Xəstəxana, arxiv şəkli

Hələ Azərbaycanda vərəmdən xeyli ölən var, yoluxanlar isə əsasən gənclərdir

27
(Yenilənib 13:01 24.03.2021)
Elçin Muxtarlı: Azərbaycan dərmana davamlı vərəmi xəstəliyinin ən çox yayıldığı 30 ölkə arasındadır. Bu isə o deməkdir ki, dünyada yayılan vərəmin 87 faizi məhz bu 30 ölkənin payına düşür.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 mart — Sputnik. "Azərbaycanda vərəməyoluxma ən çox kişilər arasındadır. Vərəmə yoluxanların 56 faizini kişilər, 32 faizini qadınlar, 12 faizini uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Sağlamlığa Xidmət İctimai birliyinin icraçı direktoru, Vərəmlə Mübarizə üzrə Avropa Koalisiyasının İdarə heyətinin üzvi Pərvanə Vəliyeva 24 mart Vərəmlə Beynəlxalq Mübarizə Günü ilə bağlı keçirilən tədbirdə danışıb.

O bildirib ki, vərəməyoluxma daha çox 18-29 yaş aralığında qeydə alınıb.

Vərəm əleyhinə QHT Koalisiyasının rəhbəri Elçin Muxtarlı isə deyib ki, vərəm xəstəliyi yoluxucu xəstəliklər arasında ən çox ölümə səbəb olan xəstəlikdir. Hər il 1.5 milyon insan bu xəstəlikdən dünyasını dəyişir. 1882-ci ildə ilk dəfə olaraq aşkarlanan bu xəstəliyinin qarşısı o zamandan bu günədək alınmayıb.

QHT rəhbəri bildirir ki, Azərbaycan vərəmin ən çox yayıldığı 30 ölkə sırasında yer alıb:

"Azərbaycan dərmana davamlı vərəmi xəstəliyinin ən çox yayıldığı 30 ölkə arasındadır. Bu isə o deməkdir ki, dünyada yayılan vərəmin 87 faizi məhz bu 30 ölkənin payına düşür. Çalışmalıyıq ki, Azərbaycan qarşıdakı illərdə nəinki 30, heç 100 ölkə arasında da yer almasın. Vərəmin qarşısını almaq üçün onun ocaqlarını, mənbələrini tapmalıyıq".

Qeyd edək ki, ÜST-ün məlumatına görə, Azərbaycanda 2018-ci ildə 880, 2019-cu ildə isə  610 nəfər vərəmdən dünyasını dəyişib.

Bu gün Beynəlxalq Vərəmlə Mübarizə Günüdür.  

 

27
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Çin Rusiya vaksinləri ən yaxşı peyvənddir - Millət vəkili

8
"Çinin və Rusiyanın istehsal etdiyi vaksinlər ənənəvi üsulla hazırlanan vaksinlərdir. Bu vaksinlərin yan təsirləri çox az olur".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. "Azərbaycanda istifadə olunan vaksinin 90 faiz effektiv olduğu təsdiqlənib. Hazırda Çin və Rusiya istehsalı olan vaksinlər ən az yan təsirləri olan vaksinlərdir".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev bildirib. O deyib ki, hazırda Çin və Rusiya istehsalı olan vaksinlər ən az yan təsirləri olan vaksinlərdir: "Çinin və Rusiyanın istehsal etdiyi vaksinlər ənənəvi üsulla hazırlanan peyvəndlərdir. Onların yan təsirləri çox az olur. Effektivliyi də kifayət qədər çoxdur. Azərbaycan peyvənd alarkən, təbii ki, bu nüansları da nəzərə alıb".

M.Quliyev bildirib ki, Çinin istehsal etdiyi peyvəndin effektivliyinin 50 faiz civarında olması ilə bağlı səslənən ittihamlarla razı deyil: "Çin vaksininin istifadəsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunub. Çox təəssüf ki, biznes məqsədi ilə vaksinlərin keyfiyyətinə şübhə yaradacaq məqsədli məlumatlar yayılır:

"Vaksin biznesi ilə bağlı çox böyük mübarizə gedir. Bu, böyük pullar uğrunda mübarizədir. Koronavirus əleyhinə vaksin hazırlayan şirkətlərin imicinə zərər vuran məlumatlar yayılır. "AstraZeneca" ilə bağlı da belə mənfi fikirlər ortaya çıxdı. Sonra Böyük Britaniya rəhbərliyi bunu təkzib etdi. Biz belə məlumatlara hələ rast gələcəyik. Əsas odur ki, bu vaksini dünya üçün yararlı sayan Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qərar var. Vaksinin 90 faiz effektivliyi var. Ona görə də vaksinlər əleyhinə hələ çox məlumatlar olacaq.

Hətta "vaksin vurdurmayın" deyənlər də olacaq. Bunlar hamısı müxtəlif oyunlardır və biznes maraqlarına xidmət edən məqamlardır. Bir şirkət digər şirkətin satışını azaltmaq üçün hələ çox belə oyunlara gedəcək. Buna fikir vermək lazım deyil. Vaksinin keyfiyyəti 70 faizin üzərindədirsə, o peyvənd keyfiyyətli sayılır. Çin istehsalı olan vaksinin də effektivliyinin 90 faizin üzərində olduğu təsdiq olunub, yan təsirləri də yoxdur. Ona görə də bu fikirlərə çox da fikir vermək lazım deyil. Bunu biznes bazarının apardığı antireklam kimi qəbul etmək lazımdır".

Məlumat üçün bildirək ki, Çinin xəstəliklərə nəzarət və profilaktikası üzrə Mərkəzinin rəhbəri Qao Fu ilk dəfə koronavirus əleyhinə peyvəndlərinin effektivliyinin az olmasını etiraf edib. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, Qao Fu "Çin vaksinlərinin yüksək qoruma göstəricisi yoxdur" deyə bildirib.

8
Teqlər:
açıqlama, deputat, Milli Məclis, Rusiya, Çin, vaksin
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya

Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

6
(Yenilənib 10:03 13.04.2021)
Balakəndə koronavirus xəstəsi polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

BAKI, 13 aprel — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Natiq İsayevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib. Həmin şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

N.İsayev barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

6
Teqlər:
xəstə, Koronavirus, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar