Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Səyyar vaksinasiyaya başlanılıb - TƏBİB rəsmisi

20
(Yenilənib 17:08 02.04.2021)
"Azərişıq", "Azəriqaz", "Azərsu" və digər dövlət qurumlarında da səyyar vaksinasiya həyata keçiriləcək.

BAKI, 2 aprel — Sputnik. Bu gündən dövlət qurumlarının müraciətləri əsasında sıxlıq olmaması üçün səyyar qruplar yerində vaksinasiya edir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Müraciətlərlə İş Departamentinin rəhbəri Aygün Əliyeva bildirib.

O qeyd edib ki, bu prosesə ilk olaraq 1 saylı "ASAN Xidmət"də başlanılıb. Daha sonra müraciətlər əsasında "ASAN Xidmət"in digər filialları, "Azərişıq", "Azəriqaz", "Azərsu" və digər dövlət qurumlarında da səyyar vaksinasiya həyata keçiriləcək.

20
Teqlər:
səyyar, vaksinasiya, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (62)

Azərbaycanda bir gündə 2287 nəfər COVID-19-dan sağalıb

9
İndiyədək ölkədə ümumilikdə 298522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 262480 nəfər müalicə olunaraq sağalıb, 4107 nəfər vəfat edib, aktiv xəstə sayı 31935 nəfərdir.

BAKI, 17 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2148 yeni yoluxma faktı qeydə alınıb, 2287 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 298522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 262480 nəfər müalicə olunaraq sağalıb, 4107 nəfər vəfat edib, aktiv xəstə sayı 31935 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14583, ötən müddət ərzində isə ümumilikdə 3096740 test aparılıb.

9
Həblər, arxiv şəkli

Bu dərmanlar Azərbaycanda qadınlara pulsuz veriləcək

13
(Yenilənib 21:21 16.04.2021)
Azərbaycanda antenatal qulluq üzrə klinik protokollara əsasən hər bir hamilə qadına fol turşusu və profilaktik doza dəmir preparatı təyin olunmalıdır.

BAKI, 17 aprel — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında əməkdaşlıq çərçivəsində Azərbaycana dəmir və fol turşusu tərkibli 54000 qutu həb ianə edilib.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, UNICEF tərəfindən ianə edilmiş Çin Xalq Respublikasının istehsalı olan preparatların Bakıda "İpək Yolu" gömrük terminalında təhvil-təslimi keçirilib.

Tədbirdə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova və Agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev iştirak ediblər.

"Hamiləlik dövründə ananın sağlamlığı və bətnindəki körpənin sağlam formalaşması üçün ananın orqanizmində kifayət qədər fol turşusu və dəmir olmalıdır. Fol turşusunun defisiti dölün sinir sisteminin formalaşmasında qüsurların yaranmasına gətirib çıxarır. Araşdırmalar göstərir ki, hamilə qadınların iki nəfərdən birində dəmir-defisitli anemiya müşahidə olunur. Məhz bu səbəbdən beynəlxalq təcrübədə hamilə qadınlara dəmir və fol turşusu preparatı qəbul etmək tövsiyə olunur", - UNICEF-in nümayəndəsi T.Cəmilova bildirib.

R.Abdullayev ianəyə görə Agentliyin rəhbərliyi adından təşəkkürünü bildirib. R.Abdullayev qeyd edib ki, UNICEF-in tövsiyəsinə uyğun olaraq, ianə edilən preparatlar yaxın günlərdə tibb müəssisələrinə paylanılacaq: "Qısa zamanda hamiləliyin birinci trimestrində olan qadınlar TƏBİB-in nəzdindəki tibb müəssisələrinə müraciət edib preparatları pulsuz əldə edə biləcəklər. Bu təminat uşaqlar arasında əlilliyin qarşısının alınmasına, ana və körpə ölümü riskinin azaldılmasına öz töhfəsini verəcək. Gələn ildən hamiləlik dövründə müşahidə olunan dəmir və fol turşusu defisitinin profilaktikası məqsədi ilə bu preparatlar icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək. Sözügedən qərar ana və uşaq sağlamlığının qorunmasının Azərbaycan hökuməti üçün prioritet məsələ olduğunu göstərir".

Qeyd edək ki, Azərbaycanda antenatal qulluq üzrə klinik protokollara əsasən hər bir hamilə qadına fol turşusu və profilaktik doza dəmir preparatı təyin olunmalıdır.

13
Azərbaycanda Formula 1

Azərbaycanda Formula 1-ə görə viza prosedurları sadələşdirildi - SƏRƏNCAM

0
(Yenilənib 17:19 17.04.2021)
Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

BAKI, 17 aprel — Sputnik. Prezident İlham Əliyev "2021 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla müəyyən edilib ki, 2021 Formula 1 Azərbaycan Qran Prisinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci il mayın 1-dən iyunun 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə "Formula One Management Limited" Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin və bu məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

0