CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Operativ Qərargahdan son məlumat: ölüm sayı yenə yüksəkdir

© AFP 2023 / LOIC VENANCEТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.04.2021
Abunə olmaq
Ölkədə indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249013 nəfər müalicə olunaraq sağalıb, 3879 nəfər vəfat edib

BAKI, 10 aprel - Sputnik. Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 2192 yeni yoluxma faktı qeydə alınıb, 1554 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249013 nəfər müalicə olunaraq sağalıb, 3879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir.Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3005197 test aparılıb.

Xəbər lenti
0