BAKI, 7 mart - Sputnik. Azərbaycan Respublikasında sutka ərzində koronavirus infeksiyasına 403 nəfər yoluxub, 127 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 236 min 768 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 229 min 718 nəfər müalicə olunaraq sağalıb, 3241 nəfər vəfat edib. Aktiv xəstə sayı 3809 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 653 min 375 test aparılıb. Bugünkü test sayı isə 8169-dır.
BAKI, 11 aprel - Sputnik. Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb. Hökumət üçüncü dalğanın daha böyük fəsadlara səbəb olmaması və genişmiqyaslı epidemiyaya çevrilməməsi üçün tədbirlər görür.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib. Baş epidemioloq cəmiyyəti tətbiq olunan qaydalara riayət etməyə çağırıb.
Məlumat üçün qeyd edək ki, son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb. Onların da 277 min 303-ü müalicə olunub. Koronavirusdan son sutka ərzində 8 nəfər dünyasını dəyişib.
BAKI, 11 aprel - Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 538 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 582 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 177 087, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 758 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 418 812 təşkil edir.
BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından vəfat edib.
Bu barədə məlumat Sputnik Azərbaycan-a MTRŞ-dan verilib. Məmməd Cəfərov bu gün torpağa veriləcək.