İnsanlar avtobusda, arxiv şəkli

TƏBİB rəsmisi virusun artım səbəbini açıqladı - Günahkar yenə əhalidir

26
(Yenilənib 12:22 13.03.2021)
TƏBİB rəsmisinin sözlərindən belə nəticə çıxır ki, tibbi maskaların düzgün taxılmasını təmin etmək üçün xüsusi öyrədici kurslar açılmalıdır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Azərbaycanda koronavirusa yoluxmada artıma münasibət bildirib. Sputnik Azərbaycan-ın məlumatına görə, Vasif Əliyev bildirib ki, artım səbəbi yumşaldılmadan sonra insanlar arasında təmasın artmasıdır. O, bildirib ki, əhali qoruma vasitələrinə riayət etmirsə, virusun ötürülməsi asanlaşır. Bunun nəticəsində isə yoluxmaların sayında artımın şahidi oluruq: "Vətəndaş məsuliyyəti çox önəmlidir. İstər kafe və restoranlar olsun, istər də digər qapalı məkanlar".

Vasif Əliyev qeyd edib ki, insanlar tibbi maskadan da düzgün istifadə etmirlər: "Sadəcə maskaların doğru istifadə olunmaması da yoluxma sayında artıma səbəb ola bilir. Sanki inanlar maskadan virusdan qorunmaq üçün yox, cəzadan yayınmaq üçün istifadə edirlər. Maskanın dəfələrlə istifadəsi doğru deyil. Bu maskaları istifadə müddəti 6-8 saatdır. Amma insanlar maskanı həftələrlə istifadə edir. Maskanı cibimizdən çıxardıb təkrar ağzımıza taxırıq. Moda xarakterli bəzəkli parça maskalar isə insanları virusdan yox, cəzadan qoruyur".

V.Əliyev koronavirusun yeni ştammlarının yayılmasının qorxulu olduğunu da vurğulayıb. O bildirib ki, bu ştamların Azərbaycanda olması da inkar olunmur: "Amma bunu ştamma da bağlamaq olmaz. Hansı ştammın olmasından asılı olmayaraq, biz təması önləyə bilmiriksə, yenidən yoluxma sayının artımına səbəb olur. Yoluxma sürətinin yeni ştammla olmasını düşünmürəm. Sadəcə yumşalmalardan sonra əhali arasında arxayınlıq yaranıb və buna daha öncə də şahid olduq. Noyabrda yoluxma dalğasının zirvəsini yaşadıq. Gündəlik 5 mindən çox yoluxma var idi. O zaman heç Britaniya ştammı yox idi. Yoluxma sayının artmasını ştamma bağlamaq olmaz. Zamanla viruslar öz-özünü məhv edə, yaxud da sadə sıradan bir xəstəliyə də keçə bilər. Ona görə də biz qoruma tədbirlərinə əməl etməliyik".

İşçi qrupunun üzvü bildirib ki, peyvəndlərin əhəmiyyətini qısa zamanda demək çətindir. Onun sözlərinə görə, Azərbaycan COVID-19 əleyhinə olan peyvəndi ilk alan ölkələrdəndir: "Kütlənin çox hissəsi bu peyvəndləmədən keçməmiş nəticə barədə danışmaq olmaz. Ən azı əhalinin 2/3 hissəsi vaksin edilməmiş nəticəni demək mümkün deyil. Vaksinasiya ilə bağlı bu faizi əldə etməliik ki,  yoluxma zəncirini qıraq. Peyvənd olmasaydı, nəticə daha ağır olardı”.

26
Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

10
(Yenilənib 17:33 14.04.2021)
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1243191, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 813413 olub.

 

BAKI, 14 aprel — Sputnik. Azərbaycanda bu gün 31028 nəfər vaksinasiya olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4681 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1243191, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 813413, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 429778 nəfər təşkil edir.

10
Teqlər:
Azərbaycan, vaksinasiya
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya

Azərbaycanda koronavirusla bağlı durum: ölü sayı 30-dan düşmür

206
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14086, bu günə qədər isə ümumilikdə 3054472 test icra olunub.

BAKI, 14 aprel — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2293 yeni yoluxma faktı qeydə alınıb, 2071 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 291894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 255833 nəfər müalicə olunaraq sağalıb, 4009 nəfər vəfat edib. 32052 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14086, bu günə qədər isə ümumilikdə 3054472 test icra olunub.

206
Teqlər:
Azərbaycan, statistika, ölüm, yoluxma, test, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Baydenlə Putinin görüşü yaxın həftələrdə baş tuta bilər

0
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək" - Blinken.

BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.

​"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.

0
Teqlər:
görüş, Cozef Bayden, Vladimir Putin