Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya edilənlərin sayı açıqlandı

17
(Yenilənib 14:10 23.02.2021)
Strategiyaya əsasən hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir.

BAKI, 23 fevral — Sputnik. Səhiyyə Nazirliy bu günə qədər COVID-19 infeksiyasına qarşı vaksinasiya edilənlərin sayını açıqlayıb. Sputnik Azərbaycan-a Nazirlikdən veriln məlumata görə, COVID-19 infeksiyasına qarşı 200 mindən artıq vətəndaş vaksin edilib:

"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir. Fevral ayının 23-ü üçün 200 mindən artıq vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib. Vətəndaşlarımızı vaksinasiya prosesində aktiv iştirak etməyə çağırırıq. Xüsusən yaşı 50-dən yuxarı olan şəkərli diabet xəstələrini COVID-19 virusuna qarşı vaksinasiyaya dəvət edirik.

Xatırladaq ki, 50 yaş və daha yuxarı şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidir. Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.

Unutmayaq ki, bütün dünyaya yayılmış COVID-19 xəstəliyinə qalib gəlmək üçün qısa zamanda kollektiv immunitet qazanılmalıdır. Bu səbəbdən də vaksinasiya edilənlərin sayının artması ölkəmizdə yayılan COVID-19 infeksiyasının qarşısını alacaq.

17
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Məleykə Əsədova, arxiv şəkli

Peyvənd olunanlar sırasına Məleykə Əsədova da qoşuldu -VİDEO

21
"Mən koronavirusa yoluxmamışam. Özümü qorumuşam, amma nə qədər qorusaq da insanlarla ünsiyyət zamanı virusa tutula bilərik. Hər zaman sağlam olaq! Saqlamlıq həyat gözəlliyidir! "COVID-19"a son! Bu xəstəliklər dünyamızdan yox olsun"

BAKI, 5 mart — Sputnik. Xalq artisti Məleykə Əsədova peyvənd olunduğunu açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisa bu haqda "İnstagram" hesabında paylaşım edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Məleykə Əsədova (@meleykeesedovaofficial)

"Mən koronavirusa yoluxmamışam. Özümü qorumuşam, amma nə qədər qorusaq da insanlarla ünsiyyət zamanı virusa tutula bilərik. Hər zaman sağlam olaq! Saqlamlıq həyat gözəlliyidir! "COVID-19"a son! Bu xəstəliklər dünyamızdan yox olsun" deyə, M.Əsədova bildirib. O, əlavə edib ki, bacısı da peyvənd olunacaq.

Qeyd edək ki, Aktrisa Nəsimi rayonunda yerləşən 5 saylı şəhər kliniki xəstəxanasında peyvənd vurdurub.

21
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-ə yoluxanların sayı sağalanları iki dəfə üstələdi

24
Son sutka ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Aktiv xəstə sayı 3335 nəfərdir.

 

BAKI, 5 mart — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236012 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229442 nəfər müalicə olunaraq sağalıb, 3235 nəfər vəfat edib, aktiv xəstə sayı 3335 nəfərdir. Ölkədə son sutka ərzində 7779, hazırkı dövrədək isə 2635770 test aparılıb.

24
Teqlər:
statistika, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
NATO-nun Baş katibi Yens Stoltenberq, arxiv şəkli

Yens Stoltenberq: Gürcüstan Ukrayna NATO üzvü olacaqlar

0
NATO-nun Baş katibi: "Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik".

BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".

Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.

"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.

Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.

0
Teqlər:
Gürcüstan, Ukrayna, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO