Koronavirusa qarşı peyvənd Pfizer-BioNTech, arxiv şəkli

Azərbaycan iki yeni vaksin partiyasının tədarükünə nail oldu: tarix bəllidir

126
Azərbaycanın vaksinlə təminatının aprel ayına nəzərdə tutulması fikrinə narazılıq edən Zaur Əliyev AstraZeneca və Pfizer-BioNTech vaksinlərinin tədarükü barədə GAVİ rəsmisi ilə razılığa gəlib

BAKI, 30 mart - Sputnik. Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin GAVİ (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs və UNICEF-in (BMT-nin Uşaq Fondu) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə onlayn formatda görüşü olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə İTSDA-nın yaydığı məlumatda deyilir. Görüşün məqsədi “AztraZeneca” şirkətinə məxsus COVID-19 vaksin dərman vasitəsinin ölkəyə idxalı ilə bağlı məsələnin müzakirəsi olub.

R.Qrivs bildirib ki, Azərbaycanda epidemioloji vəziyyət, koronavirus infeksiyası əleyhinə vaksinasiyaya başlayan ilk ölkələrdən biri olduğu və eyni zamanda ilkin mərhələdə vaksinin azlığını nəzərə alaraq Azərbaycanın vaksinlə təminatı aprel ayına nəzərdə tutulub.

Z.Əliyev göstərilən arqumenti əsassız sayıb və COVAX-la razılaşmalarda bu məsələnin qeyd olunmadığını bildirib: "Azərbaycan COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri olub. Vaksinlərin dünya dövlətləri arasında ədalətli bölgüsü pandemiya ilə mübarizə sahəsində səmərəli əməkdaşlıq üçün vacib komponentdir. Azərbaycan ilk gündən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini verib, COVAX platforması ilə bağlı bütün öhdəlikləri yerinə yetirib. Həmçinin Azərbaycanda vaksinasiya prosesi ilə əlaqədar tələb olunan bütün infrastruktur yaradılıb. Buna baxmayaraq, COVAX platforması vasitəsilə ölkəmizə COVID-19 vaksin dərman vasitələrinin gətirilməsində gecikmələr müşahidə olunur”.

R.Qrivs bildirib ki, ilkin mərhələdə aprelin 5-də Koreyadan “AztraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi Azərbaycana göndəriləcək: “Vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq. Eləcə də 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq”.

Qeyd edək ki, ümumilikdə “AztraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin mayın sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub.

Görüşün sonunda Z.Əliyev COVAX platformasının Azərbaycana münasibətdə öz öhdəliklərinə sadiq qalacağına və bildirilən tarixdə vəd edilən peyvəndi ölkəmizə çatdırılmasını təmin edəcəyinə ümid etdiyini qeyd edib.

Azərbaycanda 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb. Peyvəndləmə iki mərhələdə aparılır. Vaksinasiyada əsasən Çinin SinoVac şirkətinin peyvəndindən istifadə olunur. 

126
Teqlər:
tədarük, Pfizer, AstraZeneca, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (59)
Gürcüstanda epdimioloji vəziyyət

Gürcüstanda COVID-19-un üçüncü dalğası başlayıb

7
Son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb.

BAKI, 11 aprel - Sputnik. Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb. Hökumət üçüncü dalğanın daha böyük fəsadlara səbəb olmaması və genişmiqyaslı epidemiyaya çevrilməməsi üçün tədbirlər görür.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib. Baş epidemioloq cəmiyyəti tətbiq olunan qaydalara riayət etməyə çağırıb.

Məlumat üçün qeyd edək ki, son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb. Onların da 277 min 303-ü müalicə olunub. Koronavirusdan son sutka ərzində 8 nəfər dünyasını dəyişib.

7

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

10
(Yenilənib 20:22 11.04.2021)
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 582 nəfərdir.

BAKI, 11 aprel - Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 538 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 582 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 177 087, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 758 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 418 812 təşkil edir.

