BAKI, 28 fevral — Sputnik. Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 248 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.
Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 270 758 nəfərə, ölənlərin sayı isə 3 510 nəfərə çatıb.
Virusa yoluxanlardan 265 114 nəfərin sağaldığı bildirilir.
BAKI, 14 aprel — Sputnik. Azərbaycanda bu gün 31028 nəfər vaksinasiya olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4681 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1243191, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 813413, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 429778 nəfər təşkil edir.
BAKI, 14 aprel — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2293 yeni yoluxma faktı qeydə alınıb, 2071 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 291894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 255833 nəfər müalicə olunaraq sağalıb, 4009 nəfər vəfat edib. 32052 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14086, bu günə qədər isə ümumilikdə 3054472 test icra olunub.
BAKI, 14 aprel - Sputnik. Türkiyə Silahlı Qüvvələrinin İraq Kürdüstanında yerləşən bazası raket atəşinə tutulub.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, İraq təhlükəsizlik qüvvələrinin mənsubu raketin Baaşika şəhərində yerləşən Türkiyə SQ düşərgəsinin ərazisinə düşdüyünü söyləyib. Onun sözlərinə görə, xəsarət alanlar barədə məlumat yoxdur.
Irak Kürdistan Bölgesel Yönetimi Güvenlik Ajansı, en az bir füzenin Erbil Uluslararası Havalimanı'nı hedef aldığını duyurduhttps://t.co/5wtOHVBMJy
— Evrensel Gazetesi (@evrenselgzt) April 14, 2021
Daha bir raket isə yaxınlıqdakı kəndə düşüb, bir mülki şəxs yaralanıb. Mənbənin sözlərinə görə, Ərbil aerodromu ərazisinə də raket düşüb.
Baaşika ilə Ərbil arasında məsafə 90 km-dir.
L`Orient-Le-Jour nəşri isə Ərbildə Amerika əsgərlərinin hədəf alındığını bildirib.
Xatırladaq ki, bu ilin fevralında Ərbilin raket atəşinə tutulması nəticəsində bir nəfər həlak olmuş, doqquz nəfər yaralanmışdı. Bəzi amerikalı hərbçilərdə beyin silkələnməsi təsbit edilmişdi. Beynəlxalq koalisiyanın məlumatına görə, ümumilikdə 14 raket buraxılmış, onlardan 3-ü Ərbildəki bazaya düşmüşdü.