Arıq qız, arxiv şəkli

Sağlam qidalanmaq arıqlamaq istəyənlər üçün vazkeçilməz pəhriz

74
(Yenilənib 18:16 15.02.2021)
Sağlam arıqlamaq və pəhrizlə bağlı internetdə axtarışlar çox olsa da, arıqlamaq istəyənlər çox vaxt hədəflərinə nail ola bilmirlər

BAKI, 15 fevral — Sputnik. İdeal görünüşə, sağlam bədənə sahib olmaq istəyirsinizsə, düzgün qidalanmalı, pəhriz saxlamalı, bunu gündəlik həyat tərzinə çevirməlisiniz. Pəhriz və arıqlamaq günümüzdə qadınlarla yanaşı, kişilərin də ən həssas mövzusuna çevrilib. Gündəlik həyatda yeyib-içdiklərimiz, eyni zamanda həyat tərzimiz, iş rejimimiz arıqlamağımızda, pəhrizimizdə mühüm rol oynayır. Arıqlamaq bəzilərinə su içmək qədər asan olsa da, bəziləri üçün tamamilə mümkünsüz bir şeydir.

Arıqlamaq və pəhrizə görə nə etməli?

Pəhriz və arıqlamaq, düzgün qidalanmaqla bağlı bu gün internetdə çoxsaylı axtarışlar verilsə də, əksər hallarda köklükdən, piylənmədən əziyyət çəkənlər hədəflərinə nail ola bilmirlər. Diyetoloqlar isə sağlam şəkildə arıqlamaq istəyənlərə gün ərzində 2-2,5 litr su içmək, pəhrizlə yanaşı, davamlı olaraq idman etməyi tövsiyə edirlər. Arıqlamaq, pəhriz zamanı düzənli bir şəkildə qidalanmaq, fərqli qidalara üstünlük verməmək tövsiyə olunur.

Kök adam
© Depositphotos / Nanka-photo

Sağlam rasionda əsas nüans

Yağsız sulu xörəklərə, səbzəli şorbalara, duzsuz, şəkərsiz qidalara, içkilərə, həmçinin zeytun yağı, hind qozu, avokado yağına üstünlük verilməlidir.

Arıqlayanların dostu və düşməni

Yulaf, yoqurt, fındıq, qoz, alma, armud, avokado, yaşıl çaya üstünlük verilməlidir. Sputnik Azərbaycan-ın "Sağlam Həyat Tərzi" rubrikasında Dövlət Gömrük Hospitalının diyetoloqu, Türkiyənin "Hacattepe" Universitetinin məzunu Məlahət Kərimova qısa müddətdə sağlam arıqlamağın yollarını açıqlayıb.  M.Kərimova deyir ki, kaloriləri düzgün yandırmaq lazımdır: "Oturaq həyat tərzi piylənməyə səbəb olur. İşgüzar, amma oturaq həyat tərzi keçirən şəxslər sağlam qidalansalar, onlarda piylənmə, kökəlmə olmayacaq. Karbohidratları, zülalları, vitaminləri düzgün formada qəbul etmək lazımdır. Bunlar bir vəhdət təşkil etməlidir. Gün ərzində qəbul olunan karbohidratlar 50-55, proteinlər 14-16 faiz, yağlar isə 15-20 faiz təşkil etməlidir".

Sağlam arıqlamaq və pəhriz üçün D vitamini də önəmlidir

Diyetoloq deyir ki, tərkibində D vitamini olan yumurtaya, balığa üstünlük verilməlidir: "Bununla yanaşı, D vitamini dərman preparatının qəbulu da məsləhətlidir. Eyni zamanda, sink, selen qəbulu tövsiyə olunur ki, bunlar daha çox yumurta, süd, günəbaxan, balqabaq tumundadır. Sink, selenium immun sistemini qoruyur. Qadınlarda saçın tökülməsi də elə sinkin azlığındandır".

