Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Poliklinikalara gedə bilməyənləri evdə peyvəndləyəcəklər

20
Həkim kollektivi tərəfindən fiziki məhdudiyyətləri olan şəxslərin evlərində peyvənd edilməsi işi həyata keçirilir.

BAKI, 17 fevral — Sputnik. "2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar üçün həyata keçirilən vaksinasiya prosesi çərçivəsində respublikanın bölgələrində "Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan xəstəxanaların həkim kollektivi tərəfindən fiziki məhdudiyyətləri olan şəxslərin evlərində peyvənd edilməsi işi həyata keçirilir.

TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, vaksinasiya prosesi Abşeron, Sumqayıt şəhərləri və digər regionlarda həyata keçirilir.

20
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirus: Yoluxanların sayı bir günə iki dəfəyədək artdı

4
İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib.

BAKI, 26 fevral — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 4 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib. Hazırda 2 297 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6908, bu günə qədər isə ümumilikdə 2 583 362 test icra olunub.

Qeyd edək ki, fevralın 25-də Azərbaycanda koronavirus infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınmış, 3 nəfər “COVID-19”dan vəfat etmişdi.

4
Teqlər:
Koronavirus, epidemiya, COVID-19

Azərbaycanda koronavirus statistikası: rəqəmlər azalır

21
İndiyədək ölkədə ümumilikdə 233 770 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 299 nəfər müalicə olunaraq sağalıb, 3 209 nəfər vəfat edib

BAKI, 25 fevral — Sputnik. Azərbaycanda son sutkada koronavirus infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 3 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 770 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 299 nəfər müalicə olunaraq sağalıb, 3 209 nəfər vəfat edib. Hazırda 2 262 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 438, bu günə qədər isə ümumilikdə 2 576 545 test icra olunub.

21
Teqlər:
yoluxma, azalma, statistika, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər