Fransa prezidenti Emmanuel Makron, arxiv şəkli

Makronun peyvənd müharibəsi barədə sözlərinə alimlər cavab verdilər

27
Fransa liderinin sözlərinə əsasən, Rusiya və Çin koronavirusa qarşı dərmanlardan təsir aləti kimi istifadə etməyə cəhd göstərirlər. O Avropa ölkələrini vaksin istehsalında müstəqillik göstərməyə çağırıb.

BAKI, 26 mart - Sputnik. "Sputnik V" peyvəndini hazırlayanlar Fransa prezidenti Emmanuel Makronun peyvənd səviyyəsində yeni növ dünya müharibəsi haqqında bəyanatına cavab veriblər.

Fransa liderinin sözlərinə əsasən, Rusiya və Çin koronavirusa qarşı dərmanlardan təsir aləti kimi istifadə etməyə cəhd göstərirlər. O Avropa ölkələrini vaksin istehsalında müstəqillik göstərməyə çağırıb.

"Əziz Emmanuel Makron, biz vaksinlərin siyasətdən kənarda qalması üçün çalışırıq - bu bizim bütün dünyada müharibəyə yox, sülhə olan ən yaxşı ümidimizdir", - deyə "Sputnik V"-nin yaradıcılıarı vaksinin rəsmi Twitter-akkauntunda məsələyə şərh veriblər.

Statusun müəllifləri həmçinin Fransaya dərmanı özlərində istehsal etmək ölkələrə qoşulmağı təklif ediblər.

"Müxtəlif vaksinlərin istehsalı peyvənd müstəqilliyinə aparan yoldur. Biz birlikdə güclüyük!" - yazıda qeyd olunur.

Rusiyada artıq koronavirusa qarşı üç vaksin qeydiyyatdan keçib: Qamaleya mərkəzindən "Sputnik V", Novosibirsin "Vektor" mərkəsindən "EpiVakKorona" və Çumakov adına mərkəzdən "KoviVak".

27
Türkiyədə vətəndaşların vaksinasiyası, arxiv şəkli

İnsanları peyvənd olunmağa inandırmaq üçün xüsusi qruplar yaradılır

4
İndiyə kimi növbəsi çatdığı halda 65 yaşdan yuxarı insanların 23,6 faizi peyvənd olunmaqdan imtina etdiyindən Səhiyyə Nazirliyi bunun səbəblərini araşdırmaq qərarına gəlib.

BAKI, 15 aprel — Sputnik. Türkiyədə növbəsi çatsa belə hər dörd nəfərdən biri peyvənd olunmaqdan imtina edir. Artıq ölkənin Səhiyyə Nazirliyi insanları peyvənd vurdurmağa inandırmaq üçün tədbirlər görməyə başlayıb. Sputnik Azərbaycan bu barədə "Haberglobal"-a istinadla məlumat yayıb.

"Peyvənd komandaları yaradılacaq və onların üzvləri ev-ev gəzərək insanların hansı səbəbdən vaksinasiya olunmaq istəmədiklərini araşdıracaqlar", – deyə məlumatda bildirilir.

O da qeyd olunur ki, indiyə kimi növbəsi çatdığı halda 65 yaşdan yuxarı insanların 23,6 faizi peyvənd olunmaqdan imtina edib. Odur ki Səhiyyə Nazirliyi insanların hansı səbəbdən peyvənd olunmaq istəmədiklərini yerində araşdırmaq qərarına gəlib. Ailə həkimlərinin başçılığı ilə bu qruplar ev-ev gəzərək vaksinasiya olunmaq istəməyənləri dilə tutacaq.

Məqsəd vaksinasiya olunanların sayını artırmaqla koronavirusa yoluxma hallarının qarşısını almaqdır.

Qeyd edək ki, iyun ayının sonlarına kimi Türkiyədə 40 yaşdan yuxarı bütün vətəndaşların peyvənd olunması planlaşdırılır.

4
İdman zalı

Avtobuslarda, restoranlarda sıxlıqdırsa, idman zallarına niyə icazə verilməsin?

1229
(Yenilənib 01:12 15.04.2021)
"Nəzərə almaq lazımdır ki, elə xəstələr var ki, onların artıq çəki alması səhhətləri üçün təhlükəlidir. Belə şəxslər koronavirusa yoluxduqda da xəstəliyi daha ağır keçirirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Pandemiya dövründə idman zallarının qapalı qalması narazılıq doğursa da, hələ də bu məkanların fəaliyyətinə icazə verilmir. Milli Məclisin deputatı Fazil Mustafa çıxışlarının birində bildirib ki, digər sahələrdə olduğu kimi idman zallarına da qadağa qoyulmamalıdır: "Müəyyən məhdudiyyətlər tətbiq olunsun. 

Məsələn, məhdudiyyət qoyulsun ki, eyni anda idman zalında üç nəfərdən artıq şəxs məşq edə bilməz. Buna riayət olunmasına da ciddi nəzarət tətbiq edilsin".

Məlumat üçün bildirək ki, bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargah daha 3 növ üzrə Azərbaycan milli komandalarına məşq icazəsi verib.

Sputnik Azərbaycan idman zallarının fəaliyyətinə icazənin verilməsinin mümkünlüyünü araşdırıb.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, idman zallarının fəaliyyətinə icazə verilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilib:

"Biz dəfələrlə demişik ki, idman yarışlarının keçirilməsi üçün idman zallarının fəaliyyətinə icazə verilsin. Bunun üçün Operativ Qərargaha müraciət edilib. Təkliflər də irəli sürmüşük ki, hansı qaydalarla idman zalları açılmalıdır".

S.Məmmədova deyir ki, qrapplinq və həndbol üzrə kişilərdən ibarət yığmaların, həmçinin voleybol üzrə kişi və qadınlardan ibarət milli komandaların təlim-məşq toplanışları üçün razılıq alınıb: "Bu idman növlərinin qarşıda beynəlxalq yarışları nəzərdə tutulur. Nazirlik olaraq Operativ Qərargaha müraciət etmişik. Qərargah da onların hazırlıq prosesinə icazə verib".

Nazirlik rəsmisi artıq bu komandaların hazırlıqlara başladığını bildirib. O deyib ki, həndbol və voleybol millilərinin toplanışı aprelin 30-da, qrapplinqdə isə aprelin 23-də başa çatacaq.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah daha əvvəl futzal millisinə qapalı məkanda məşq və oyun üçün icazə verib. Amma hələ ki, ölkəmizdə idman zallarının fəaliyyətinə qoyulan qadağa götürülməyib.

Diyetoloqlar isə pandemiya dövründə idman zallarının açılmasına ehtiyac olduğunu söyləyirlər. Məşhur diyetoloq Tutu Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, restoranların, avtobusların hazırkı vəziyyətini nəzərə aldıqda idman zallarının qapalı qalması başadüşülən deyil. Diyetoloq bildirir ki, idman zallarının müəyyən qaydalarla fəaliyyətinə icazə vermək olar: "İdman zalında maska ilə idman etmək olmur. Digər tərəfdən, koronavirusa yoluxmuş xəstə idman avadanlıqlarına toxunmaqla virusu yaya bilər. Qaçış avadanlıqlarının ara məsafəsi isə çox yaxındır. Bəzi idman zallarında havalandırma çox çətindir. Bu mənada idman zallarının fəaliyyəti müəyyən qaydalar çərçivəsində bərpa oluna bilər. İdman zalının hər kvadratmetrində neçə nəfərin məşq etməli olduğu müəyyənləşməlidir. Bu qaydalarla idman zallarının da fəaliyyətinə icazənin verilməsi mümkündür".

T.Zeynalova idmanın koronavirusa qarşı effektli olduğunu da söyləyir. O bildirir ki, idman sağlamlıqdır, idman edən insanlar koronavirusu yüngül keçirirlər.

Diyetoloq deyir ki, idman zalları qapalı olduğu müddətdə havaların da isinməsini nəzərə alıb müəyyən yerlərdə açıq havada maska qadağası götürülməlidir:

"Bəzi yerlərdə açıq havada maskasız gəzməklə idman etməyə icazə vermək olar. Məsələn, "Torqovı"da sıxlıq olduğu üçün maskasız gəzmək təhlükəlidir. Amma bulvarda maskasız gəzmək olar. Nəzərə almaq lazımdır ki, elə xəstələr var ki, onların artıq çəki alması səhhətləri üçün təhlükəlidir. Belə şəxslər koronavirusa yoluxduqda xəstəliyi daha ağır keçirirlər. Təbii ki, sıxlıq olmayan yerlərdə açıq havada maskasız yürüşə icazənin verilməsi yaxşı olardı".

Hər iki qadağa qaldığı bir vaxtda isə T.Zeynalova deyir ki, insanlar açıq havada piyada 40 dəqiqə gəzməyə, rəqs etməyə, gündəlik aktivliyi qorumağa çalışmalıdırlar.

1229
Teqlər:
dietoloq, qadağa, idman zalı, idman, avtobus, sıxlıq, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
İnsanların kölgəsi, arxiv şəkli

Gecə yarısı qoca qadının əl-ağzını bağlayanların başqa cinayətləri üzə çıxdı

0
(Yenilənib 17:26 15.04.2021)
Balakən rayonu Katex kəndində iki nəfər tək yaşayan ahıl qadının evinə daxil olaraq onun əllərini və ağzını bağlayıb, pul və qızılların yerini deməsi üçün bıçaqla hədə-qorxu gəliblər.

BAKI, 15 aprel — Sputnik. Gecə saatlarında iki nəfər maskalı şəxs Balakən rayonu Katex kəndində tək yaşayan ahıl qadının evinə daxil olaraq onun əllərini və ağzını bağlayıb, pul və qızılların yerini deməsi üçün bıçaqla hədə-qorxu gəliblər. Məqsədlərinə nail olduqdan sonra qadına xəsarət yetirib oradan uzaqlaşıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən quldurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri – Nicat Teneşov və Samir Abdulhəmidov tutularaq istintaqa təqdim ediliblər. Quldurluq yolu ilə ələ keçirdikləri qızılların bir qismi onlardan maddi sübut kimi götürülüb.

Davam etdirilən araşdırmalarla N.Teneşovun 5 il əvvəl – 2016-cı ilin aprel-may aylarında yaşadığı Katex kəndi ərazisində daha 3 fərdi yaşayış evindən ümumi dəyəri 10 min manata yaxın olan qızıl-zinət əşyaları, 4 min manat pul və 15 min rus rublunu oğurladığı, izi itirmək üçün isə həmin evləri yandırdığı məlum olub.

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

0