Gürcüstanda epdimioloji vəziyyət

Gürcüstanda COVID-19-un üçüncü dalğası başlayıb

13
Son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb.

BAKI, 11 aprel - Sputnik. Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb. Hökumət üçüncü dalğanın daha böyük fəsadlara səbəb olmaması və genişmiqyaslı epidemiyaya çevrilməməsi üçün tədbirlər görür.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib. Baş epidemioloq cəmiyyəti tətbiq olunan qaydalara riayət etməyə çağırıb.

Məlumat üçün qeyd edək ki, son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb. Onların da 277 min 303-ü müalicə olunub. Koronavirusdan son sutka ərzində 8 nəfər dünyasını dəyişib.

13

Koronavirusa görə daha bir məktəbdə tədris müvəqqəti dayandırılıb

9
Bakı üzrə bu göstəricilər 60 faiz, Sumqayıt üzrə 74,2 faiz, Abşeron rayonu üzrə 84,6 faiz, regionlar üzrə isə 67,2 faiz təşkil edir.

BAKI, 17 may — Sputnik. Hazırda yalnız 1 peşə təhsili müəssisəsi karantin səbəbilə yerində tədrisi müvəqqəti dayandırıb.

Bu barədə Sputnik Azərbaycan-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir. Ümumi heyətin 66,1 faizi birinci doza, 19,1 faizi isə hər iki doza üzrə vaksinasiya prosesində iştirak ediblər. Bakı üzrə bu göstəricilər 60 faiz, Sumqayıt üzrə 74,2 faiz, Abşeron rayonu üzrə 84,6 faiz, regionlar üzrə isə 67,2 faiz təşkil edir.

Qeyd edilib ki, martın ayının sonundan etibarən "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq, Peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb.

Eləcə də oxuyun:

Azərbaycanda bir gündə COVID-ə yoluxanlarla sağalanların sayı bərabərləşir

COVID əleyhinə vaksinin üçüncü dozası: o kimlərə vurula bilər?

* Ekspertlərdən həyəcan təbili: Məktəblər açılandan sonra epidemik vəziyyət pisləşəcək

9
Teqlər:
bağlanma, məktəb, Koronavirus, epidemiya, COVID-19
Mərkəzi Gömrük Hospitalının terapevti Dr. Nazilə Xəlilbəyova

Yüksək təzyiqi olan bu beş tövsiyəyə riayət etməlidir həkim açıqlayır

15
(Yenilənib 10:35 17.05.2021)
Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyova deyir ki, yüksək təzyiqin müxtəlif səbəbləri olduğu üçün ilk növbədə həkimə müraciət edilməlidir
Nazilə Xəlilbəyova: “Yüksək təzyiqi olan insanlar özlərinə diqqət göstərməlidirlər”

2005-ci ildən hər il mayın 17-si Ümumdünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü qeyd edilir.

Sputnik Azərbaycan Hipertoniya ilə Mübarizə Günündə Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyovadan yüksək təzyiqi olan insanların yerinə yetirməli olduqları beş tövsiyəni soruşub.

Nazilə Xəlilbəyova deyib ki, yüksək təzyiq olan insanlar özlərinə xüsusi diqqət göstərməlidir: “İlk tövsiyəm budur ki, yüksək təzyiqi olan insanlar mütləq həkimə müraciət etməlidir. Çünki yüksək təzyiqin müxtəlif səbəbləri var. Aydınlaşdırılmalıdır bu təzyiq osteoxondroz, ürək, ya böyrək problemi ilə əlaqəlidir. İkinci məsləhətim odur ki, insanlar qida rasiyonuna fikir versinlər və gecə vaxtı çox yeməsinlər. Həmçinin təmiz havada gəzinti, idman hərəkətləri edilməsi tövsiyə edilir. Yüksək daşıyıcısı olan insanlar stresdən uzaq olmalıdır. Digər ən vacib məqam isə yuxu rejiminə diqqət edilməsidir”.

Nazilə Xəlilbəyovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

15
Bakıda piyada keçidi

Bakıda piyada zonaları yaradılacaq

0
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib ki, piyada zonalarının yaradılması Böyük Bakının Regional İnkişaf Planına da daxil edilib.

BAKI, 17 may — Sputnik, Zülfiyyə Quluyeva. "Hazırda Bakının mərkəzi hissəsində 49800 kv.m piyada zonası mövcuddur. Daha 15300 kv.m sahənin tamamilə piyadalaşması, həmçinin 10000 kv.m ərazidə piyada üstünlüyü olan zonaların yaradılması planlaşdırılır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

O deyib ki, artıq müvafiq layihələr aidiyyəti dövlət qurumlarına göndərilib: "Piyada zonalarının yaradılması Böyük Bakının Regional İnkişaf Planına da daxil edilib, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə də birgə müzakirələr aparılıb".

Eləcə də oxuyun:

Paytaxt marşrutlarının 50 faizi yenilənib

* Sərnişinlərin diqqətinə: Bakıda sabahdan bir neçə marşrut xəttində ödəmə qaydası dəyişir

0
Teqlər:
Bakı, zona, piyada