BAKI, 16 fevral — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa qarşı vaksinin mümkün təsirləri ilə bağlı sualı cavablandırıb. TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, əhali arasında vaksindən sonra mümkün ola biləcək baş ağrısı, əzələ ağrısı, qızdırma və bu kimi əlamətlər əks təsir deyil, əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə reaksiya verməsinin göstəricisidir.
Vaksin istehsal edən şirkət tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.
Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən COVID-19 əleyhinə vaksinasiya prosesinə başlanılıb. Fevralın 8-dən 65 yaşdan yuxarı şəxslərin və bəzi dövlət qurumlarında çalışanların peyvəndlənməsi aparılır. Peyvəndləmə könüllü və dövlət hesabına həyata keçirilir.
BAKI, 6 mart - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 353 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 236 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 591 nəfər müalicə olunaraq sağalıb, 3 238 nəfər vəfat edib, aktiv xəstə sayı 3 536 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 436, ötən müddət ərzində isə ümumilikdə 2 645 206 test aparılıb.
BAKI, 6 mart — Sputnik. Norveçin enerji şirkəti "Equinor" Azərbaycanda COVİD-19 pandemiyası zamanı səhiyyə işçiləri üçün yaradılmış rəqəmsal səhiyyə platformasının yenilənməsi üçün 25000 ABŞ dolları məbləğində yatırım edib.
Bu barədə BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsi Alessandro Frakassetti və "Equinor Apsheron AS"-nin ölkə üzrə rəhbəri Favad Quraişinin bugünkü görüşü zamanı elan edilib. Görüşdə Azərbaycanda dayanıqlı inkişafla bağlı irəliləyiş üçün gələcək əməkdaşlıq imkanları ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Onlayn platforma Səhiyyə Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramının dəstəyi ilə hazırlanıb və ölkəyə pandemiya ilə mübarizədə dəstək olmaq məqsədi daşıyır.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.