M.Kərimovanın sözlərinə görə, meyvə-tərəvəzlərin qəbulunun da arıqlamada, pəhrizdə xüsusi rolu var: "Gül kələmi, brokkolidə həddən çox vitaminlər var ki, bunlar həm də immun sisteminin bərpasına müsbət təsir edir. Ümumiyyətlə, arıqlamaq istəyənlər elə pəhriz saxlamalıdırlar ki, onlarda aclıq hissi yaranmasın. Yəni şəxsin gözü ac olmasın". Şirniyyatın kökəlməyə təsirindən danışan diyetoloq deyir ki, qadınların xüsusi günlərində şirniyyat yeməsi qəbulediləndir: "Bu dönəmdə 20-30 qram şirniyyat yemək olar. Bu zaman təmiz, keyfiyyətli, 75-80 faizlik şokoladlar yemək olar".

Su pəhrizin bel sütunudur

Sağlam arıqlamaq üçün pəhrizin 1600 kaloridən başladığını vurğulayan mütəxəssis deyir ki, pəhriz saxlayarkən, arıqlama zamanı çörəyə, makarona qadağa qoyulsa da, gün ərzində 1-2 dilim çörək yemək olar. Bunun səbəbi çörəyin tərkibində olan bəzi faydalı liflərdir ki, onlar da mədə-bağırsaq sisteminin düzgün çalışmasına şərait yaradır. Gündəlik qidalanmaya gəldikdə isə həmsöhbətimiz deyir ki, arıqlamaq, pəhriz üçün ilk olaraq sudan başlamaq vacibdir: "Səhər durarkən öncə bir stəkan su içmək lazımdır. Arıqlama, pəhrizdə suyun xüsusi önəmi var. Mümkün olduğu qədər də gün ərzində 2 litr su qəbul edilməsi tövsiyə olunur.

Məşhur dietanın yan təsirləri - koronavirusla da səhv salmaq olar>>

Bununla yanaşı, yeyəcəyimiz qidaların duzsuz olmasına nəzər yetirməliyik ki, qəbul etdiyimiz su maddələr mübadiləsini sürətləndirə bilsin. Duzlu qidalar suyun bədəndən xaric olmasına mane olur ki, bu da piylənməyə gətirib çıxarır".

Məlahət xanım axşam saatlarında fiziki aktivliyin az olmasına görə arıqlamaq və pəhriz üçün 18:00-dan sonra heç nə yeməməyi, yeyərkən də tərəvəzli, səbzəli yeməklərə üstünlük verməyi tövsiyə edir: "Arıqlama, pəhriz üçün meyvə mümkün olduğu qədər günorta saatlarınadək qəbul olunmalıdır. Çünki meyvə qlükoza ilə zəngin olduğundan bu amil də piylənməyə səbəb olur".

Sağlam arıqlamaq və pəhriz üçün ideal resept

Son olaraq mütəxəssisin sağlam arıqlamaq, pəhriz üçün gündəlik menyusunu təqdim edirik: Səhər bir soyutma yumurta, kəsmik, suda bişmiş yulaf, açıq rəngli çay, ara yeməyində 100 qram meyvə, kiçik ölçülü yaşıl alma, yaxud elə mövsümə uyğun meyvələr, günorta yeməyində bir kasa tərəvəzli (mərcimək, lobyalı) şorba, günorta yeməyində həmçinin 8 xörək qaşığından bir qədər az qarabaşaq, 2, yaxud 4 xörək qaşığı düyü, soyutma toyuq, soyutma balıq, buxarda bişirilmiş kotlet, yaxud da ət, ət məhsulları, vitaminli (kök, alma, cəfəri, kişmiş) salat, axşam yeməyində 8 xörək qaşığı ətli, tərəvəzli yemək, yaxud da buxarda bişmiş 200 qram balıq, qatıq qəbul etmək olar. Bu reseptlə həftəyə kiloqram yarımadək, aya isə 4-5 kiloqram sağlam şəkildə arıqlamaq olar.

Peyvənddən öncə belə qidalar yemək lazımdır>>

Diyetoloq deyir ki, sağlam arıqlamaq istəyənlər "fastfood"lardan, "çips"lərdən imtina etməli, yaşıl çaya üstünlük verməlidirlər. M.Kərimovanın sözlərinə görə, yeməkdən yarım saat öncə suyun qəbulu doyma hissi yaradacaq, daha çox qidalanmanın qarşısını alacaq. Sağlam şəkildə arıqlamaqda ən əsası iradəli olmaq, qarşıya məqsəd qoyaraq ona doğru getməkdir.

74
Teqlər:
rasion, qida, resept, sağlam qidalanmaq, sağlam, arıqlamaq, dieta, pəhriz
Boğaz

Qalxanabənzər vəzi: xəstəliyin simptomları səbəbləri

25
(Yenilənib 20:50 02.03.2021)
Qalxanabənzər vəzinin normal fəaliyyət göstərməsi, bu əzanın sağlamlıq göstəriciləri, problemləri barədə – Sputnik-in məqaləsində.

BAKI, 2 mart — Sputnik. Qalxanabənzər vəzi kiçikdir, cəmi 15-20 qram, amma bədənimizin çox vacib orqanıdır. Qalxanabənzər vəzi kəpənəyə oxşayan birləşdirici hissə ilə bir-birinə bağlanan iki bölmədən ibarətdir. Obrazlı şəkildə ifadə etsək, əgər bizim orqanizmimiz bir orkestrdirsə, qalxanabənzər vəzi onun dirijorudur. Bu orqanın sağlamlığını qoruyub saxlamaq üçün onun necə işlədiyini bilməliyik.

Orqanizmin idarəetmə sistemi

Qalxanabənzər vəzi bədənimizin idarəetmə - endokrin sisteminə aiddir. Bu sistemə həmçinin hipotalamus, hipofiz (mərkəzi sinir sisteminin bölmələri), gənc immun hüceyrələrinin “öyrədildiyi” və möhkəmləndirildiyi timus (çəngələbənzər vəzi), mədəaltı (pankreas), böyrəküstü, cinsiyyət vəziləri (kişi, qadın) aiddir. Onların hamısı birlikdə tək bir endokrin halqasını yaradaraq bir-birinə əlaqə və ya əks-əlaqə ilə bağlıdır.

Əgər həmin vəzilərdən birinin funksiyası azalıb pozulursa, bu, digərlərinin maddələr mübadiləsi prosesinə təsir göstərəcək, xəstəlik əlamətləri özünü büruzə verəcək. Buna görə də endokrin sisteminin işi bir qayda olaraq, ayrı-ayrılıqda nəzərdən keçirilmir.

Qalxanabənzər vəzinin funksiyaları çoxdur, ancaq orqanizm üçün ən əhəmiyyətlisi enerjinin sintezini (ifrazını), onun hüceyrələr tərəfindən mənimsənilməsini tənzimləməkdir. Bu orqan bütün orqanizmdə hüceyrələrin enerji mübadiləsinə cavabdehdir. Məlum olduğu kimi, hüceyrələr toxumaları, toxumalar orqanları və deməli, bütün orqanizmi formalaşdırır. Hamiləliyin 4-cü həftəsindən etibarən döldə qalxanabənzər vəzinin əsası qoyulur və 12-ci həftədən başlayaraq bu orqan artıq fəaliyyət göstərir. Qalxanabənzər vəzi qan təchizatı baxımından baş beyin, ürək, qaraciyər, böyrəklərlə bir sırada dayanır, qan təchizatı prosesində yaranan hər hansı bir problem onun fəaliyyətinin pozulmasına gətirib çıxarır. Bu faktın özü qalxanabənzər vəzinin orqanizm üçün nə qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Vəzinin toxumalarında qan dövranı əzələlərdən 50 dəfə daha sürətlə gedir. Mərkəzi sinir sistemi (baş beyin) ən çox enerji tələb edən sistemdir, onun fəaliyyəti birbaşa qalxanabənzər vəzi ilə əlaqəlidir.

Qalxanabənzər vəzi hansı hormonları ifraz edir?

Sinir sistemi xaricdən gələn reflekslərə (aclıq, təhlükə, qorxu) reaksiya verir ki, bu, hipotalamus tərəfindən təhlil edilir, o isə öz növbəsində Tiroid Stimullaşdırıcı Hormon (TSH) ifraz edən, qalxanabənzər vəzinin fəaliyyətinə birbaşa nəzarət edən hipofizlə qarşılıqlı əlaqə yaradır. Əgər vəzinin hipofunksiyası müşahidə olunarsa, TSH artacaq, ya da əksinə, hiperfunksiya zamanı TSH azalacaq.

