Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının polikilinika, arxiv şəkli

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib

22
(Yenilənib 18:39 08.04.2021)
Xidmətlər Zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin göstərilməsi üçün vətəndaşlar tibb müəssisələrinə (post terminallarına) ödəniş etməlidirlər.

BAKI, 8 aprel — Sputnik. Məlum olduğu kimi, bütün ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, icbari tibbi sığorta sisteminin məqsədi səhiyyənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarını yaratmaq və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaqdır.

Agentlik tərəfindən tibbi xidmətlərin hamı üçün əlçatan olması və əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Sözügedən proseslərin gedişində vətəndaş-qurum arasında qarşılıqlı əlaqənin formalaşdırılması əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Agentlik mütəmadi olaraq vətəndaşları icbari tibbi sığortanın tətbiqindən irəli gələn, həmçinin qurumun səlahiyyətinə aid olmayan məsələlərlə bağlı müraciətlərin aidiyyəti üzrə baxılması barədə məlumatlandırır.

Qurum vətəndaşların diqqətinə çatdırır ki, icbari tibbi sığortanın tətbiqi, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin göstərilməsi qaydaları, tibbi xidmətlərin göstərildiyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri haqqında məlumat Agentliyin rəsmi internet səhifəsində (https://its.gov.az/) yerləşdirilib. Agentliyin internet səhifəsində icbari tibbi sığorta haqqının hesablanması üçün kalkulyator mövcuddur. Ən çox verilən suallar bölməsində vətəndaşlar onları maraqlandıran suallara cavab tapa bilərlər. Sığortaolunanlar Agentliyin hər gün yenilənən sosial şəbəkələrdəki səhifələrində sözügedən mövzularda məlumatlandırıcı postlarla tanış ola bilərlər.

Xidmətlər Zərfi çərçivəsində əhaliyə 2550 sayda müxtəlif tibbi xidmət göstərilir. Sığortaolunanlar ixtisaslı həkimin göndərişi əsasında tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilərlər. Xidmətlər Zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin göstərilməsi üçün vətəndaşlar tibb müəssisələrinə (post terminallarına) ödəniş etməlidir. Ödəniş icra olunduqdan sonra vətəndaşa ödənişi təsdiq edən sənəd (qəbz) təqdim olunur.

Vətəndaşın icbari tibbi sığorta sistemi ilə bağlı sualları yaranarsa, Agentliyin "1542" nömrəli Çağrı mərkəzinə, qurumun internet səhifəsində "Elektron müraciət" bölməsinə, habelə info@its.gov.az elektron poçt ünvanına və rəsmi ünvanına (Lev Tolstoy küç.170, Bakı, AZ1095) müraciət edə bilər.

Qeyd edək ki, həkimlər tərəfindən dövlət və qeyri-dövlət xəstəxanalarına göndərişlərin verilməsi ilə bağlı müraciətlərə tibb müəssisələrinin rəhbərlikləri tərəfindən baxılır. Tibb müəssisəsinin rəhbərliyi tərəfindən müraciətlə bağlı verilən cavab qənaətbəxş olmazsa, vətəndaş Agentliyə müraciət edə bilər. Vətəndaş müraciətlərinin qəbulu, onların qanunvericiliyə uyğun araşdırılması və cavablandırılması Agentlik üçün prioritet məsələdir.

22
Teqlər:
POS-terminal, haqq, xidmət, müraciət, İTSDA
Bakı küçələrində futbol oynayan uşaqlar, arxiv şəkli

Azərbaycanda həkimlər uşaqlara görə əmr gözləyirlər

11
(Yenilənib 22:01 10.04.2021)
"Hazırda vaksinlərlə təminat var. Peyvənddən kənarda qalanlar “İmmunlaşdırma həftəsi”çərçivəsində peyvənd edilirlər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Azərbaycanda bu ay uşaqlar arasında təmizləyici “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulur. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, hər il ölkəmizdə uşaqlar arasında immunizasiya tədbirləri həyata keçirilir: “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulur. Hər il bütün Avropa regionunda aprel ayının 26-dan may ayının 2-dək müddətə təmizləyici “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulub. Biz də 2007-ci ildən etibarən bu tədbirin aparılmasını həyata keçiririk. Amma gərək müvafiq əmr olsun ki, biz hansı tədbirlərin həyata keçiriləcəyi barədə məlumat verə bilək".

A.Əliyeva bildirib ki, 0-6 yaş arası uşaqlar arasında immunoprofilaktika proqramı əsasında peyvəndlərin aparılması, təmizləyici immunizasiyanın həyata keçirilməsi təmin olunur: "Hazırda vaksinlərlə təminat var. Peyvənddən kənarda qalanlar “İmmunlaşdırma həftəsi”çərçivəsində peyvənd edilirlər. Hər hansı səbəbə görə peyvəndi almayan uşaqlar poliklinikalar tərəfindən vaksin edilmək üçün dəvət edilir. Peyvəndləmə işi təşkil olunur".

 

 

11
Teqlər:
əmr, həkim, peyvənd, həftə, immunlaşdırma, uşaqlar
Peyvənd, arxiv şəkli

Uşaqlar arasında peyvəndlə əhatəolunma aşağı düşüb

9
(Yenilənib 17:13 10.04.2021)
"Əvvəlki illərlə müqayisədə uşaqlar arasında peyvəndə cəlbolunma ötən il qismən aşağı oldu" - Afaq Əliyeva.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Ötən il uşaqlar arasında peyvəndlə əhatəolunma əvvəlki illərlə müqayisədə aşağı olub. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, buna səbəb pandemiya səbəbindən virusa yoluxmadan ehtiyat edərək valideynlərin uşaqlarını poliklinikalara gətirməməsi, eləcə də evdən çıxmağa qoyulan məhdudiyyətlər olub: "Bu üzdən əvvəlki illərlə müqayisədə uşaqlar arasında peyvəndə cəlbolunma ötən il qismən aşağı oldu".

A.Əliyeva bildirib ki, hazırda tibb müəssisələri işləyir, evdən çıxmağa məhdudiyyətlər yoxdur. Buna görə də valideynlərin uşaqlarını peyvənd təqviminə uyğun vaksin etdirməsinə heç bir məhdudiyyət tətbiq edilmir.

9
Teqlər:
Azərbaycan, azalma, uşaq, peyvənd
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda