Koronavirus özüylə başqa bir pandemiya da gətirir? Bütün dünya təhlükədə

31
(Yenilənib 23:40 22.02.2021)
Depressiya, narahatlıq, posttravmatik stress, dost və qohumların vəfatı səbəbilə yaranan psixoloji travmalar hər 10 xəstədən 2-də müşahidə olunur

BAKI, 22 fevral - Sputnik. Hindistanın tibb müəssisələrinə koronavirusla əlaqədar psixoloji problemləri yarandığına görə müraciət edən pasiyentlərin sayı günü-gündən artır. Bu səbəbdən onlara kömək edə biləcək mütəxəssislərin hazırlanmasına başlanıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Mərkəzi Psixiatriya İnstitutunun  direktoru Basudeb Das The Hindu-ya müsahibəsində deyib.

Hindistan koronavirusa yoluxanların sayına görə dünyada ikinci pilləni tutur. Son məlumatlara görə, ölkədə 10.9 milyon COVID-19-a yoluxma faktı qeydə alınıb. Bunlardan 10.6 milyon insan sağala bilib. 139 min nəfər müalicə alır, 156 min nəfər isə koronavirus və yanaşı xəstəliklərdən dünyasını dəyişib.

"Hazırda yeni tip koronavirusun öhdəsindən gəlməyə çalışırıq. Ancaq biz COVID-19-un psixi sağlamlığa təsiri nəticəsində yaranacaq yeni pandemiyaya hazırlıqlı olmalıyıq. Bu halların müalicəsi hətta vaksinasiya bitdikdən sonra bir neçə il davam edə bilər", - Das söyləyib.

O qeyd edib ki, depressiya, narahatlıq, posttravmatik stress, dost və qohumların vəfatı səbəbilə yaranan psixoloji travmalar hər 10 xəstədən 2-də müşahidə olunur. Das deyir ki, bu cür insanların müalicəsi üçün son bir neçə ay ərzində İnstitutda 175 mütəxəssis hazırlanıb. 

"Həm uzunmüddətli, həm də qısamüddətli həllər barədə düşünməliyik", - deyən həkim vurğulayıb ki, həm həkimləri, həm də xəstəxana heyətini bütünlükdə yeni problemə hazırlamaq gərəkdir.

31
Teqlər:
Hindistan, psixoz, pandemiya, Koronavirus, epidemiya, COVID-19

Azərbaycanda son sutkada 319 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

11
(Yenilənib 15:16 03.03.2021)
Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir. 

BAKI, 3 mart - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir. 

Ölkədə son sutka ərzində 7 928, hazırkı dövrədək isə 2 618 808 test aparılıb.

11
Rusiyada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Rusiyada koronavirusdan ölənlərin sayı 87 mini keçdi

10
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114,7 milyonu keçib, 2,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 3 mart — Sputnik. Son bir sutka ərzində Rusiyada 10 535 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 452 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 278 750 –yə çatıb. Rusiyada pandemiya yayılandan 87 348 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 853 734 - ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114,7 milyonu keçib, 2,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

10
Partlayış, arxiv şəkli

Ağdam rayonunda mina partladı, vəzifəli şəxs yaralandı

8
(Yenilənib 16:31 03.03.2021)
Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir

BAKI, 3 mart - Sputnik. Ağdam rayonunda idarə rəisi minaya düşüb.

Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.

Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

8
Teqlər:
yaralı, partlayış, mina, vəzifəli şəxs, Ağdam, Qarabağ