10
Kitbaxanaçı Nazlı Əliyeva

Dünyanı qəlbləri ilə görənlər - Görmə məhdudiyyətli şəxslərin kitabxanası

157
(Yenilənib 23:43 11.04.2021)
Kitabxananın zirzəmidə yerləşməyi həm onun fəaliyyəti, həm də oxucular üçün narahatlıq yaradır. Elə şəxslər var ki, həm görmə məhdudiyyətlidir, həm də onların ayaqlarında, yerimələrində də problemlər var.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. Fiziki məhdudiyyətli əhali qrupunun bir hissəsini görmə məhdudiyyəti olanlar təşkil edir. Cəmiyyətdə bu şəxsləri, "dünyanı qəlbləri ilə görənlər" adlandırırlar. Bir çox sahələrdə fitri istedadalara sahib olan görmə məhdudiyyətli şəxslər nə qədər qəribə səslənsə də, əksər hallarda asudə vaxtlarında mütaliə edir və bundan zövq alırlar.

Maraqlıdır, respublikada görmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan yeganə kitabxanada durum necədir?

Bakıda Nərimanov rayonu, 2-ci Sülh döngəsi 2 ünvanında yerləşən kitabxana 4 mərtəbəli binanın zirzəmisindədir. Zirzəminin qapısını açaraq üzüaşağı dik pilləkənləri gördükdə, görəsən, görmə məhdudiyyətli şəxslər bu pilləkənlərlə necə qalxıb-düşürlər, deyə sual ağlımıza gəlir. Ehtiyatla aşağı enirik.

© Sputnik / Nigar Iskanderova
Gözdən əlillər kitabxanası

Kitabxanaçı Nazlı Əliyeva bizi kitabxana ilə tanış edir: "Kitabxanamız 1981-ci ildə yaranıb. 262 kvadrat metrlik ərazisi olan kitabxana 4 mərtəbəli binanın zirzəmisində yerləşir. Burada brayl əlifbası ilə yazılan, eyni zamanda audio formatda olan, həmçinin adi kitablar var. Oxucularımız isə 5 yaşdan 90 yaşadəkdir. Anaları 5 yaşlı yaxud da bir qədər böyük yaşlı övladlarını gətirərək onlara burada kitab oxuyurlar. Burada hətta abituriyentlər üçün lazım olan bəzi vəsaitlər də var".

Kitablarla tanış oluruq, burada dünya ədəbiyyatı, uşaq ədəbiyyatına aid müxtəlif növ - Azərbaycan, rus və türk dillərində kitabalr var. Az sayda olsa da, ingilis dilli kitablara da rast gəlmək mümkündür. Kitabxananın 19 işçisindən 13-ü görmə məhdudiyyətlidir.

Nazlı xanım deyir ki, buradakı audio kitablar səsyazma məntəqələrində diktorlar tərəfindən səsləndirilir: "Bu səslər montaj olunaraq flashcard-a, diskə yazılır ki, görmə məhdudiyyəti olan şəxslər kiminsə köməyi olmadan mütaliə edə bilsinlər. Azərbaycanın Xalq artisti Eldost Bayramov, diktor Zərifə Ağahüseynqızı və digərləri bu kitabları səsləndirib. Bəzən tələbələr gəlir ki, biz ödənişsiz olaraq kitabları səsləndirmək istəyirik. Bu zaman həmin şəxsin səsi dinlənilir. Çünki bizim auditoriya görmədiyi üçün onlar səsə daha həssasdılar. Bu səbəbdən də səsin xoş, avazlı olub-olmadığı yoxlanılır. Səslə yanaşı, ləhcənin olmaması, düzgün oxunma çox önəmlidir".

© Sputnik / Nigar Iskanderova
Kitbaxanaçı Nazlı Əliyeva

Kitabxanaçı deyir ki, brayl tipli kitablar xüsusi avadanlıqlarla çap olunur. Düzdür, bu kitablar audio kitablarla müqayisədə az olsa da, ona maraq var. Audio tipli kitablar buradakı kitabların təxminən 70 faizini təşkil edir.

Söhbət boyu suallar da beynimizdə gəzib-dolaşır: Havalandırma sistemi, pəncərəsi olmayan və görmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulmuş kitabxanada görəsən ən çox nə qədər oturub mütaliə etmək olar?

