Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ən zərərli pəhriz növləri açıqlandı

© Depositphotos.com / Nanka-photoПолная женщина на пляже
Полная женщина на пляже - Sputnik Azərbaycan, 1920, 13.02.2021
Abunə olmaq
"Bu halda bütün qidalar bağırsağa hazır, həll olmuş şəkildə daxil olur ki, nəticədə də o, qidanın həllinə enerji sərf etmir. Beləliklə, bağırsağın atrofiyası, yəni fəaliyyətdən qalması prosesi baş verir".

BAKI, 13 fevral — Sputnik. Əvvəllər yalnız xəstələr və ya cərrrahiyə əməliyyatı keçirmiş insanlar pəhriz saxlayırdılarsa, son vaxtlar çoxları, xüsusən də orta yaşlı qadınlar müxtəlif dietik prosesləri öz üzərində sınaqdan keçirir və gözəl görünmək naminə sağlamlıqlarından məhrum ola biləcəklərini nəzərə almırlar.

Dietoloq İrina Pisareva "RT"-yə müsahibəsində bildirib ki, hazırda insanlar arasında çox populyar olan pəhriz növlərinin əksəriyyəti sağlamlığa zərbə vura bilər. Onun sözlərinə görə, pəhriz prosedurları içində ən zərərlisi uzun müddət ac qalmaqla arıqlamaq cəhdidir. Xalq arasında buna "fasilə ilə oruc saxlamaq" da deyilir.

"Pəhrizdən sonra adi qaydada qidalanmaya keçəndə insanların 80 faizi əvvəlkindən daha çox yemək yeməyə başlayır. Beləliklə də daha çox çəki alırlar", - deyə mütəxəssis qeyd edib.

Dietoloqun sözlərinə görə, məhdud sayda ərzaq məhsullarının qəbul edilməsini nəzərdə tutan mono-pəhrizlər də bir xeyli təhlükəlidir. Çünki bu halda orqanizm lazımi vitamin və mineralları ala bilmir, nəticədə bədənin immuniteti aşağı düşür və insanın ümumi vəziyyəti pisləşir.

Mütəxəssis yalnız meyvə-tərəvəz şirələri və smuzilərin qəbulu ilə məhdudlaşan detoks-dietaların zərərindən də danışıb.

"Bu halda bütün qidalar bağırsağa hazır, həll olmuş şəkildə daxil olur ki, nəticədə də o, qidanın həllinə enerji sərf etmir. Beləliklə də, bağırsağın atrofiyası, yəni fəaliyyətdən qalması prosesi baş verir", – deyə həkim vurğulayıb.

Xəbər lenti
0