Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Şəkər xəstələri vaksin olunmalıdır?

47
(Yenilənib 15:17 09.03.2021)
Qanda şəkərin kəskin yüksəlməsi diyabetik ketoasidoz, diyabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır.

BAKI, 9 mart — Sputnik. Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnad diabet xəstələrini maraqlandıran sualları cavablandırıb. Sputnik Azərbaycan baş endokinoloqun müshaibəsini təqdim edir:

- Diabet və ya şəkər xəstəliyi haqqında bir az məlumat verə bilərsinizmi?

- Şəkərli diabet insulinin ifrazı, təsiri və ya hər iki problemin bir arada olması nəticəsində hiperqlikemiya ilə xarakterizə olunan metabolik xəstəlikdir. Şəkərli diabet xəstəliyi hal-hazırda tam müalicəsi mümkün olmayan xəstəliklər sırasına aiddir. Xəstə bilməlidir ki, xəstəliyə qarşı pəhriz və müalicə etmədən uzun illər yaşamaq mümkün deyil. Hər bir xəstə ömrünü uzatmaq üçün pəhriz etməli və müntəzəm olaraq müalicə almalıdır.

- Şəkər xəstəliyi insanda necə yaranır?

- Genetik meyil, piylənmə, insulin ifraz edən betta hüceyrələrin zədələnməsinə səbəb olan xəstəliklər: pankreatit, mədəaltı vəz xərçəngi və daxili sekresiya vəzilərinin xəstəlikləri. Virus infeksiyaları: qızılca, su çiçəyi, qrip, epidemik hepatit və digər xəstəliklər, sinir sisteminin gərginliyi, stress şəkərli diabetin əmələ gəlmə səbəbləridir.

- Diabetin ilkin göstəriciləri hansılardır?

- Ağızda quruluq, susuzluq, sidiyə tez-tez getmə (xüsusən gecələr), kəskin çəki itirmə, bəzən səbəbsiz çəkinin artması, bulanıq görmə, ayaqlarda keylik, ağrılar, dəridə quruluq, qaşınma, yorğunluq, halsızlıq şəkərli diabetin əlamətləri sırasındadır.

- Kimlər 2-ci tip diabet üçün risk daşıyır?

Artıq çəkiyə (BKİ > 25 kq/m2)

Birinci və ya ikinci dərəcəli qohumun şəkərli diabet olması;

Hipertoniya (AT > 140/90 mm.c.süt. olan şəxslər və ya antihipertenziv terapiya alan xəstələr);

YSLP xolesterolun miqdarı < 35 mq/dl (0.90 mmol/l) və/və ya triqliseridlərin miqdarı > 250 mq/dl (2.82 mmol/l);

Polikistoz yumurtalıqlar sindromu (PKYS) olan qadınlar;

Daha əvvəlki müayinədə A1C > 5.7%, AQP və ya QTP;

İnsulin rezistentliyi ilə əlaqədar olan digər klinik vəziyyətlər (məs., ağır dərəcəli piylənmə, akantokeratodermiya);

Steroid, antipsixotik dərman qəbulu

Orqan transplantasiyası olunan xəstələr

Anamnezdə ÜDX

- Şəkər xəstələri COVID-19 xəstəliyini necə keçirir, hansı riskləri var?

- Vaxtında normal kompensasiya olunmuş diabet xəstələrində COVID-19 xəstəliyidə normal keçirilir, lakin kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələri daha ağır və fəsadlarla nəticələnir. Qanda şəkərin kəskin yüksəlməsi diyabetik ketoasidoz, diyabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır. Bu səbəbdəndir ki, COVID-19-un ölüm satatistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir.

- Şəkər xəstələri COVID-19 vaksini vurdura bilərmi?

- Şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır.

47
Gürcüstanda epdimioloji vəziyyət

Gürcüstanda COVID-19-un üçüncü dalğası başlayıb

7
Son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb.

BAKI, 11 aprel - Sputnik. Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb. Hökumət üçüncü dalğanın daha böyük fəsadlara səbəb olmaması və genişmiqyaslı epidemiyaya çevrilməməsi üçün tədbirlər görür.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib. Baş epidemioloq cəmiyyəti tətbiq olunan qaydalara riayət etməyə çağırıb.

Məlumat üçün qeyd edək ki, son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb. Onların da 277 min 303-ü müalicə olunub. Koronavirusdan son sutka ərzində 8 nəfər dünyasını dəyişib.

7

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

11
(Yenilənib 20:22 11.04.2021)
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 582 nəfərdir.

BAKI, 11 aprel - Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 538 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 582 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 177 087, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 758 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 418 812 təşkil edir.

11
Milli Televiziya və Radio Şurası

Milli Televiziya Radio Şurasının üzvü vəfat edib

0
(Yenilənib 11:14 12.04.2021)
Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından dünyasını dəyişib.

BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından vəfat edib.

Bu barədə məlumat Sputnik Azərbaycan-a MTRŞ-dan verilib. Məmməd Cəfərov bu gün torpağa veriləcək. 

0