BAKI, 27 fevral - Sputnik. Fevralına 26-da Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 23939 nəfər vaksinasiya olunub.
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 257723 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.
Qeyd edək ki, Azərbaycanda koronavirus əleyhinə vaksinasiya 2021-ci il yanvarın 18-dən başlanıb. Vaksinasiyada Çinin SinoVac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.
BAKI, 14 aprel — Sputnik. Azərbaycanda bu gün 31028 nəfər vaksinasiya olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4681 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1243191, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 813413, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 429778 nəfər təşkil edir.
BAKI, 14 aprel — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2293 yeni yoluxma faktı qeydə alınıb, 2071 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 291894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 255833 nəfər müalicə olunaraq sağalıb, 4009 nəfər vəfat edib. 32052 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14086, bu günə qədər isə ümumilikdə 3054472 test icra olunub.
BAKI, 14 aprel — Sputnik. İspaniya məktəblərindən birində dərslərin ağır havalı siniflərdə və ya distant formada deyil, çimərlikdə təşkil edilməsi barədə qərar qəbul olunub. Yeni tədris formatı Mursiya muxtar icmasında qəbul olunub və Los Netyos sahilində həyata keçirilir. Hələ ki çimərlik dərslərinə ancaq 6-12 yaşlı məktəblilər cəlb olunublar.
Müəllimlər öz növbəsində bu cür qeyri-standart tədris formasına məsuliyyətlə yanaşıblar: saat 8-də onlar çimərlikdə parta, stul və portativ yazı lövhələrini quraşdırırlar. Özü də uşaqlar bir-birindən təhlükəsiz məsafədə yerləşdirilirlər və onlara qoruyucu maskalar paylanır. Çünki dərslərin çimərlikdə olmasına baxmayaraq, karantin qaydaları qüvvədə qalır.
Dərslərin müddəti 20 dəqiqədir, tənəffüs zamanı isə şagirdlər çimərlikdə gəzə bilərlər.
— Reuters (@Reuters) April 13, 2021
Geyim və ayaqqabı formasının heç bir fərqi yoxdur. Şagirdlər istədikləri kimi geyinib dərsə gələ bilərlər.
Qeyd olunur ki, çimərliyə "köçmüş" məktəb bir il müddətində pandemiya üzündən qapalı şəraitdə qalmış məktəblilər üçün təşkil olunmuş "Fresh Air" proqramının iştirakçısıdır.