Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi

"Açıq havada tək olsanız, maska taxmaya bilərsiniz" - TƏBİB rəsmisi

49
(Yenilənib 11:19 12.02.2021)
"Əgər bulvarda və yaxud parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz"

BAKI, 12 fevral — Sputnik. "Açıq havada əgər tək gedirsinizsə, maska taxmaya bilərsiniz".

Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində deyib. O qeyd edib ki, vətəndaşlar sosial ərazilərdə olan zaman maska taxmalıdırlar: "Əgər bulvarda və yaxud parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Həmin vaxt sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur".

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarında açıq havada maska taxmağın məcburi olduğu vurğulanır. Ona görə də TƏBİB nümayəndəsinin açıqlaması sosial şəbəkələrdə müzakirə olunub. Həmçinin qeyd edək ki, dəfələrlə sosial şəbəkələrdə vətəndaşlar yanlarında adam olmadığı halda maska taxmadıqlarına görə polis tərəfindən cərimələndiklərini bildiriblər.

49
Teqlər:
açıq hava, TƏBİB, maska, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (449)
Məleykə Əsədova, arxiv şəkli

Peyvənd olunanlar sırasına Məleykə Əsədova da qoşuldu -VİDEO

24
"Mən koronavirusa yoluxmamışam. Özümü qorumuşam, amma nə qədər qorusaq da insanlarla ünsiyyət zamanı virusa tutula bilərik. Hər zaman sağlam olaq! Saqlamlıq həyat gözəlliyidir! "COVID-19"a son! Bu xəstəliklər dünyamızdan yox olsun"

BAKI, 5 mart — Sputnik. Xalq artisti Məleykə Əsədova peyvənd olunduğunu açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisa bu haqda "İnstagram" hesabında paylaşım edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Məleykə Əsədova (@meleykeesedovaofficial)

"Mən koronavirusa yoluxmamışam. Özümü qorumuşam, amma nə qədər qorusaq da insanlarla ünsiyyət zamanı virusa tutula bilərik. Hər zaman sağlam olaq! Saqlamlıq həyat gözəlliyidir! "COVID-19"a son! Bu xəstəliklər dünyamızdan yox olsun" deyə, M.Əsədova bildirib. O, əlavə edib ki, bacısı da peyvənd olunacaq.

Qeyd edək ki, Aktrisa Nəsimi rayonunda yerləşən 5 saylı şəhər kliniki xəstəxanasında peyvənd vurdurub.

24
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-ə yoluxanların sayı sağalanları iki dəfə üstələdi

24
Son sutka ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Aktiv xəstə sayı 3335 nəfərdir.

 

BAKI, 5 mart — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236012 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229442 nəfər müalicə olunaraq sağalıb, 3235 nəfər vəfat edib, aktiv xəstə sayı 3335 nəfərdir. Ölkədə son sutka ərzində 7779, hazırkı dövrədək isə 2635770 test aparılıb.

24
Teqlər:
statistika, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
NATO-nun Baş katibi Yens Stoltenberq, arxiv şəkli

Yens Stoltenberq: Gürcüstan Ukrayna NATO üzvü olacaqlar

0
NATO-nun Baş katibi: "Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik".

BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".

Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.

"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.

Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.

0
Teqlər:
Gürcüstan, Ukrayna, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO