Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Peyvənd istehsalçısından koronavirus vaksini ilə bağlı gözlənilməz açıqlama

© AFP 2023 / Michael CiagloВакцина "Johnson&Johnson", фото из архива
Вакцина Johnson&Johnson, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Abunə olmaq
Virus hər dəfə mutasiyaya məruz qalanda onun antitellərə müqavimət qabiliyyəti də artacaq. Bu, xəstəliyin müalicəsinə təsir göstərə və vaksinasiya ilə bağlı vəziyyəti dəyişə bilər.

BAKI, 11 fevral — Sputnik. ABŞ-ın əczaçılıq şirkəti, koronavirusa qarşı peyvənd istehsal edən "Johnson&Johnson"-un rəhbəri Aleks Qorski bildirib ki, eynilə qrip kimi COVID-19-a qarşı da hər il vaksinasiya olunmaq lazım gələ bilər. Sputnik Azərbaycan "CNN Türk"-ə istinadla xəbər verir ki, CNBC telekanalına müsahibə verən Qorski "Təəssüflə deməliyəm ki, virus yayıldıqca mutasiyaya uğramağa da davam edəcək" deyə vurğulayıb.

"Virus hər dəfə mutasiyaya məruz qalanda onun antitellərə müqavimət qabiliyyəti də artacaq. Bu, xəstəliyin müalicəsinə təsir göstərə və vaksinasiya ilə bağlı vəziyyəti dəyişə bilər", – deyə o qeyd edib.

Qorski rəhbərlik etdiyi şirkətin istehsalı olan peyvəndin digər bu tip preparatlarla müqayisədə daha əlverişli olduğunu və yalnız bir dozada tətbiq olunuduğunu da əlavə edib. Eyni zamanda, preparatın daşınmasının da asan başa gəldiyini vurğulayıb.

Şirkət rəhbəri "Johnson&Johnson"-un iyunun sonuna qədər ABŞ-a 100 milyon doza peyvənd çatdırmaq hədəfinə nail olacaqlarına inandıqlarını da ifadə edib.

Qeyd edək ki, "Johnson&Johnson" yanvarın 29-da yayımladığı hesabatda preparatın koronavirusa qarşı 66 faiz təsirli olduğunu açıqlamışdı.

Xəbər lenti
0