BMT-nin bayrağı, arxiv şəkli

BMT Azərbaycanın təşəbbüsü ilə COVID-19 vaksinlərinə dair qətnamə qəbul etdi

45
Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik etmişdir ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir.

BAKI, 23 mart - Sputnik. Bu gün BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.

Sputnik Azərbaycan Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına istinadla bildirir ki, qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır. Pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edən qətnamə, bu xüsusda, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyətini qeyd edir.

Qətnamə BMT üzv dövlətlərinə və digər əlaqədar qurumlara (beynəlxalq təşkilatlar, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti üzvləri və s.) COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağırış edir. Eyni zamanda, peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək ifadə edən qətnamə, bütün dövlətlərdən peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağa çağırır.

Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik etmişdir ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Həmmüəlliflər sırasında dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən və fərqli siyasi qruplaşmalara məxsus olan ölkələr təmsil edilir. Qətnamənin ərsəyə gəlməsində konsensusa nail olunması üçün uzun müddətdir ki, Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində danışıqlar aparılırdı.

Jenevada Ümumdünya Səhiyyə Təşkilatının mənzil-qərargahı, arxiv şəkli
© AFP 2021 / FABRICE COFFRINI

Qeyd edək ki, sözügedən qətnamə ölkə başçısının 1 fevral tarixində Azərtac Dövlət İnformasiya Agentliyinə verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülmüşdü və əldə edilmiş nəticəyə əsasən demək olar ki, ölkə başçısının pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində qlobal dəstək qazandı.

Məlumat üçün qeyd edək ki, ölkə başçısının təşəbbüsünə uyğun olaraq, bəhs olunan qətnamədən əvvəl 5 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda Komünike qəbul edilmişdi.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə çoxtərəfli səylərin mərkəzində olmağa davam edir.

45
Teqlər:
vaksin, qətnamə, COVID-19, BMT, Azərbaycan
Bakı küçələrində futbol oynayan uşaqlar, arxiv şəkli

Azərbaycanda həkimlər uşaqlara görə əmr gözləyirlər

9
(Yenilənib 22:01 10.04.2021)
"Hazırda vaksinlərlə təminat var. Peyvənddən kənarda qalanlar “İmmunlaşdırma həftəsi”çərçivəsində peyvənd edilirlər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Azərbaycanda bu ay uşaqlar arasında təmizləyici “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulur. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, hər il ölkəmizdə uşaqlar arasında immunizasiya tədbirləri həyata keçirilir: “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulur. Hər il bütün Avropa regionunda aprel ayının 26-dan may ayının 2-dək müddətə təmizləyici “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulub. Biz də 2007-ci ildən etibarən bu tədbirin aparılmasını həyata keçiririk. Amma gərək müvafiq əmr olsun ki, biz hansı tədbirlərin həyata keçiriləcəyi barədə məlumat verə bilək".

A.Əliyeva bildirib ki, 0-6 yaş arası uşaqlar arasında immunoprofilaktika proqramı əsasında peyvəndlərin aparılması, təmizləyici immunizasiyanın həyata keçirilməsi təmin olunur: "Hazırda vaksinlərlə təminat var. Peyvənddən kənarda qalanlar “İmmunlaşdırma həftəsi”çərçivəsində peyvənd edilirlər. Hər hansı səbəbə görə peyvəndi almayan uşaqlar poliklinikalar tərəfindən vaksin edilmək üçün dəvət edilir. Peyvəndləmə işi təşkil olunur".

 

 

9
Teqlər:
əmr, həkim, peyvənd, həftə, immunlaşdırma, uşaqlar
Peyvənd, arxiv şəkli

Uşaqlar arasında peyvəndlə əhatəolunma aşağı düşüb

9
(Yenilənib 17:13 10.04.2021)
"Əvvəlki illərlə müqayisədə uşaqlar arasında peyvəndə cəlbolunma ötən il qismən aşağı oldu" - Afaq Əliyeva.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Ötən il uşaqlar arasında peyvəndlə əhatəolunma əvvəlki illərlə müqayisədə aşağı olub. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, buna səbəb pandemiya səbəbindən virusa yoluxmadan ehtiyat edərək valideynlərin uşaqlarını poliklinikalara gətirməməsi, eləcə də evdən çıxmağa qoyulan məhdudiyyətlər olub: "Bu üzdən əvvəlki illərlə müqayisədə uşaqlar arasında peyvəndə cəlbolunma ötən il qismən aşağı oldu".

A.Əliyeva bildirib ki, hazırda tibb müəssisələri işləyir, evdən çıxmağa məhdudiyyətlər yoxdur. Buna görə də valideynlərin uşaqlarını peyvənd təqviminə uyğun vaksin etdirməsinə heç bir məhdudiyyət tətbiq edilmir.

9
Teqlər:
Azərbaycan, azalma, uşaq, peyvənd
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda