Koronavirus testi, arxiv şəkli

Azərbaycanda iki tanınmış müğənni koronavirusa yoluxub

37
"Çalışın ki, xəstələnməyin, özünüzü qoruyun. Hamının xəstələnməyi mənə təsir etdi, sonda özüm də xəstələndim" - Sevda Kazımova

BAKI, 23 mart - Sputnik. Müğənni Ülvi Qılınc koronavirusa yoluxub.

Sputnik Azərbaycan lent.az-a istinadən bildirir ki, bu haqda aparıcı Elgiz Əkbər məlumat yayıb. Onun sözlərinə görə, Ülvinin vəziyyəti ağırdır. Ü.Qılınc hazırda evdə izolyasiya olunur və müalicəsi davam edir.

Ülvi Qılıncdan başqa daha bir müğənni, Sevda Kazımova da koronavirusa yoluxub. Bu barədə lent.az-a ifaçının özü bildirib: "Hazırda xəstəxanadayam. Xəstəliyi ağır formasından tutmuşam. Həkimlər çox sağ olsunlar, mənə yaxşı nəzarət edirlər. Dualarınıza ehtiyacım var. İnşallah, ümid edirəm ki, bu xəstəliyə qalib gələrəm. Çalışın ki, xəstələnməyin, özünüzü qoruyun. Hamının xəstələnməyi mənə təsir etdi, sonda özüm də xəstələndim".

37
Teqlər:
Azərbaycan, müğənni, yoluxma, Koronavirus
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (434)

Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

6
(Yenilənib 10:03 13.04.2021)
Balakəndə koronavirus xəstəsi polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

BAKI, 13 aprel — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Natiq İsayevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib. Həmin şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

N.İsayev barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

6
Teqlər:
xəstə, Koronavirus, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Psixoloq iş başında

Polinarkomaniyada artım var

6
(Yenilənib 00:41 13.04.2021)
"Psixostimulyatorlar qrupundan sintetik psixoaktiv maddə olan metamfetaminin və opiatların birlikdə qəbulu istifadəçilərin sinir sistemində kəskin pozuntular yaradır" - Pərvin Məmmədov

BAKI, 12 aprel — Sputnik. Polinarkomaniya hallarında artım var. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov "Tibb Qəzeti"nə müsahibəsində deyib.

O bildirib ki, son dövrlər polinarkomaniya, yəni iki və daha artıq sintetik, yarımsintetik və təbii narkotik vasitələrin birlikdə qəbulu halları artıb: "Psixostimulyatorlar qrupundan sintetik psixoaktiv maddə olan metamfetaminin və opiatların birlikdə qəbulu istifadəçilərin sinir sistemində kəskin pozuntular yaradır".

O qeyd edib ki, belə hallarda həkim-narkoloqlarla yanaşı, müalicədə həkim-psixoterapevt və həkim-nevropatoloqlara ciddi ehtiyac duyulur.

6

Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO

0
Hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

BAKI, 13 aprel - Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən, sülhməramlı bölmələrdə təlim məşqləri keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

0
Teqlər:
video, təlim, sülhməramlılar, Azərbaycan Müdafiə Nazirliyi