Həkim, arxiv şəkli

Həkim məsləhəti: qanı dərmansız necə təmizləmək olar

28
(Yenilənib 21:42 05.04.2021)
Maqneziumla zəngin qidalar plazmada xolesterinin ümumi miqdarının azalması sayəsində ürəyin müdafiəsi funksiyasını yerinə yetirə, həmçinin qanda askorbin turşusunun səviyyəsinin artmasına səbəb ola bilər.

BAKI, 5 aprel — Sputnik. Tibb işçilərinin qənaətinə görə, qida rasionunda maqneziumun miqdarının artırılması ağır dərman preparatları olmadan qan damarlarının xolesterindən təmizlənməsinə səbəb olur. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, adı çəkilən mineralın təsiri altında hətta ürəyin işi də yaxşılaşa bilər.

Maqneziumla zəngin qidalar plazmada xolesterinin ümumi miqdarının azalması sayəsində ürəyin müdafiəsi funksiyasını yerinə yetirə, həmçinin qanda askorbin turşusunun səviyyəsinin artmasına səbəb ola bilər.

Həkimlər bildirirlər ki, maqneziumun səmərəsi şəkərli diabetə tutulmuş siçovullar üzərində aparılmış təcrübələr zamanı yoxlanılıb. Məlum olub ki, bu mineralın təsiri statinlərin təsiri ilə müqayisə oluna bilər. Belə ki, maqnezium "pis" xolesterinin damardaxili çökməsinin qarşısını alır. Bu mikroelementin çatışmazlığı isə xolesterinin intensiv yaranması ilə səciyyələnir.

Odur ki, ekspertlər tərkibində maqnezium olan məhsullardan – banan, əncir, qoz, günəbaxan tumundan istifadə etməyi tövsiyə edirlər. Mütəxəssislər xatırladırlar ki, orqanizmin kifayət qədər maqnezium alması həmçinin qan təzyiqinin tənzimlənməsi üçün vacibdir.

28
Teqlər:
həkim, məsləhət, dərman, təmizləmə, qan
Gürcüstanda epdimioloji vəziyyət

Gürcüstanda COVID-19-un üçüncü dalğası başlayıb

7
Son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb.

BAKI, 11 aprel - Sputnik. Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb. Hökumət üçüncü dalğanın daha böyük fəsadlara səbəb olmaması və genişmiqyaslı epidemiyaya çevrilməməsi üçün tədbirlər görür.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib. Baş epidemioloq cəmiyyəti tətbiq olunan qaydalara riayət etməyə çağırıb.

Məlumat üçün qeyd edək ki, son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb. Onların da 277 min 303-ü müalicə olunub. Koronavirusdan son sutka ərzində 8 nəfər dünyasını dəyişib.

7

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

10
(Yenilənib 20:22 11.04.2021)
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 582 nəfərdir.

BAKI, 11 aprel - Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 538 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 582 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 177 087, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 758 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 418 812 təşkil edir.

10

Bu işlərin görülməsi Azərbaycanda işsizliyi azaldacaq ekspert açıqlayır

0
(Yenilənib 18:38 11.04.2021)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, işğaldan azad edilmiş ərazilərdə qruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır
Fuad İbrahimov: “Vaksinasiyanın sürətlənməsi iqtisadi fəallığı artıracaq”

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda işsizlik səviyyəsi 5,8% təşkil edəcək. Gələn il isə bu göstəricinin cüzi azalaraq 5,7%-ə bərabər olacağı gözlənilir.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, pandemiyanın dünya iqtisadiyyatına ziyan vurması işsizlik ordusunun yaranmasına səbəb olub: “Dünya iqtisadiyyatında bu problemin aradan qaldırılması üçün böyük zaman lazımdır. Azərbaycan haqqında danışdıqda onu deyə bilərəm ki, vaksinasiya prosesinin getdikcə sürətlənməsini görürük. Bu da özlüyündə iqtisadi fəallığın artması ilə nəticələnəcək. Eyni zamanda mövsümi işlərlə bağlı sahələrin yenidən bərpa olunması da işsizlik statistikasının azalmasına təsir edəcək. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0