Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Allergiyası olan insanlar COVID-19 peyvəndi vurdura bilərlərmi?

52
(Yenilənib 13:42 29.03.2021)
"İstənilən peyvəndləmə üçün əsas əks-göstəriş xəstəliyin kəskinləşməsi və nəzarətə alınmayan gedişinin olmasıdır" - Baş allerqoloq Lalə Allahverdiyeva.

BAKI, 29 mart — Sputnik. Səhiyyə Nazirliyinin Bakı şəhəri üzrə baş allerqoloqu Lalə Allahverdiyeva allergik xəstələrin COVID-19 xəstəliyinə yoluxma zamanı baş verə biləcək ağırlaşmalarından və peyvəndlənmənin hansı hallarda aparıla biləcəyi haqqında müsahibə verib. Sputnik Azərbaycan baş allerqoloqun müsahibəsini təqdim edir:

- COVID-19 allergiyadan əziyyət çəkən xəstələrə necə təsir edir?

- Dünyada aparılan son tədqiqatların nəticələri göstərdi ki, respirator allergiya və bronxial astmadan əziyyət çəkən xəstələr COVID-19-un ciddi və həyati təhlükəli formaları ilə xəstələnməyə bilərlər. Əldə olan məlumatlara görə, koronavirus infeksiyası COVID-19 üçün risk qrupunda olan ağır dərəcəli, nəzarət olunmayan bronxial astma istisna olmaqla, digər allergik xəstəliklərin gedişini ağırlaşdırmır. SARS-CoV-2 koronavirusu bronxial astmanın kəskinləşməsi üçün triggerdir və ağır pnevmoniyaya səbəb ola bilər. Ağır dərəcəli, nəzarət olunmayan bronxial astma COVID-19 ilə xəstələnmiş şəxslərdə daha ağır nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən, allergiyası olan pasiyentlərdə koronavirus infeksiyasının ən yaxşı profilaktikası elə allergiyanın özünün müalicə edilməsidir. Xəstələr allergiya əleyhinə bazis terapiyanı almalıdırlar. Çünki bu terapiya xəstəliyi nəzarətə almağa və ağırlaşmalardan qaçmağa imkan verər.

- Allergiyadan əziyyət çəkən xəstələr koronavirus üçün risk qrupuna daxildirlərmi?

- Allergiyadan əziyyət çəkən xəstələr COVID-19-un inkişaf etməsinə görə risk qrupuna daxil deyildirlər, ona görə ki, belə xəstələrin tənəffüs yollarının hüceyrələrində AÇF2 (angiotenzin çevirici ferment-2) geninin ekspressiyasının azalması müşahidə olunur. Lakin ağır dərəcəli, nəzarət olunmayan bronxial astmalı və COVID-19-un geniş yayılmasına görə yüksək risk qrupunda olan xəstələr istisna təşkil edirlər.

Çexiyada koronavirusun yeni variantı aşkarlanıb>>

Virus xəstəlikləri və COVID-19 allergiyanın simptomlarını ağırlaşdıra bilər. Bu, respirator allergiya – bronxial astma, allergik rinitlər və pollinoz olan xəstələrə aiddir. Virus iltihablaşmış selikli qişadan asanlıqla orqanizmə daxil olur və xəstədə allergiyanın gedişini ağırlaşdırır. Digər bir klinik mənzərə də ola bilər. Məsələn, xəstə bronxial astmanın remissiya mərhələsində idi, lakin, koronavirus infeksiyasına yoluxdu. İnfeksiya tənəffüs yollarının selikli qişasının virus mənşəli iltihabına səbəb oldu. Allergenlərin zədələnmiş selikli qişadan keçməsi artır və biz beləcə allergik iltihabın kəskinləşməsini izləyə bilərik.

- COVID-19 xəstəliyinin əlamətləri ilə allergiya əlamətləri bir-birindən necə fərqlənir?

- Respirator allergiyanın (atopik bronxial astma, allergik rinit, pollinoz) və koronavirus infeksiyasının simptomları həqiqətən də çox oxşardır. Bu simptomlar aşağıdakılardır: tənəffüsün çətinləşməsi, təngnəfəslik, öskürək, rinoreya, asqırma, burun və boğazda qaşınma, qıcıqlanma, gözlərdə qaşınma. Əgər bu simptomlara yüksək hərarət, başağrısı və boğazda ağrı, ümumi halsızlıq və mialgiya, quru öskürək, iy və dadbilmənin itirilməsi də qoşularsa, onda mütləq həkimə müraciət etmək və COVID-19-a görə müayinədən keçmək lazımdır.

- Allergiyadan əziyyət çəkən insanların istifadə etdikləri antihistamin preparatları immun sistemini zəiflədə bilərmi?

