zamanda, Tovuz Qəhrəmanlar parkında onların büstləri qoyulub. Mütəmadi olaraq bu məkan ziyarət olunur. Faşizmə qarşı canından keçən bütün azərbaycanlılar onların timsalında yad edilirlər.

3