Pfizer peyvəndi, arxiv şəkli

Ölkədə koronavirusa yoluxma ölüm qorxulu həddə çatıb

74
(Yenilənib 18:49 01.04.2021)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14375, ötən müddət ərzində isə ümumilikdə 2 888 033 test aparılıb.

BAKI, 1 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2248 yeni yoluxma faktı qeydə alınıb, 860 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 263 961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 238 985 nəfər müalicə olunaraq sağalıb, 3593 nəfər vəfat edib, aktiv xəstə sayı 21383 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14375, ötən müddət ərzində isə ümumilikdə 2 888 033 test aparılıb.

Xatırladaq ki, martın 31-də Azərbaycanda koronavirus infeksiyasına 2237 yeni yoluxma faktı qeydə alınmış, 787 nəfər müalicə olunaraq sağalmış, götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat etmişdi.

74
Həblər, arxiv şəkli

Bu dərmanlar Azərbaycanda qadınlara pulsuz veriləcək

12
(Yenilənib 21:21 16.04.2021)
Azərbaycanda antenatal qulluq üzrə klinik protokollara əsasən hər bir hamilə qadına fol turşusu və profilaktik doza dəmir preparatı təyin olunmalıdır.

BAKI, 17 aprel — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında əməkdaşlıq çərçivəsində Azərbaycana dəmir və fol turşusu tərkibli 54000 qutu həb ianə edilib.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, UNICEF tərəfindən ianə edilmiş Çin Xalq Respublikasının istehsalı olan preparatların Bakıda "İpək Yolu" gömrük terminalında təhvil-təslimi keçirilib.

Tədbirdə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova və Agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev iştirak ediblər.

"Hamiləlik dövründə ananın sağlamlığı və bətnindəki körpənin sağlam formalaşması üçün ananın orqanizmində kifayət qədər fol turşusu və dəmir olmalıdır. Fol turşusunun defisiti dölün sinir sisteminin formalaşmasında qüsurların yaranmasına gətirib çıxarır. Araşdırmalar göstərir ki, hamilə qadınların iki nəfərdən birində dəmir-defisitli anemiya müşahidə olunur. Məhz bu səbəbdən beynəlxalq təcrübədə hamilə qadınlara dəmir və fol turşusu preparatı qəbul etmək tövsiyə olunur", - UNICEF-in nümayəndəsi T.Cəmilova bildirib.

R.Abdullayev ianəyə görə Agentliyin rəhbərliyi adından təşəkkürünü bildirib. R.Abdullayev qeyd edib ki, UNICEF-in tövsiyəsinə uyğun olaraq, ianə edilən preparatlar yaxın günlərdə tibb müəssisələrinə paylanılacaq: "Qısa zamanda hamiləliyin birinci trimestrində olan qadınlar TƏBİB-in nəzdindəki tibb müəssisələrinə müraciət edib preparatları pulsuz əldə edə biləcəklər. Bu təminat uşaqlar arasında əlilliyin qarşısının alınmasına, ana və körpə ölümü riskinin azaldılmasına öz töhfəsini verəcək. Gələn ildən hamiləlik dövründə müşahidə olunan dəmir və fol turşusu defisitinin profilaktikası məqsədi ilə bu preparatlar icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək. Sözügedən qərar ana və uşaq sağlamlığının qorunmasının Azərbaycan hökuməti üçün prioritet məsələ olduğunu göstərir".

Qeyd edək ki, Azərbaycanda antenatal qulluq üzrə klinik protokollara əsasən hər bir hamilə qadına fol turşusu və profilaktik doza dəmir preparatı təyin olunmalıdır.

12
Braziliyada COVİD-19 xəstələri, arxiv şəkli

Son günlər ərzində ilk dəfə koronavirusdan sağalanlar yoluxanları üstələdi

20
İndiyədək ölkədə ümumilikdə 296 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 260 193 nəfər müalicə olunaraq sağalıb, 4 077 nəfər vəfat edib. 32 104 nəfər aktiv xəstə sayını təşkil edib.

BAKI, 16 aprel - Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 2163 yeni yoluxma faktı qeydə alınıb, 2251 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 32 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 296 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 260 193 nəfər müalicə olunaraq sağalıb, 4 077 nəfər vəfat edib. 32 104 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 478, bu günə qədər isə ümumilikdə 3 082 157 test icra olunub.

20

Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən görüntülər - VİDEO

0
(Yenilənib 14:32 17.04.2021)
Daş Veysəlli Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidində kənddir. Gəyan çölündədir. Qərib Ağa, Düldül pirləri bu kəndin ərazisində yerləşir.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin görüntülərini yayıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

1993-cü ildə işğal olunmuş Daş Veysəlli kəndi 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.

Daş Veysəlli Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidində kənddir. Gəyan çölündədir. Qərib Ağa, Düldül pirləri bu kəndin ərazisində yerləşir.

0