Qalxanabənzər vəzi üç hormon ifraz edir: tiroksin (T4), triyodteronin (T3), kalsitonin. Eyni zamanda, bədənin homeostazını (özünütənzimləmə, ətraf mühitin dəyişməsinə qarşı sabitliyin qorunub saxlanılması) dəstəkləyir.

T3, T4 enerji mübadiləsi də daxil olmaqla, bütün maddələr mübadiləsi proseslərinə (yağ, zülal, vitamin, mineral) cavabdehdir. Tiroid hormonlarından başqa, peptid hormonu kalsitonin də sintez olunur.

Hərçənd onun orqanizmdəki rolu hələ tam olaraq başa düşülməyib, amma ümumilikdə əzələ-skelet sistemi üçün çox vacib olan qanda daimi kalsium konsentrasiyasını təmin etdiyi məlumdur.

Vacib fakt! Bədəndəki yod miqdarı qalxanabənzər vəzinin işinə çox təsir göstərir. Orqan özü yod ehtiyatı toplaya bilmir, odur ki, həmin maddənin qida ilə qəbulundan tamamilə asılı vəziyyətdəyik.

TSH hormonu yod qəbulunu tənzimləyir.

Qalxanabənzər vəzinin fəaliyyətinin pozulma səbəbləri

1.       Stress. Uzunmüddətli, xroniki stresslər baş beynin işinə öz təsirini göstərir. Nəticədə o,  qalxanabənzər vəzinin işini düzgün yönləndirməyə bilər. Qalxanabənzər vəzi isə hər hansı bir amilin təsiri ilə funksiyasının pozulması nəticəsində baş beyinə təsir göstərərək stressə, insanın emosional vəziyyətinin dəyişməsinə səbəb ola bilər. 

2.       Qida. Qalxanabənzər vəzi istənilən toksiki yüklənməyə qarşı çox həssas olduğundan konservantlar, nitratlar, pestisidlər, həmçinin hər hansı digər toksiki maddə ilə zəngin qidalar onun fəaliyyətinin pozulmasına səbəb ola bilər. Eləcə də, vitamin-mineral kompleks, zülallar, yağlar, karbohidratlarla zəngin olmayan qidalar qalxanabənzər vəzinin normal şəkildə hormon ifraz etməsinə mane olur. İstənilən hormonun ifrazı üçün zülal çox vacibdir. Hormonlar özü də, əslində zülaldan ibarətdir. Bununla belə, hormon ifrazı çox enerji tələb edən proses olduğundan, yağlar, karbohidratlar qalxanabənzər vəzinin normal fəaliyyəti üçün az əhəmiyyət daşımır.

Vacib fakt! Qalxanabənzər vəzinin yaxşı işləməsi üçün insan bir gündə 150-220 mikroqram yod qəbul etməlidir. Biz yodu yalnız qida vasitəsilə əldə edirik. Qəbul etdiyimiz yodun təbii olması çox vacibdir, çünki başqa formada olanda maddə orqanizm tərəfindən mənimsənilmir. Qida məhsullarından dəniz kələmi və digər bütün yosun növləri, şor su balığı, dəniz məhsulları, xurma, feyxoa, qoz yodla zəngindir. Duzdakı yod orqanizm tərəfindən mənimsənilmir, qızdıranda isə buxarlanır. Yaddan çıxartmayaq ki, selen, sink maddələri olmadan da yodun mənimsənilməsi çətinləşir. Buna görə də ən yaxşısı, dəniz məhsullarına üstünlük verməkdir. Onların tərkibində Mendeleyevin dövri cədvəlindəki faydalı elementlərin çoxu var. Bundan başqa, xaççiçəklilər fəsiləsindən olan əksər bitkilərin (kələmin müxtəlif növləri) tərkibində yod mövcuddur.

3. İçkilər.  Müxtəlif növ sintetik enerji içkiləri beyin, böyrəküstü vəzilərin işini pozur, bunlar isə endokrin sisteminə aid orqanlardır və əks-əlaqə sistemi ilə bir-birinə bağlıdır. Odur ki, qalxanabənzər vəzinin fəaliyyətinin pozulmasına, ilkin xəstəlik əlamətlərinin yaranmasına gətirib çıxarır.

4. Virus, parazitlərin hücumu. Virus (herpes, sitomeqalovirus), bakteriya (stafilokoklar, streptokoklar) və parazitlərlə (toksokarlar) yoluxma, eləcə də onlarla mübarizə vasitələri qalxanabənzər vəzinin fəaliyyətinə mənfi təsir göstərir. Bunun sadə anatomik səbəbi var. Qalxanabənzər vəzi boğazdakı badamcıqların yaxınlığında yerləşir, onlarla eyni limfatik hovuza malikdir, ümumi qan damarları ilə əhatə olunub. Odur ki, traxeit, angina, haymorit, faringit, tonzillit kimi iltihablı xəstəliklərin törədiciləri qalxanabənzər vəziyə də daxil olur. Bu isə vəzinin şişməsinə, autoimmun terioditə gətirib çıxarır. Sonuncunun yaranıb-yaranmadığını müəyyənləşdirmək üçün qan analizi vermək olar.

Qəhvə dənəcikləri, arxiv şəkli
© Sputnik / Murad Orujov

5. Oksigen və qidalı maddələr. Baş beyin birbaşa qalxanabənzər vəzinin fəaliyyətini tənzimləyir, odur ki, onun qan təchizatı adekvat olmalıdır. Bunun üçün isə damarlar elastik olmalı, qan laxtalanması ilə bağlı problem yaranmamalıdır ki, venalarda tıxanma əmələ gəlməsin. Belə qan toksinlər, karbon dioksidlə zəngin olur ki, bu da birbaşa beynin və qalxanabənzər vəzinin funksiyalarının pozulmasına gətirib çıxarır. Necə deyərlər, “baş komandanın qərargahı” rəvan işləməlidir.

6. Zərərli vərdişlər. Alkoqol, aktiv, passiv şəkildə siqaret çəkmək, zəhərli maddələrlə nəfəs almaq toksiki yüklənməni artırır ki, bu da qalxanabənzər vəzi üçün çox təhlükəlidir.

7. Cinsi hormonlar. 45 yaşdan yuxarı qadınlarda estrogen səviyyəsindəki sıçramalar, ya da azalmalar səbəbindən qalxanabənzər vəzinin quruluşunda dəyişikliklər baş verə bilər. Bu, TSH hormonuna həssaslığı artırır, həmçinin vəzinin ölçüsünə, quruluşuna, hormonların ifrazına təsir göstərir. Buna görə də 45 yaşdan yuxarı qadınların vaxtaşırı hormonal analiz vermələri lazımdır.

8. Güclü şüalanma, ya da radiasiya səviyyəsinin yüksək olduğu yerdə uzun müddət qalmaq.

9. Kifayət qədər fiziki fəallığın olmaması. Birbaşa göstərici sayılmasa da, dolayı yolla qalxanabənzər vəziyə öz təsirini göstərir. Belə ki, yalnız fiziki aktivlik effektli qan dövranına səbəb olur. Nəticədə qan durulur, oksigenlə zənginləşir və deməli, oksidləşmə-reduksiya proseslərinin normallaşmasına gətirib çıxarır. İstənilən fiziki hərəkət – bədən tərbiyəsi, Skandinaviya yerişindən tutmuş hovuzda üzmə və idman zalında məşqlərə kimi – orqanizmi toksinlərdən təmizləyərək qalxanabənzər vəzinin normal işini təmin edir.

Qalxanabənzər vəzinin xəstəliklərindən xəbər verən simptomlar

Orqanizmimizin göndərdiyi xəbərdarlıq siqnallarına heç də həmişə qulaq vermirik. Qalxanabənzər vəzinin narahatlığını göstərən 15 simptom var ki, xəstəliyin ilkin mərhələsində onlara diqqət yetirməklə vəziyyəti düzəltmək olar.

1-ci simptom: emosional vəziyyətin pisləşməsi. Qalxanabənzər vəzinin hipofunksiyası vaxtı seratonin hormonunun ifrazı azalır ki, nəticədə də səbəbsiz qüssə, laqeydlik hissi, yorğunluq, əzginlik yaranır. Hiperfunksiya vaxtı isə əksinə, əsəbilik, yüngül aqressiya, gözlərdə parıltı, yüksək fəallıq müşahidə olunur.

