Johnson & Johnson şirkətinin loqosu, arxiv şəkli

ÜST "Johnson & Johnson" peyvəndinin araşdırılmasını istəyir

7
Mütəxəssislər peyvənd vurulmuş pasiyentləri 15 dəqiqə müşahidə altında saxlamağı və əvvəllər anafilaktik şok keçirmiş şəxsləri vaksinasiyaya cəlb etməməyi də məsləhət görüblər.

BAKI, 17 mart — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İmmunizasiya üzrə Strateji Məsləhət Qrupu Johnson & Johnson peyvəndinin allergik reaksiyalar və qan laxtalanması problemləri də daxil olmaqla, mümkün yan təsirlərinin diqqətlə izlənilməsini tövsiyə edib. Bu barədə RİA Novosti məlumat yayıb.

İmmunizasiya ilə bağlı strateji məsləhət qrupunun yayımlanan tövsiyələrində qeyd olunur ki, "Johnson & Johnson" peyvəndinin testləri hələlik Cənubi Afrikada müəyyən edilmiş bir hadisə istisna olmaqla, çoxsaylı ciddi allergik reaksiyalara səbəb olduğunu təsdiqləməyib.

Mütəxəssislər, eyni zamanda, peyvənd vurulmuş pasiyentləri 15 dəqiqə müşahidə altında saxlamağı və əvvəllər anafilaktik şok keçirmiş şəxsləri vaksinasiyaya cəlb etməməyi də məsləhət görüblər.

7
Gürcüstanda epdimioloji vəziyyət

Gürcüstanda COVID-19-un üçüncü dalğası başlayıb

7
Son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb.

BAKI, 11 aprel - Sputnik. Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb. Hökumət üçüncü dalğanın daha böyük fəsadlara səbəb olmaması və genişmiqyaslı epidemiyaya çevrilməməsi üçün tədbirlər görür.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib. Baş epidemioloq cəmiyyəti tətbiq olunan qaydalara riayət etməyə çağırıb.

Məlumat üçün qeyd edək ki, son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb. Onların da 277 min 303-ü müalicə olunub. Koronavirusdan son sutka ərzində 8 nəfər dünyasını dəyişib.

7

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

10
(Yenilənib 20:22 11.04.2021)
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 582 nəfərdir.

BAKI, 11 aprel - Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 538 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 582 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 177 087, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 758 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 418 812 təşkil edir.

10

Yevlax Sabirabadda ağır cinayətin qarşısı alınıb

0
(Yenilənib 10:25 12.04.2021)
Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı Qarağac kənd sakini Etibar Qocayevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 9 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Yevlaxda da toy məclisi aşkarlanıb. Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 6 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

0