Bakı karantin rejiminin sərtləşdirilməsinə bir gün qalmış

Havalar isindikcə açıq havada maska dözülməz olur...

2464
(Yenilənib 08:53 07.04.2021)
"Əgər ölkədə ciddi bir şəkildə alovlanma yoxdursa, təmiz havada maskanın istifadəsi qanuni tərəfdən də öz həllini tapacaq"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. Havalar isindikcə açıq havada maskadan istifadə çətinləşir. Bu günlərdə mətbuata açıqlamasında deputat Rəşad Mahmudov bildirib ki, epidemioloji vəziyyət söndükdən sonra artıq açıq havada insanların maskasız şəkildə gəzmələri üçün hüquqi bazanın hazırlanması üçün addımlar atılacaq. O əlavə edib ki, epidemioloji vəziyyət nəzarət altına alındıqdan sonra rəqəmlər yenidən azalmağa getdiyi zaman vəziyyət fərqli ola bilər: "Gələcəkdə açıq havada maska taxmaqla bağlı qiymətləndirmələr aparılır. Epidemioloji vəziyyət söndükdən sonra artıq açıq havada insanların maskasız şəkildə gəzmələri üçün hüquqi bazanın hazırlanması üçün addımlar atılacaq. Lakin bunu etmədən öncə hər bir hökumət yüz ölçüb, bir biçmək məcburiyyətindədir. Çünki bu, sadəcə daxili ekspertlərin verəcəkləri qərarlara bağlı deyil. Bu qərarların arxasında Ümumdünya Səhiyyə Təşkilatı və bu sahə üzrə olan institutların rəyləri və razılıqlarının olması lazımdır. Əfsuslar olsun ki, bu gün həmin razılıqları almaq istəyən aidiyyəti qurumlar qarşı tərəfdən konkret razılıq ala bilmədiyi üçün qızıl ortanı tutaraq zaman qazanmaq məcburiyyətində qalır. Əgər ölkədə ciddi bir şəkildə alovlanma yoxdursa, təmiz havada maskanın istifadəsi qanuni tərəfdən də öz həllini tapacaq".

Sputnik Azərbaycan havaların isinməsi ilə əlaqədar açıq havada tibbi maskadan istifadə qadağasının aradan qaldırılması yollarını araşdırıb.

Azərbaycan Həkimləri İctimai Birliyinin (AHIB) idarə heyətinin üzvü Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, havaların isinməsi açıq havada maskadan istifadə qadağasına müəyyən dəyişikliklərin edilməsini zəruri edir. O bildirib ki, Nazirlər Kabinetinin açıq havada maska ilə bağlı qərarı bəzən düzgün qiymətləndirilmir: "NK-nın qərarı düzgün şərh edildikdə də görünür ki, açıq havada ətrafda insan yoxdursa, maskadan istifadə vacib deyil. Biz səkidə, yaxud bulvarda gediriksə, 3-4 metr məsafədə ətrafımızda insan yoxdursa açıq havada tibbi maska taxmağın nə mənası var? Açıq havada maska ictimai yerlərdə, insanların sıx olduğu yerlərdə taxılmalıdır. Çox təəssüf ki, bu bəzən düzgün qiymətləndirilmir. Açıq havada 3-4 metr ətrafda adam olmayan yerdə maskanı aşağı saldığı üçün insanlara cərimə yazılır. Tibbi maska virusdan qorunmaq məqdəsi daşıyır. Əgər insanın çevrəsində 3-4 metr ətrafda insan yoxdursa, açıq havada maska taxmağın nə mənası var? Hesab edirəm ki, insanlar dayanacaqlarda, bankomatların qarşısında növbə gözləyərkən açıq havada tibbi maskadan istifadə etməlidirlər. Açıq havada insan yolda tək gedirsə, onun nə virusa yoluxmaq, nə də ki yoluxdurmaq təhlükəsi var".

Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsi
© Sputnik / Murad Orujov

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü deputat Müşfiq Məmmədli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vaksinasiya prosesini sürətləndirməklə Azərbaycanda da açıq havada tibbi maskadan istifadədə yumşalmalara getmək mümkündür: "Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya ilk başlayan ölkələrdəndir. Amma vaksinasiya prosesi daha da sürətləndirilməlidir. Vaksinasiya olunaraq biz özümüzü qorumaqla yanaşı, pandemiyanın sürətini də aşağı salırıq. Bütün bunlar həyata keçirildikdən, yoluxma faizi aşağı düşdükdən, əhalinin 60-70 faizi vaksin olunduqdan sonra maska da aktuallığını tədricən itirəcək. Beləliklə biz normal həyatımıza dönə biləcəyik. Burada əsas vətəndaş məsuliyyəti önəmlidir. İsti havalarda maskanın tez-tez dəyişdirilməsi vacibdir. Maska baryer funksiyası daşıyır. Biz hansısa qoruyucu vasitədən narahatlıq verdiyi üçün imtina etdikdə özümüzü və ətrafımızdakıları risk qarşısında qoyuruq. Bu baxımdan pandemiyanın sürəti aşağı düşməlidir ki, qoruma vasitələrinin istifadəsinə tələbat azalsın. Yoluxma intensivliyi aşağı düşdükcə biz bu maneələrdən də tədricən imtina edə bilərik.

Qeyd edək ki, bir müddət öncə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva mətbuata açıqlamasında bildirmişdi ki, "açıq havada əgər tək gedirsinizsə, maska taxmaya bilərsiniz".

O qeyd edib ki, vətəndaşlar sosial ərazilərdə olan zaman maska taxmalıdırlar: "Əgər bulvarda və yaxud parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Həmin vaxt sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur".

Lakin buna baxmayaraq, vətəndaşlar yanlarında adam olmadığı halda maska taxmadıqlarına görə polis tərəfindən cərimələnirlər.

Xatırladaq ki, Azərbaycanda noyabrın 21-dən açıq havada maskadan istifadə etməyənlər cərimə olunurlar. İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir.

2464
 Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Peyvənd olunanların sayı açıqlandı

4
(Yenilənib 16:55 20.04.2021)
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1352210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899213 nəfərə çatıb.

 

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14830 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9981, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4849 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1352210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899213, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 452997 təşkil edir.

4
Teqlər:
peyvənd, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
 Təcili yardım briqadası, arxiv şəkli

Azərbaycanda COVID: yoluxma da, ölüm artdı

1143
İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib.

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib. 32 170 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13777, bu günə qədər isə ümumilikdə 3 128 656 test icra olunub.

1143
Teqlər:
Azərbaycan, statistika, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu Rusiyaya gedəcək

0
"Biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik".

BAKI, 20 aprel - Sputnik. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsində koronavirusla bağlı vəziyyət normallaşan kimi uçuşların bərpasının müzakirəsi üçün Rusiyaya gedəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyədə ötən cümə günü pandemiya başlayandan bəri sutka ərzində ən yüksək yoluxma (63082), bu həftənin çərşənbə axşamı isə sutka ərzində ən çox ölüm (346) faktı qeydə alınmışdı. Türkiyədə ağır pandemiya şəraitinə görə Rusiya bu ölkə ilə aprelin 15-dən iyunun 1-dək aviaəlaqəni dayandırıb.

"Türkiyədə koronavirusa yoluxma hallarının artması səbəbindən Rusiya uçuşları məhdudlaşdırdı. İki ölkənin prezidentləri bunu müzakirə etdilər və belə bir qərar alındı, burada siyasət yoxdur. Ancaq biz əlavə məhdudiyyətlər tətbiq etdik. Əgər onları pozsaq, nəticə əldə edə bilmərik, o zaman bizim turizm risk altına düşər", - Çavuşoğlu Habertürk kanalının efirində deyib.

Onun sözlərinə görə, tezliklə Rusiyadan olan nümayəndələr turizm sahəsində təhlükəsizliyi qiymətləndimək üçün Türkiyəyə gələcəklər. 

"Sonra isə biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik. Ramazan ayı ərzində bu göstəriciləri azaltmalıyıq", - Çavuşoğlu əlavə edib.

0
Teqlər:
səfər, Rusiya, Türkiyə, Mövlüd Çavuşoğlu