2-ci simptom: termorequlyasiyanın pozulması. Qalxanabənzər vəzinin ifraz etdiyi hormonlardakı dəyişiklik termorequlyasiya prosesinin pozulmasına gətirib çıxarır. Qalxanabənzər vəzinin hipofunksiyası vaxtı titrəmə, soyuğa qarşı dözümsüzlük, əllərin, ayaqların üşüməsi müşahidə olunur. Hiperfunksiyada isə əksinə, istilik basması, səbəbsiz tərləmə baş verir.

3-cü simptom: fiziki yük, qida rasionu dəyişməsə də, çəkinin dəyişməsi – qalxanabənzər vəzinin funksiyasının pozulmasına xarakterik olan əlamətdir. Hipofunksiya – səbəbsiz yerə kökəlmək; hiperfunksiya – kəskin şəkildə arıqlamaq və 4-5 kiloqramdan artıq çəki itirməyə səbəb olur.

4-cü simptom: həzm prosesinin, əzələ tonusunun pozulması. Hipofunksiya zamanı əzələlər zəiflədiyindən qəbizlik, köp əmələ gəlir. Öd kisəsinin fəaliyyətinin pozulması da müşahidə olunur. Ödün qatılaşması sonradan orada daşların yaranmasına gətirib çıxarır. Hiperfunksiya zamanı isə əzələ tonusu artdığından ishal halı baş verir.

5-ci simptom: saç tökülməsi, dərinin, dırnaqların strukturunun dəyişməsi. Hipofunksiya vaxtı dəridə, xüsusilə də, baldır hissədə güclü quruluq, qabıqlanma müşahidə olunur, dırnaqlar tez qırılır, dərinin rəngi bəzən sarıya çalır. Hiperfunksiyada dirsəklərdə və dabanlarda dəri qalınlaşır, göz qapağının ətrafında piqmentasiya yaranır.

6-cı simptom: bədənin temperaturunun uzun müddətlik aşağı düşməsi, ya da yüksəlməsi. Hipofunksiya hərarətin aşağı düşməsi ilə əlaqəlidir, hiperfunksiyada isə 37,1-37,5 dərəcə selsilik rəqəmlər müşahidə olunur.

7-ci simptom: oftalmoloji problemlər. Hiperfunksiya zamanı nadir gözqırpma yaranır, selikli qişasının quruması isə gözdən yaş gəlməsinə səbəb olur. Eləcə də, işıqdanqorxma, gözlərin bərəlməsi kimi hallar (ekzoftalm, ya da Bazedov xəstəliyi) yarana bilər. Qabarıqlıq göz almacığının arxasındakı yağ toxumasının sıxılması, böyüməsi səbəbindən meydana gəlir.

8-ci simptom: qeyri-sabit menstrual sikl. Hipofunskiya zamanı menstrual axıntı azalır, hiperfunksiyada isə ardıcıllığın pozulması müşahidə olunur. Hər iki halda hamilə qalmaq çətinləşir, hamiləliyin gedişatında problemlər yaranır.

9-cu simptom: libidonun azalması, potensiyanın pozulması

10-cu simptom: boğazda diskomfort hissi, boynun şişməsi. Ən çox rast gəlinən hal – qidanı yaxşı uda bilməmək, səbəbsiz yerə səsin tembrinin dəyişməsi, xırıltı, boğazda sanki nəyinsə qalması hissi, boynun gözgörəsi asimmetriyasıdır. Qeyd olunan simptomlar qalxanabənzər vəzinin böyüməsindən, ya da içində düyünlərin əmələ gəlməsindən xəbər verir.

11-ci simptom: ürəyin fəaliyyətinin pozulması. Hipofunksiya zamanı bradikardiya, arterial təzyiqin aşağı düşməsi, azacıq fiziki hərəkət etdikdə belə təngnəfəsliyin yaranması müşahidə olunur. Hiperfunksiyada isə əksinə, ürək döyüntüsü artır, dəqiqədə 80 dəfədən çox vurur, arterial təzyiq yüksəlir, sinədə ağrı yaranır, ürəyin sıxılması, boyun damarlarının açıq-aşkar pulsasiyası baş verir.

12-ci simptom: göz qapaqlarının və üzün şişməsi. Əsasən, gecələr müşahidə olunur, yuxudan oyanandan sonra şiş çəkilir. Hipofunksiya nəticəsində ürək əzələsində dəyişikliklər baş verir, qan axını yavaşlayır, maddələr mübadiləsi pozulur, bu da şişkinliyə səbəb olur.