- Antihistamin preparatlar allergik xəstəlikləri olan xəstələrin immun sistemini heç bir şəkildə zəiflədə bilməz. Koronavirus infeksiyasının və COVID-19 pnevmoniyasının müalicəsində antiviral preparatlar, antibiotiklər, antikoaqulyantlar, hormonlar, vitaminlər istifadə olunur. Bütün bu preparatlar, allergiyası olan xəstələrdə koronavirus infeksiyası zamanı toksikodermiya və ya övrə şəklində təzahür edən dərman allergiyasına səbəb ola bilər. Belə xəstələrə eyni zamanda çox sayda dərmanları ehtiyatla təyin etmək lazımdır. Bu, xüsusilə də antibiotik və vitaminlərə aiddir.

- Ən çox verilən suallardan biri: allergiyası olan insanlar COVID-19 peyvəndi vurdura bilərmi?

- Allergik xəstəliklər peyvəndlənmə, o cümlədən də COVID-19 əleyhinə peyvəndləmə üçün əks-göstəriş deyil. İstənilən peyvəndləmə üçün əsas əks-göstəriş xəstəliyin kəskinləşməsi və nəzarətə alınmayan gedişinin olmasıdır.

Peyvəndlənməyə mütləq əks göstəriş əvvəllər yeridilmiş digər peyvənd və ya zərdablara qarşı allergik reaksiyaların, peyvəndin tərkibinə daxil olan komponentlərə qarşı ağır sistem və anafilaktik reaksiyaların olmasıdır. Peyvəndlər və ya inyeksiya şəklində olan dərman preparatları ilə bağlı olmayan digər allergik reaksiyalar COVID-19 əleyhinə peyvəndlənmənin aparılmasına əks-göstəriş deyil.

Allergik xəstəliyin kəskinləşməsi peyvəndlənmənin aparılmasına müvəqqəti əks göstərişdir. Xəstəliyin kəskin əlamətlərini aradan qaldırmaq və remissiya dövründə peyvəndlənmək lazımdır.

52
Teqlər:
Səhiyyə Nazirliyi, peyvənd, COVID-19, allergiya
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (59)
Bakı küçələrində futbol oynayan uşaqlar, arxiv şəkli

Azərbaycanda həkimlər uşaqlara görə əmr gözləyirlər

9
(Yenilənib 22:01 10.04.2021)
"Hazırda vaksinlərlə təminat var. Peyvənddən kənarda qalanlar “İmmunlaşdırma həftəsi”çərçivəsində peyvənd edilirlər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Azərbaycanda bu ay uşaqlar arasında təmizləyici “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulur. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, hər il ölkəmizdə uşaqlar arasında immunizasiya tədbirləri həyata keçirilir: “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulur. Hər il bütün Avropa regionunda aprel ayının 26-dan may ayının 2-dək müddətə təmizləyici “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulub. Biz də 2007-ci ildən etibarən bu tədbirin aparılmasını həyata keçiririk. Amma gərək müvafiq əmr olsun ki, biz hansı tədbirlərin həyata keçiriləcəyi barədə məlumat verə bilək".

A.Əliyeva bildirib ki, 0-6 yaş arası uşaqlar arasında immunoprofilaktika proqramı əsasında peyvəndlərin aparılması, təmizləyici immunizasiyanın həyata keçirilməsi təmin olunur: "Hazırda vaksinlərlə təminat var. Peyvənddən kənarda qalanlar “İmmunlaşdırma həftəsi”çərçivəsində peyvənd edilirlər. Hər hansı səbəbə görə peyvəndi almayan uşaqlar poliklinikalar tərəfindən vaksin edilmək üçün dəvət edilir. Peyvəndləmə işi təşkil olunur".

 

 

9
Teqlər:
əmr, həkim, peyvənd, həftə, immunlaşdırma, uşaqlar
Peyvənd, arxiv şəkli

Uşaqlar arasında peyvəndlə əhatəolunma aşağı düşüb

9
(Yenilənib 17:13 10.04.2021)
"Əvvəlki illərlə müqayisədə uşaqlar arasında peyvəndə cəlbolunma ötən il qismən aşağı oldu" - Afaq Əliyeva.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Ötən il uşaqlar arasında peyvəndlə əhatəolunma əvvəlki illərlə müqayisədə aşağı olub. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, buna səbəb pandemiya səbəbindən virusa yoluxmadan ehtiyat edərək valideynlərin uşaqlarını poliklinikalara gətirməməsi, eləcə də evdən çıxmağa qoyulan məhdudiyyətlər olub: "Bu üzdən əvvəlki illərlə müqayisədə uşaqlar arasında peyvəndə cəlbolunma ötən il qismən aşağı oldu".

A.Əliyeva bildirib ki, hazırda tibb müəssisələri işləyir, evdən çıxmağa məhdudiyyətlər yoxdur. Buna görə də valideynlərin uşaqlarını peyvənd təqviminə uyğun vaksin etdirməsinə heç bir məhdudiyyət tətbiq edilmir.

9
Teqlər:
Azərbaycan, azalma, uşaq, peyvənd
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda