Xəstəxana

Həmişə xaricdə axtarırıq, Turizm Agentliyi deyir, bizdə var

13
Brendləşmə və marketinq fəaliyyətləri araşdırılan zaman ötən illərdə dünya üzrə ən yaxşı 10 xəstəxana və bu xəstəxanaların uğur göstəriciləri təqdim edilib

BAKI, 12 mart — Sputnik. Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda sağlamlıq turizminin cari vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında geniş hesabat hazırlanıb. Sputnik Azərbaycan-a Agentlikdən daxil olan məlumata görə, "Azərbaycanda sağlamlıq turizmi – cari vəziyyət və inkişaf perspektivləri" adlanan hesabatda sağlamlıq turizminin regional və qlobal səviyyədə rəqabətqabiliyyətliliyi müqayisəli təhlil əsasında araşdırılaraq təqdim olunub.

Araşdırma sənədində ölkəmizdə əsas sağlamlıq turizmi destinasiyaları olan Abşeron, Şabran, Naftalan, Qəbələ, Lənkəran, Şəki, Dağlıq Qarabağ və Naxçıvanda olan resurslar, sağlamlıq müəsissələri və bu sağlamlıq müəsissələrində turistlərə təqdim olunan xidmətlər öz əksini tapıb. Eyni zamanda sağlamlıq müəsissələrindən kənarda yerləşən təbii mineral ehtiyatlar və onların yerləşdiyi rayonlar barədə məlumat verilərək hər biri üzrə inkişaf potensialı qiymətləndirilib.

Sağlamlıq turizminin mahiyyəti, Ümudünya Səhiyyə Təşkilatının statistik məlumatları əsasında sağlamlıq turizmini səhiyyədəki yeri, ölkəmiz üçün spesifik olan sağlamlıq resurslarının xüsusiyyətləri və faydaları haqqında məlumatların qeyd olunduğu hesabatda tibbi turizm və termal sağlamlıq turizmi barəsində geniş məlumat verilib.

Sənəddə, həmçinin müasir dövrümüzdə sağlamlıq turizminin qlobal iqtisadiyyatda yeri, eləcə də ötən illərdə sağlamlıq turizmi ilə əlaqəli beynəlxalq səyahətlərdən əldə edilən və Beynəlxalq Valyuta Fondunun məlumatlarına istinad edilən gəlirlər barədə Türkiyə, Fransa, Cənubi Koreya, Kosta-Rika, Meksika, Hindistan, Kanada, Albaniya, Filippin kimi müxtəlif ölkələrin təcrübəsi öyrənilib. Burada sağlamlıq turizmi üzrə turistlərin ümumi (müalicə və ya əməliyyat, xəstəxana və həkim, nəqliyyat, müvəqqəti yerləşdirmə, qidalanma, viza, sığorta, qeydiyyat) və kliniki müalicə xərcləri (ürək, angioplastika, protez, implant, estetik və s.) haqqında statistik məlumatlar göstərilib. Bundan əlavə, ölkədə mineral sulardan istifadə olunmasının hüquqi qaydaları, mövcud qanunvericilik aktları və dövlət qurumlarının bu sahə üzrə fəaliyyətləri nəzərdən keçirilib.

Sağlamlıq turizmindən istifadə edən turistləri cəlb edən amillərin analizi, müalicə və istirahət məqsədli səyahətlər zamanı onların gözləntiləri və digər amillər təhlil olunub.

Sağlamlıq turizmi müəssisələrində ən əsas faktorlardan hesab edilən marketinq fəaliyyətinin təşkili, brendin yaradılması, sağlamlıq turizmi üzrə destinasiyanın tanıdılması, qiymətləndirmə meyarları və bu meyarların xüsusiyyətləri və tətbiqi barədə məlumatlar yerləşdirilib. Brendləşmə və marketinq fəaliyyətləri araşdırılan zaman ötən illərdə dünya üzrə ən yaxşı 10 xəstəxana və bu xəstəxanaların uğur göstəriciləri təqdim edilib.

Araşdırma sənədində sağlamlıq turizminin ölkəmizdə inkişafı məqsədilə müəyyən təkliflər hazırlanıb, o cümlədən sağlamlıq turizmi müəssisələrinin xidmətlərinin çeşidinin artırılması, rəqib bazarlar üzərində üstünlüklərin qiymətləndirilməsi üzrə təkliflər qeyd olunub.

Hesabatda Azərbaycanda kurort və sanotoriya müəsissələrinə müasir yollayış sisteminin təşkili, bu sistem üzrə qeyd olunan müəssisələrin idarəedilməsi, istifadə olunan mineral və müalicəvi suların analizi, onların müalicəvi xüsusiyyətləri, eləcə də həkim və tibb personalına qoyulan tələblər və mövcud qanunvericilik aktları geniş tədqiq olunub.

13
Teqlər:
sağlamlıq turizmi, turizm
Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

9
(Yenilənib 17:33 14.04.2021)
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1243191, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 813413 olub.

 

BAKI, 14 aprel — Sputnik. Azərbaycanda bu gün 31028 nəfər vaksinasiya olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4681 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1243191, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 813413, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 429778 nəfər təşkil edir.

9
Teqlər:
Azərbaycan, vaksinasiya
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya

Azərbaycanda koronavirusla bağlı durum: ölü sayı 30-dan düşmür

183
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14086, bu günə qədər isə ümumilikdə 3054472 test icra olunub.

BAKI, 14 aprel — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2293 yeni yoluxma faktı qeydə alınıb, 2071 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 291894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 255833 nəfər müalicə olunaraq sağalıb, 4009 nəfər vəfat edib. 32052 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14086, bu günə qədər isə ümumilikdə 3054472 test icra olunub.

183
Teqlər:
Azərbaycan, statistika, ölüm, yoluxma, test, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus Ross esminetsi Bosfor boğazında

Qara dənizdə baş verir? ABŞ Türkiyəyə xəbərdarlığını geri götürdü

0
"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

BAKI, 15 aprel - Sputnik. ABŞ-ın Ankaradakı səfirliyi özlərinin iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçməyəcəyi barədə Türkiyəni məlumatlandırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bundan öncə Türkiyə XİN-dəki mənbə RİA Novosti-yə bildirmişdi ki, Vaşinqton Ankaraya iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçəcəyi və aprelin 14-15-dən mayın 4-5-dək orada qalacağı barədə xəbərdarlıq etmişdi. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin sözlərinə görə, Amerika hərbi gəmilərinin Qara dənizdəki əməliyyatları "rutin xarakter" daşıyır və ABŞ bu fəaliyyəti Türkiyə hökuməti ilə Montrö razılaşması çərçivəsində gerçəkləşdirir. 

"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

 

0
Teqlər:
təxirə salınmaq, keçid, hərbi gəmi, Qara dəniz, ABŞ, Türkiyə