“Fındıq-qoz-şabalıd” adlı beynəlxalq festival

Çərəzlərin faydası - Maraqlı məlumatlar

21
(Yenilənib 00:42 21.03.2021)
Fındığın tərkibi zülallar, karbohidratlar, doymamış yağlar, E və B qrupu vitaminləri, yüksək miqdarda kalium, kalsium və natriumla zəngindir.

BAKI, 21 mart - Sputnik. Çərəzlər zəngin tərkibi baxımından insan orqanizminin ehtiyacı olan gündəlik vitamin və mineral normasını qarşıladığı kimi, eyni zamanda, beyinin təbii yağlara olan ehtiyacını ödəyir. Həmçinin çərəzlərin tərkibində olan lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliyə qarşı qalxan rolunu oynayır. Çərəzlərin qovurulmamış və ya çox az qovurulmuş halda istehlakı tövsiyə olunur. Qovurulan zaman qidalılıq dəyərinin azalması, tərkibindəki yağların trans yağlara çevrilməsi baş verə bilər.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a daxil olan maarifləndirici materialda xəbər verilir.

Qoz - yağ, zülal, karbohidratlar, C vitamini, B qrup vitaminləri, maqnezium, manqan, sink və fosfor kimi maddələrlə zəngindir. Qoz orqanizmin ehtiyacı olan bitki tərkibli Omega - 3 yağ turşusunu təmin edən yeganə çərəzdir. E vitamini və alfa-linolenik turşusu ilə zəngin olan qoz sinir sisteminə müsbət təsir göstərir. Damarların kirəcləşməsinin qarşısının alınmasına, xolesterol səviyyəsinin və qan şəkərinin stabilləşməsinə kömək edir. Tərkibindəki lif, protein sayəsində Alzheimer xəstəliyinin və şəkərli diabetin yaranmasını ləngidir, stres və yuxu problemini aradan qaldırır. Eyni zamanda, sümüklərin güclənməsini və dəri hüceyrələrinin daha cavan qalmasını təmin edir.

Fındığın tərkibi zülallar, karbohidratlar, doymamış yağlar, E və B qrupu vitaminləri, yüksək miqdarda kalium, kalsium və natriumla zəngindir. Fındıq ləpəsinin tərkibində olan yağların 96 faizi insan orqanizmi üçün faydalı olan doymamış turşular – olein və linolindən ibarətdir. Fındıq orqanizm üçün olduqca xeyirlidir. Belə ki, immun sistemini gücləndirməklə yanaşı, sinir sisteminə faydalıdır, diabet riskini azaldır, eləcə də orqanizmi xərçəngə qarşı qoruyur. Fındıq bağırsağa da müsbət təsir göstərir. Tərkibində olan lif və vitaminlər əzələləri gücləndirir, hüceyrələri yaşlanmaya qarşı qoruyur, toxluq hissini artırır. Fındığın tərkibi triptofan və izoleysin amin turşuları ilə zəngin olduğu üçün beyin fəaliyyətini və zehni qabiliyyəti yaxşılaşdırır.

Badamın tərkibi lif, doymamış yağ turşuları ilə yanaşı, E və B qrupu vitaminləri, maqnezium, kalsium, fosfor, dəmir, sink, selen və mis kimi minerallarla zəngindir. Dadına görə badam acı və şirin olmaqla iki növə bölünür. Şirin badam təzə halda yeyilir və qənnadı sənayesində geniş istifadə olunur. Acı badamdan isə ətriyyat, əczaçılıq sənayesində istifadə edilir. Son zamanlarda qida rasionumuzda yer alan badam südü laktozasız və xolesterolsuz olduğu üçün inək südünə alternativ istifadə edilir. Badam ürək-damar xəstəliklərinə qarşı olduqca faydalıdır, qan təzyiqini tənzimləyir, beyinin fəaliyyətini yaxşılaşdırır. Həmçinin qanda şəkərin səviyyəsini tənzimləyir, sümük əriməsini əngəlləyir. Maddələr mübadiləsini sürətləndirmək üçün badamın acqarına istehlakı tövsiyə olunur.

Fıstığın tərkibi lif, fosfor, kalium, E, C, A və B qrup vitaminləri, yağ və protein baxımından çox zəngindir. Həzm prosesinin yaxşılaşmasında, qan təzyiqinin tənzimlənməsində, immun sistemin gücləndirilməsində və qanazlığı zamanı faydalıdır. Zehni fəaliyyətin inkişafına müsbət təsir etdiyindən uşaqların da istehlak etməsi tövsiyə olunur.

İydə və innabın tərkibində orqanizm üçün zəruri olan bir çox maddələr var. Həmin maddələr orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. Kalori dəyəri aşağı olduğundan iydə pəhriz saxlayanlar üçün əlverişlidir. C vitamini ilə zəngin olan iydə soyuqdəymə və tənəffüs yolu infeksiyalarında xeyirli təsir göstərir. Təzə və ya qurudulmuş halda istehlak olunan innab isə qan təzyiqini aşağı salmaq üçün yaxşı vasitədir. Onu, həm də diabet xəstələrinə məsləhət görürlər. İnnab sidikqovucu vasitə kimi böyrək xəstəliklərində, bəlğəmyumşaldıcı kimi tənəffüs orqanları xəstəliklərində qəbul edilir. Uşaqların da qida rasionunda innabdan istifadə etmək tövsiyə olunur.

Qida dəyəri yüksək olduğuna görə bir ovuc çərəz orqanizmin gündəlik vitamin tələbatını ödəməyə kifayət edir. Miqdarına diqqət yetirilərək günün hər saatında istehlak edilə bilər.

Çərəzləri alarkən onun xarici görünüşünə, həm də məhsulun satışa qədər düzgün saxlanılmasına diqqət yetirmək lazımdır. Çərəzlər bütöv şəkildə olmalı, üzərində çat, zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Məhsula uyğun gəlməyən qoxu hiss edilərsə, bu, çərəzlərin düzgün şəraitdə saxlanılmamasının və sağlamlıq üçün təhlükəli olduğunun göstəricisidir. Qablaşdırılmış halda satılan çərəzləri alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir.

Çərəzləri düzgün şəraitdə saxlamadıqda Aspergillus flavus və Aspergillus parasiticus göbələklərinin ifraz etdiyi zəhərli toksin - aflatoksin yaranır. Məhsulun üzərində aflatoksinin əlaməti olan kiflər pambıq kimi, bəzən də rəngli şəkildə özünü büruzə verir, hətta gözlə görünməyən dərin qatlara qədər nüfuz edə bilir. Qeyd edək ki, kiflərin səbəb olduğu zəhərlənmələr qısa müddətdə öz əlamətlərini göstərmir. Lakin uzun müddət kifli məhsulların istehlak olunması sonralar orqanizmdə ciddi fəsadlara səbəb olur. Ona görə də kiflənmiş qidaların bir hissəsinin kəsilərək atılması və digər hissəsinin yeyilməsi də məsləhət deyil. Bundan başqa, çərəzlər istehlak edilməmişdən əvvəl mütləq yaxşıca yuyulmalıdır.

21
Türkiyədə vətəndaşların vaksinasiyası, arxiv şəkli

İnsanları peyvənd olunmağa inandırmaq üçün xüsusi qruplar yaradılır

7
İndiyə kimi növbəsi çatdığı halda 65 yaşdan yuxarı insanların 23,6 faizi peyvənd olunmaqdan imtina etdiyindən Səhiyyə Nazirliyi bunun səbəblərini araşdırmaq qərarına gəlib.

BAKI, 15 aprel — Sputnik. Türkiyədə növbəsi çatsa belə hər dörd nəfərdən biri peyvənd olunmaqdan imtina edir. Artıq ölkənin Səhiyyə Nazirliyi insanları peyvənd vurdurmağa inandırmaq üçün tədbirlər görməyə başlayıb. Sputnik Azərbaycan bu barədə "Haberglobal"-a istinadla məlumat yayıb.