13-cü simptom: əzələ ağrısı, uyuşma, əllərdə, ayaqlarda sancmalar. Bu zülal mübadiləsində baş vermiş dəyişiklik, hiperfunksiya zamanı əzələ həcminin azalması ilə əlaqədardır. Hormonal tarazlığın pozulması sinir impulslarının keçiriciliyinin azalmasına gətirib çıxarır ki, bu da sanki əllərə, ayaqlara iynə batması kimi hiss yaradır.

14-cü simptom: sümüklərdə dəyişiklik, osteoporoz. Kalsiotonin sintezindəki pozulmalar kalsium-fosfor mübadiləsində dəyişikliklərə səbəb olur, kalsiumun qandakı konsentrasiyası, ya da onun mənimsənilməsi azalır. Sümük kövrəkliyi, oynaq ağrısı, deformasiya müşahidə olunur.

15-ci simptom: tez-tez baş ağrısı, başgicəllənməsi. Bunun səbəbi arterial təzyiqin dalğalanmalarıdır. Hormonal tarazlığın pozulması vegetativ-damar xəstəliklərinə gətirib çıxarır.

Yuxarıda sadalanan simptomlardan hər hansı biri müşahidə olunarsa, TSH göstəricisi üzrə qan analizi vermək, onun nəticəsi əsasında həkimə müraciət etmək tövsiyə olunur.

Zob xəstəliyinin olub-olmadığını adi termometr vasitəsilə necə yoxlaya bilərik?

Çox sadə prosedurdur və apteklərdə satılan adi civə termometri vasitəsilə sınaqdan çıxarmaq olar. Termometr 35 dərəcə selsini göstərməlidir. Səhər yuxudan oyanıb yataqdan qalxmadan termometri qoltuğunuzun altına qoyun və 10 dəqiqə gözləyin. Əgər nəticə 36,5-36,8 dərəcə Selsi arasında dəyişərsə, deməli, sizin qalxanabənzər vəziniz normal işləyir və zob xəstəliyiniz yoxdur. Amma əgər termometr 36,5 dərəcədən aşağı hərarətdən xəbər verərsə, deməli, sizdə hipotireoz, yəni qalxanabənzər vəzinin funksiyasının aşağı düşməsi halı müşahidə olunur. Civə sütunu 36,8 dərəcədən yuxarını göstərərsə, bu, hipertireozdan – qalxanabənzər vəzinin funksiyasının artmasından xəbər verə bilər. Bu isə artıq zob xəstəliyinin başlanğıcı hesab olunur.

Qalxanabənzər vəzinin xəstəliyi - zob

Qalxanabənzər vəzidə düyünlərin, yəni zobun əmələ gəlməsi geniş yayılmış xəstəlikdir, təxminən hər üç nəfərdən birində müşahidə olunur. Bəzən düyünlər boğaza toxunanda hiss olunur, bəzən də USM zamanı üzə çıxır. Belə düyünlərin yalnız 10 faizi bədxassəli olur. Amma hər bir halda qalxanabənzər vəzidə düyün müəyyən olunarsa, TSH hormonu üzrə qan analizi vermək vacibdir. Əgər hormonun miqdarı aşağı çıxarsa, sizi heç bir təhlükə gözləmir. Əgər TSH normadan yuxarı olarsa, bu zaman düyündən nümunə götürülərək biopsiya aparılır. Biopsiyaya yalnız o halda ehtiyac yaranır ki, zobun ölçüsü 1 santimetrdən böyük olsun və get-gedə artsın. Əgər qalxanabənzər vəzinin orqanizminizə uğurla “dirijorluq” etməsini istəyirsinizsə, zərərli vərdişləri yaşamınızdan çıxarıb sağlam həyat tərzinə keçməlisiniz.

25
 Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Azərbaycanda vaksin olunanların sayı açıqlandı

10
(Yenilənib 14:45 02.03.2021)
2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb. Vaksinasiyada Çinin SinoVac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur

BAKI, 2 mart — Sputnik. Martın 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 22,498 nəfər vaksinasiya olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 293,360 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Qeyd edək ki, 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb. Vaksinasiyada Çinin SinoVac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

10
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

203
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

203