Elə Nazlı xanım da deyir ki, onlaırn əsas problemləri məhz yerləşdikləri məkanla bağlıdır: "Əsas problemimiz bu məkanla bağlıdır. Mərkəz olaraq yerimiz yaxşıdır, "Gənclik" metrostansiyasının yanından bura beş dəqiqəyə çatmaq olur. Amma kitabxananın zirzəmidə yerləşməyi həm fəaliyyətimiz, həm də oxucularımız üçün narahatlıq yaradır. Elə şəxslər var ki, həm görmə məhdudiyyətlidir, həm də onların ayaqlarında, yerimələrində də problemlər var. Onların arasında əsa ilə gəzənlər, arabada olanlar da var ki, bura düşüb-çıxmaq heç də rahat olmur".  

© Sputnik / Nigar Iskanderova
Taktil kitab

"Yaşayış binasının zirzəmisində yerləşirik deyə, burada nəmişlik olur, bir də görürsən ki, yuxarıdan su damır. İldə bir neçə dəfə bu iş başımıza gəlir, kitab fondumuz xarab olur, Pəncərələr olmadığndan havalandırma sistemi də yoxdur", - deyə o əlavə edir.   

N.Əliyeva deyir ki, oxucular əvvəllər daha çox gəlirdi, hazırda isə gündəlik gələn oxucuların sayı 10-15-dir: "Bunun da səbəbi ictimai nəqliyyatda, taksilərdə qiymətlərin artması ilə bağlıdır. Bu şəxslər gələndə tək gəlmirlər, mütləq onlarla kimsə də gəlir. Yəni, hər dəfə taksi ilə gəlmək onlar üçün heç də sərfəli deyil. Lakin biz kitabları onlara əlçatan etmək üçün bəzən özümüz ünvana aparırıq. Görmə məhdudiyyətli şəxslər adətən kompakt olaraq bir ərazidə yaşayırlar. Belə olanda, yaxud da şəxslərdən biri gəlib kitab götürdükdə sonradan digər görmə məhdudiyyətli şəxslərə də verir. Bu zaman həmin şəxs bizimlə əlaqə saxlayaraq kitabı kimə verdiyini deyir və kitab onun adından çıxarılaraq başqasının adına salınır".

© Sputnik / Nigar Iskanderova
Səsli kitab

Pandemiya dövründə oxucuların evdən çıxmaması üçün kitabxanın digər əməkdaşları təəfindən "Youtube" və "Facebook" vasitəsi ilə kitablar oxuyaraq səsləndirirlər: "Pandemiya dövründə "Zoom" proqramı vasitəsi ilə tədbirlər də keçirmişik. Bizim əsas kontingentimiz Gözdən Əlilər Məktəbinin şagirdləridir. Onlar da tez-tez bura üz tutur, tədbirlərimizə qatılır, müxtəlif proqramlarla çıxış edirlər. Biz onların şairlər, yazıçılar, qəhrəmanlarımızla görüşlərini də təşkil edirik".        

Kitabxananın direktoru Şəhla Vəliyeva da zirzəmi şəraitinin çətinliklərindən danşır: "Bizim kitablar xüsusi kitablardır. Brayl əlifbası ilə nəşr olunan kitablar müəyyən temperaturda, şəraitdə qorunub saxlanılmalıdır. Bu kitablarla yanaşı disklərin də zirzəmi şəraitində saxlanılması düzgün deyil. Bu bizim başlıca problemimizdir. Təsəvvür edib, bəzən təmir  bitməmiş divarlar yenidən nəm verir".

  • Səsli kitab
    © Sputnik / Nigar Iskanderova
  • Səsli kitab
    © Sputnik / Nigar Iskanderova
  • Səsli kitab
    © Sputnik / Nigar Iskanderova
  • Gözdən əlillər kitabxanası
    © Sputnik / Nigar Iskanderova
1 / 4
© Sputnik / Nigar Iskanderova
Səsli kitab

"Ev sahibləri evlərini kirayə verirlər. Kirayədə qalanlar isə gördüyünüz kimi, vəziyyətimizi bu hala gətiriblər. Zirzəmidə olmasaydıq, vəziyyət fərqli olardı", - deyə o əlavə edir.

Hazırda kitabxananın 1200 oxucusu olduğunu deyən direktor bu auditoriyada 83-85 yaşlı nənə-babaların da yer aldığını diqqətə çatdırır.

157