"Peyvənd komandaları yaradılacaq və onların üzvləri ev-ev gəzərək insanların hansı səbəbdən vaksinasiya olunmaq istəmədiklərini araşdıracaqlar", – deyə məlumatda bildirilir.

O da qeyd olunur ki, indiyə kimi növbəsi çatdığı halda 65 yaşdan yuxarı insanların 23,6 faizi peyvənd olunmaqdan imtina edib. Odur ki Səhiyyə Nazirliyi insanların hansı səbəbdən peyvənd olunmaq istəmədiklərini yerində araşdırmaq qərarına gəlib. Ailə həkimlərinin başçılığı ilə bu qruplar ev-ev gəzərək vaksinasiya olunmaq istəməyənləri dilə tutacaq.

Məqsəd vaksinasiya olunanların sayını artırmaqla koronavirusa yoluxma hallarının qarşısını almaqdır.

Qeyd edək ki, iyun ayının sonlarına kimi Türkiyədə 40 yaşdan yuxarı bütün vətəndaşların peyvənd olunması planlaşdırılır.

7
İdman zalı

Avtobuslarda, restoranlarda sıxlıqdırsa, idman zallarına niyə icazə verilməsin?

1230
(Yenilənib 01:12 15.04.2021)
"Nəzərə almaq lazımdır ki, elə xəstələr var ki, onların artıq çəki alması səhhətləri üçün təhlükəlidir. Belə şəxslər koronavirusa yoluxduqda da xəstəliyi daha ağır keçirirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Pandemiya dövründə idman zallarının qapalı qalması narazılıq doğursa da, hələ də bu məkanların fəaliyyətinə icazə verilmir. Milli Məclisin deputatı Fazil Mustafa çıxışlarının birində bildirib ki, digər sahələrdə olduğu kimi idman zallarına da qadağa qoyulmamalıdır: "Müəyyən məhdudiyyətlər tətbiq olunsun. 

Məsələn, məhdudiyyət qoyulsun ki, eyni anda idman zalında üç nəfərdən artıq şəxs məşq edə bilməz. Buna riayət olunmasına da ciddi nəzarət tətbiq edilsin".

Məlumat üçün bildirək ki, bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargah daha 3 növ üzrə Azərbaycan milli komandalarına məşq icazəsi verib.

Sputnik Azərbaycan idman zallarının fəaliyyətinə icazənin verilməsinin mümkünlüyünü araşdırıb.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, idman zallarının fəaliyyətinə icazə verilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilib:

"Biz dəfələrlə demişik ki, idman yarışlarının keçirilməsi üçün idman zallarının fəaliyyətinə icazə verilsin. Bunun üçün Operativ Qərargaha müraciət edilib. Təkliflər də irəli sürmüşük ki, hansı qaydalarla idman zalları açılmalıdır".

S.Məmmədova deyir ki, qrapplinq və həndbol üzrə kişilərdən ibarət yığmaların, həmçinin voleybol üzrə kişi və qadınlardan ibarət milli komandaların təlim-məşq toplanışları üçün razılıq alınıb: "Bu idman növlərinin qarşıda beynəlxalq yarışları nəzərdə tutulur. Nazirlik olaraq Operativ Qərargaha müraciət etmişik. Qərargah da onların hazırlıq prosesinə icazə verib".

Nazirlik rəsmisi artıq bu komandaların hazırlıqlara başladığını bildirib. O deyib ki, həndbol və voleybol millilərinin toplanışı aprelin 30-da, qrapplinqdə isə aprelin 23-də başa çatacaq.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah daha əvvəl futzal millisinə qapalı məkanda məşq və oyun üçün icazə verib. Amma hələ ki, ölkəmizdə idman zallarının fəaliyyətinə qoyulan qadağa götürülməyib.

