Bakıda məktəbdə dezinfeksiya işləri, arxiv şəkli

Koronavirusa yoluxma qeydə alınan məktəblər yoluxma ocağı hesab olunur

14
(Yenilənib 21:02 15.03.2021)
"Dezinfeksiyaedici maddələr mikroorqanizimləri, yəni xəstəlikləri, virus və bakteriyaları qısa müddətdə məhvetmə xüsusiyyətinə malik olmalıdır, həmçinin insan orqanizmi üçün də zərərsiz olmalıdır".

BAKI, 15 mart — Sputnik. "Dezinfeksiyaedici maddələr ocaqlı və profilaktik dezinfeksiya məqsədilə istifadə olunur. Ocaqlı dezinfeksiyada infeksion xəstəlik keçirmiş xəstənin olduğu yer dezinfeksiya edilir, profilaktik dezinfeksiyadan isə infeksion xəstəliyin yaranmasının qarşısını almaq üçün istifadə edilir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri Səhiyyə Nazirliyi Bakı Şəhər Dezinfeksiya Mərkəzinin baş həkimi Akif Məmmədov deyib.

Onun sözlərinə görə, bu məqsədlə virus və bakteriyaların daha çox yayılmasına səbəb olan yerlər - əhalinin sıx məskunlaşdığı ərazilər, məktəblər, müəssisələr dezinfeksiya olunur: "Dezinfeksiyaedici maddələr mikroorqanizimləri, yəni xəstəlikləri, virus və bakteriyaları qısa müddətdə məhvetmə xüsusiyyətinə malik olmalıdır, həmçinin insan orqanizmi üçün də zərərsiz olmalıdır".

Baş həkim eyni zamanda qeyd edib ki, təhsil müəssisələrində dezinfeksiya işləri adətən nəm üsul ilə aparılır:

"Bu üsulda məktəblərdə dezinfeksiya işləri apardıqdan 2 saat sonra nəm dəsmal ilə silinməlidir. Dezinfeksiya məqsədilə bromosept istifadə olunur. Bu zaman da sinif otaqları, partalar, pəncərə altlıqları, pilləkən tutacaqları dezinfeksiya olunur. Profilaktika məqsədilə həftədə 1 dəfə ancaq məktəbdə infeksion xəstəlik aşkar olunarsa, istisna olaraq həmin ərazi ocaqlı dezinfeksiya olunur. Bu dezinfeksiyalarla yanaşı, məktəblərdə növbələrarası cari dezinfeksiya işləri də aparılmalıdır".

Mütəxəssis həmçinin bu maddələrin insan sağlamlığına hər hansı bir zərərinin olub-olmaması məsələsinə də aydınlıq gətirib: "Bu maddələr normalda insan orqanizmi üçün zərərsizdir, amma ehtiyatsızlıq nəticəsində əlimiz dəysə və yaxud da hər hansı nahiyəmizə təmas etsə, ziyanı ola bilər. Əldə, dəridə qaşınma, qızartı gözdə göynəmə hissi yarana bilər. Əsasən təhlükəsizlik qaydalarına diqqət etməliyik. Bunun üçündə ilk öncə bu işi görən işçilər xüsusi geyimlərdən (xüsusi əlcək, maska, eynəklərdən) istifadə etməlidirlər. Digər insanların təhlükəsizliyi üçün müvafiq əməkdaşlar təlimatlandırılırlar".

14
Teqlər:
dezinfeksiya, məktəb, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (463)
Gürcüstanda epdimioloji vəziyyət

Gürcüstanda COVID-19-un üçüncü dalğası başlayıb

8
Son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb.

BAKI, 11 aprel - Sputnik. Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb. Hökumət üçüncü dalğanın daha böyük fəsadlara səbəb olmaması və genişmiqyaslı epidemiyaya çevrilməməsi üçün tədbirlər görür.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib. Baş epidemioloq cəmiyyəti tətbiq olunan qaydalara riayət etməyə çağırıb.

Məlumat üçün qeyd edək ki, son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb. Onların da 277 min 303-ü müalicə olunub. Koronavirusdan son sutka ərzində 8 nəfər dünyasını dəyişib.

8

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

12
(Yenilənib 20:22 11.04.2021)
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 582 nəfərdir.

BAKI, 11 aprel - Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 538 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 582 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 177 087, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 758 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 418 812 təşkil edir.

12
Kitabın çapı, arxiv şəkli

Füzulidə "Araz" qəzetinin redaksiyası bərpa ediləcək - nazirdən anons

0
(Yenilənib 16:03 12.04.2021)
Anar Kərimov: "Bura 1931-ci ildə Füzulidə yaradılan "Araz" qəzetinin redaksiyasıdır. O, Ermənistan işğalından əvvəl bölgədəki əsas media orqanı idi".

BAKI, 12 aprel — Sputnik. Füzuli rayonunda "Araz" qəzetinin redaksiyası bərpa ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Twitter" hesabında yazıb.

"Bura 1931-ci ildə Füzulidə yaradılan "Araz" qəzetinin redaksiyasıdır. O, Ermənistan işğalından əvvəl bölgədəki əsas media orqanı idi. İndi binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas olub. Biz onu bərpa edəcəyik", - nazir qeyd edib.

 

0