Sputnik V vaksininin istehsalı, arxiv şəkli

Bunu da gördük: "Vaksin millətçiliyindən" əl çəkin

54
"Virusun ştammlarının sayı artır, çünki vaksinlər kifayət qədər sürətli işləmir. Bu, sizin hansı ölkədən - varlı, orta inkişaf səviyyəli, yaxud kasıb - olmağınızdan asılı deyil, hər kəs peyvəndlənməlidir"

BAKI, 16 fevral — Sputnik. BMT-nin baş katibi Antoniu Quterreş ölkələri "vaksin millətçiliyini" buraxaraq "vaksin həmrəyliyi" göstərməyə çağırıb. 

Sputnik Azərbaycan bildirir ki, baş katibin sözlərini jurnalistlərə onun rəsmi nümayəndəsi Stefan Düjarrik çatdırıb. Katib istəyir ki, ölkələr nəinki öz xalqlarının, kasıb dövlətlərin əhalisinin də peyvəndlənməsində yardımçı olsunlar. O, sabah BMT TŞ-nin iclasında çıxış edərək ölkələri həmrəyliyə səsləyəcək.

"Aydın məsələdir ki, seçdiyimiz yolla davam etsək, hamını lazımi tempdə peyvəndləyə bilməyəcəyik", - Düjarrik qeyd edib.

O deyib ki, hər ölkə özünün əsas vəzifəsi - öz xalqının qeydinə qalmaqla məşğuldur: "Ancaq inanırıq ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə, maliyyələşməni artırmaqla hökumətlər nəinki öz xalqlarının ehtiyaclarını qarşılayar, eləcə də inkişaf etməkdə olan dünyanı maliyyələşdirməklə gerçək həmrəylik nümayiş etdirərlər. Virusun ştammlarının sayı artır, çünki vaksinlər kifayət qədər sürətli işləmir. Bu, sizin hansı ölkədən - varlı, orta inkişaf səviyyəli, yaxud kasıb - olmağınızdan asılı deyil, hər kəs peyvəndlənməlidir". 

 

54
Teqlər:
BMT, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası (622)
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

10
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

10
BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli

BMT Təhlükəsizlik Şurası vaksinasiya ilə bağlı qərar qəbul edib

9
Pandemiya dövründə qüvvədə olan qaydalara uyğun olaraq səsvermə dünəndən bəri yazılı olaraq reallaşıb.

BAKI, 26 fevral — Sputnik. BMT Təhlükəsizlik Şurası yekdilliklə yeni növ koronavirus infeksiyasına qarşı istifadə eilən peyvəndlərin bərabər paylanması barədə qərar qəbul edib.

“Report”un məlumatına görə, bu barədə Təhlükəsizlik Şurasının iclasında Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord məlumat verib.

Pandemiya dövründə qüvvədə olan qaydalara əsasən səsvermə dünəndən bəri yazılı olaraq reallaşıb.

9

Dünyanın məşhur şəlalərindən biri kəskin şaxtaların qurbanı oldu - VIDEO

0
(Yenilənib 12:14 27.02.2021)
Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Belə ki, ABŞ və Kanada sərhəddind

Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Belə ki, ABŞ və Kanada sərhəddində yerləşən Niaqara şəlaləsi də donub.

Kəskin şaxtalar nəticəsində məşhur Niaqara şəlaləsi donub. Donmuş şəlalə mənzərəsi görmək istəyən turistlərin sayı bu səbəbdən xeyli artıb.

0