Diyetoloqlar isə pandemiya dövründə idman zallarının açılmasına ehtiyac olduğunu söyləyirlər. Məşhur diyetoloq Tutu Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, restoranların, avtobusların hazırkı vəziyyətini nəzərə aldıqda idman zallarının qapalı qalması başadüşülən deyil. Diyetoloq bildirir ki, idman zallarının müəyyən qaydalarla fəaliyyətinə icazə vermək olar: "İdman zalında maska ilə idman etmək olmur. Digər tərəfdən, koronavirusa yoluxmuş xəstə idman avadanlıqlarına toxunmaqla virusu yaya bilər. Qaçış avadanlıqlarının ara məsafəsi isə çox yaxındır. Bəzi idman zallarında havalandırma çox çətindir. Bu mənada idman zallarının fəaliyyəti müəyyən qaydalar çərçivəsində bərpa oluna bilər. İdman zalının hər kvadratmetrində neçə nəfərin məşq etməli olduğu müəyyənləşməlidir. Bu qaydalarla idman zallarının da fəaliyyətinə icazənin verilməsi mümkündür".

T.Zeynalova idmanın koronavirusa qarşı effektli olduğunu da söyləyir. O bildirir ki, idman sağlamlıqdır, idman edən insanlar koronavirusu yüngül keçirirlər.

Diyetoloq deyir ki, idman zalları qapalı olduğu müddətdə havaların da isinməsini nəzərə alıb müəyyən yerlərdə açıq havada maska qadağası götürülməlidir:

"Bəzi yerlərdə açıq havada maskasız gəzməklə idman etməyə icazə vermək olar. Məsələn, "Torqovı"da sıxlıq olduğu üçün maskasız gəzmək təhlükəlidir. Amma bulvarda maskasız gəzmək olar. Nəzərə almaq lazımdır ki, elə xəstələr var ki, onların artıq çəki alması səhhətləri üçün təhlükəlidir. Belə şəxslər koronavirusa yoluxduqda xəstəliyi daha ağır keçirirlər. Təbii ki, sıxlıq olmayan yerlərdə açıq havada maskasız yürüşə icazənin verilməsi yaxşı olardı".

Hər iki qadağa qaldığı bir vaxtda isə T.Zeynalova deyir ki, insanlar açıq havada piyada 40 dəqiqə gəzməyə, rəqs etməyə, gündəlik aktivliyi qorumağa çalışmalıdırlar.

1230
Teqlər:
dietoloq, qadağa, idman zalı, idman, avtobus, sıxlıq, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli

Rusiya XİN: Azərbaycan Ermənistan çətin yolun başlanğıcındadır

0
(Yenilənib 18:55 15.04.2021)
“Azərbaycan və Ermənistandan olan dostlarımızla qarşılıqlı əməkdaşlıq qurarkən bir çox maneələri dəf edəcəyik".

BAKI, 15 aprel - Sputnik. “Bakı ilə Yerevan arasında dayanıqlı sülh və mehriban qonşuluğun bərqərar olmasına yönələn təşəbbüsləri yalnız alqışlaya bilərik”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən ilin 10 noyabr və bu ilin 11 yanvar tarixlərində əldə etdikləri razılaşmalar buna etibarlı zəmin yaradır. Bu kimi proseslərə bundan sonra da hər cür dəstək verməyə hazırıq. Əlbəttə, Ermənistan ilə Azərbaycan qarşılıqlı etimadın zəruri səviyyəsinə çatmaq, münasibətlərini yoluna qoymaq istiqamətində çətin yolun hələ başlanğıcındadır”, - deyən rusiyalı rəsmi bu məsələdə müsbət məlumat və s. fonunun yaradılmasını da vacib hesab edib:

“Azərbaycan və Ermənistandan olan dostlarımızla qarşılıqlı əməkdaşlıq qurarkən bir çox maneələri dəf edəcəyik. Cənubi Qafqazdakı sabitliyin, dayanıqlı iqtisadi inkişafın bu regionda Rusiyanın bütün tərəfdaşlarının manafeyinə uyğun gəldiyini əsas götürürük. Fikrimizcə, tərəflər münasibətləri normallaşdırmağa, etimad mühiti yaratmağa çalışacaqlar”.

0