BAKI, 12 fevral — Sputnik. Azərbaycanda son sutkada koronavirusa 191 yeni yoluxma faktı qeydə alınıb, 226 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 231 840 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 226 345 nəfər müalicə olunaraq sağalıb, 3173 nəfər vəfat edib, aktiv xəstə sayı 2322 nəfərdir. Ölkədə son sutka ərzində 7260, hazırkı dövrədək isə 2 485 483 test aparılıb.
BAKI, 3 mart - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusdan peyvənd olunma barədə pasportların tətbiqini ölkələrə hələ ki tövsiyə etmir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə ÜST-ün rusiyadakı nümayəndəsi Melita Vuynoviç RİA Novosti-yə deyib.
"ÜST bildirib ki, hazırda bu cür pasportların (COVID vaksini barədə) tətbiqini məsləhət görmür, amma əlbəttə ki, ölkələr öz yolları ilə gedirlər, hamı çalışır ki, əhalinin daha çox hərəkiliyini təmin eləsin", - Vuynoviç bildirib.
Onun sözlərinə görə, tez və ya gec ÜST belə bir tövsiyə verəcək, üstəlik bu məsələdə ölkələrlə əməkdaşlığa da başlayacaq.
Qeyd edək ki, bu yaxınlarda Avropa Komissiyası İttifaq ölkələrinə gələnlərdən koronavirusdan peyvənd olunma barədə sertifikat (pasport) tələb olunacağını açıqlamışdı. Hazırlıq prosesinin 3 ay ərzində yekunlaşacağı bildirilir.
BAKI, 3 mart — Sputnik. Türkiyədə Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronaVac" peyvəndinin 3-cü faza nəticələri açıqlanıb. Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, həmin nəticələrə əsasən, "CoronaVac" preparatı COVID-19-a qarşı 83,5 faiz effektlidir. Eyni zamanda, peyvəndin yoluxmuş şəxslərin xəstəxanaya düşməsinin qarşısını 100 faiz aldığı müəyyənləşdirilib. Bu barədə elmi tədqiqat Türkiyənin Hacettepe Universitetində aparılıb.
Yayılan məlumatda "CoronaVac" peyvəndinin əlavə təsirləri də sadalanır. Bunların sırasında birinci yeri ümumi əzginlik tutur. Peyvənd olunanların 9,8 faizində bu hal müşahidə olunub. Bundan başqa, vaksinasiya olunanlarda baş ağrısı (7,6%), əzələ ağrısı (3,8%), qızdırma (2,5 %), titrəmə (2,4%) də qeydə alınıb. Ən çox rast gəlinən lokal xarakterli əlavə təsir isə inyeksiya yerində bir müddət ağrı hissinin qalmasıdır.
Qeyd edək ki, Azərbaycanda da vaksinasiya prosesi Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronaVac" peyvəndi ilə aparılır. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən son məlumata görə, indiyə kimi ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyasına qarşı ümumilikdə 313,582 nəfər peyvəndlənmə prosesində iştirak edib. Hazırda vaksinasiya prosesi respublikanın bütün rayonlarında davam etdirilir.
BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib.
Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur.
Otokar’s new mine resistant ambush protected vehicle COBRA II MRAP
— Otokar (@OtokarAS) March 3, 2021
COBRA II MRAP provides superior protection against ballistic, mine and IED threats while maintaining high cross-country mobility in battlefield conditions with its independent suspension system. pic.twitter.com/swyGDNDElJ
Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir.
Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur.