Uşaqlar, arxiv şəkli

Professordan xəbərdarlıq: Uşaqlar da maska taxmalı

38
(Yenilənib 19:06 03.04.2021)
"Sinovac" şirkətinin istehsal etdiyi "CoronaVac" peyvəndinin 3-17 yaşlarındaki 550-dən çox uşaq üzərində aparılan peyvəndlənmə zamanı təsirli və etibarlı olduğu aşkarlanıb. 

BAKI, 3 aprel — Sputnik. Son günlər uşaqlar arasında COVID-19-a yoluxmada rəqəmlər artıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, rəqəmlərin artması valideynlərdə də narahatlıqlara səbəb olub. Bununla belə, bir çox ölkələrdə virusdan qorunmaq üçün uşaqların da peyvəndi məsələsi gündəmə gətirilib. Türkiyədə artıq 2 peyvəndin uşaqlar üçün də yararlı olduğu bildirilib.

Belə ki, "Pfizer-BioNTech" vaksininin 12-15 yaş arasında, valideyni tərəfindən könüllü olaraq peyvəndlənməyə gətirilən 2 min 260 uşaq üzərində aparılan araşdırma zamanı onun simptomlu xəstələrə qarşı 100 faizlik təsirə malik olduğu və heç bir əlavə təsirinin olmadığı bəlli olub.

"Sinovac" şirkətinin istehsal etdiyi "CoronaVac" peyvəndinin 3-17 yaşlarındaki 550-dən çox uşaq üzərində aparılan peyvəndlənmə zamanı təsirli və etibarlı olduğu aşkarlanıb. 

Türkiyənin "Cerrahpaşa" tibb fakültəsinin professoru Kənan Midilli rəqəmlərdəki artımın səbəblərindən danışıb:

"Bunun əsas səbəbi birinci dalğa zamanı məktəblərin, təhsil müəssiələrinin bağlı olması ilə əlaqədardır. Lakin sonradan bəzi ölkələrdə məktəblər, digər təhsil müəssisələri açıldığı üçün rəqəmlərdə də artım oldu".

O bildirir ki, son rəqəmlərə görə yaşı 15-dən aşağı olanlar arasında virusa yoluxma ümumi rəqəmlərin 5, yaşı 2-dən az olanlar arasında isə 2 faizini təşkil edir.

Professor bu xəstəliyin uşaqlarda ölümcül təsirə malik olması ilə bağlı hər hansı bir dəlilinin olmadığını deyib: "Bir yaşdan kiçik və xroniki xəstəlikləri olan uşaqlar daha çox risk qrupuna aiddirlər. Ümumilikdə isə onu deyə bilərəm ki, uşaqların 90 faizi xəstəliyi yumşaq keçirsə də, onlar daşıyıcı olduğundan ətraf aləm üçün təhlükə hesab edilirlər. Bu səbəbdən uşaqların maska taxması virusun daha da genişlənməsinin qarşısını almaq üçün çox önəmlidir".

38
Teqlər:
Türkiyə, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Bakı küçələrində futbol oynayan uşaqlar, arxiv şəkli

Azərbaycanda həkimlər uşaqlara görə əmr gözləyirlər

11
(Yenilənib 22:01 10.04.2021)
"Hazırda vaksinlərlə təminat var. Peyvənddən kənarda qalanlar “İmmunlaşdırma həftəsi”çərçivəsində peyvənd edilirlər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Azərbaycanda bu ay uşaqlar arasında təmizləyici “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulur. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, hər il ölkəmizdə uşaqlar arasında immunizasiya tədbirləri həyata keçirilir: “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulur. Hər il bütün Avropa regionunda aprel ayının 26-dan may ayının 2-dək müddətə təmizləyici “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulub. Biz də 2007-ci ildən etibarən bu tədbirin aparılmasını həyata keçiririk. Amma gərək müvafiq əmr olsun ki, biz hansı tədbirlərin həyata keçiriləcəyi barədə məlumat verə bilək".

A.Əliyeva bildirib ki, 0-6 yaş arası uşaqlar arasında immunoprofilaktika proqramı əsasında peyvəndlərin aparılması, təmizləyici immunizasiyanın həyata keçirilməsi təmin olunur: "Hazırda vaksinlərlə təminat var. Peyvənddən kənarda qalanlar “İmmunlaşdırma həftəsi”çərçivəsində peyvənd edilirlər. Hər hansı səbəbə görə peyvəndi almayan uşaqlar poliklinikalar tərəfindən vaksin edilmək üçün dəvət edilir. Peyvəndləmə işi təşkil olunur".

 

 

11
Teqlər:
əmr, həkim, peyvənd, həftə, immunlaşdırma, uşaqlar
Peyvənd, arxiv şəkli

Uşaqlar arasında peyvəndlə əhatəolunma aşağı düşüb

9
(Yenilənib 17:13 10.04.2021)
"Əvvəlki illərlə müqayisədə uşaqlar arasında peyvəndə cəlbolunma ötən il qismən aşağı oldu" - Afaq Əliyeva.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Ötən il uşaqlar arasında peyvəndlə əhatəolunma əvvəlki illərlə müqayisədə aşağı olub. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, buna səbəb pandemiya səbəbindən virusa yoluxmadan ehtiyat edərək valideynlərin uşaqlarını poliklinikalara gətirməməsi, eləcə də evdən çıxmağa qoyulan məhdudiyyətlər olub: "Bu üzdən əvvəlki illərlə müqayisədə uşaqlar arasında peyvəndə cəlbolunma ötən il qismən aşağı oldu".

A.Əliyeva bildirib ki, hazırda tibb müəssisələri işləyir, evdən çıxmağa məhdudiyyətlər yoxdur. Buna görə də valideynlərin uşaqlarını peyvənd təqviminə uyğun vaksin etdirməsinə heç bir məhdudiyyət tətbiq edilmir.

9
Teqlər:
Azərbaycan, azalma, uşaq, peyvənd
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda