Fransada epidemioloji vəziyyət, arxiv şəkli

Aİ-nin kütləvi vaksinasiya uğursuzluğu

34
Avropa İttifaqı Komissiyasının rəhbəri vurğulayıb ki, 2021-ci ilin sonuna qədər əhalinin 70 faizinin peyvənd olması üçün mümkün olan hər şeyi edəcək.

BAKI, 10 fevral — Sputnik. "Biz çox gec icazə ala bildik". Sputnik Azərbaycan "Deutsche Welle"-yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqında kütləvi vaksinasiyanın uğursuzluqlarından danışarkən bildirib.

"Biz çox gec icazə (vaksinasiyaya - red.) ala bildik. Yəqin ki, biz həm də çox əminik ki, preparatlar vaxtında çatacaq. İndi gərək biz özümüzdən soruşaq ki, niyə belə oldu və bu vəziyyətdən hansı dərsi çıxara biləcəyimizi anlamalıyıq".

O vurğulayıb ki, buraxılan səhvlərə baxmayaraq artıq Avropa İttifaqında 17 milyon insana peyvənd vurulub. Avropa İttifaqı Komissiyasının rəhbəri vurğulayıb ki, 2021-ci ilin sonuna qədər əhalinin 70 faizinin peyvənd olması üçün mümkün olan hər şeyi edəcək.

Qeyd edək ki, Avropa İttifaqı koronavirus əleyhinə peyvəndin tədarükü ilə bağlı bir sıra problemlərlə üzləşib. Belə ki, yanvarın 15-i "Pfizer" farmakoloji şirkəti Avropa ölkələrinə tədarükün azaldılması ilə bağlı qərar verib. Şirkət bunu istehsalın modernləşməsi ilə əlaqələndirib.

Yanvarın 23-ü isə Almaniyanın "Bild" qəzeti məlumat yayıb ki, "AstraZeneca" şirkəti Avropa ölkələrinə gözlənilən qədər vaksin dozası tədarük edə bilməyəcək. Tədarükün azaldılması səbəblərindən biri kimi Hindistanın Puna şəhərində vaksin istehsal edən zavodda yanğın göstərilib.

34
Teqlər:
Avropa İttifaqı, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası (626)
Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Azərbaycanın tanınmış alimi koronavirusdan vəfat etdi

7
(Yenilənib 12:21 03.03.2021)
Tarixçi bir müddət idi ki, koronavirusa görə müalicə alırdı. O ötən ay ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

BAKI, 3 mart — Sputnik. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onun yaxın dostu Qələndər Muxtarlı məlumat verib.

Xatırladaq ki, tarixçi bir müddət idi ki, koronavirusa görə müalicə alırdı. O ötən ay ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.

O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı dipıoma bitirib və həmin fakültənin aspiranturasında saxlanılıb. Dilavər Əzimli 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr nazirliyində aparıcı mütəxəssis işləyib. 1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan mətbuatında müxtəlif qəzet və jurnallarda çalışıb. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsində çalışırdı, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimi idi. Evlidir, iki övladı var.

Əzimli bir monoqrafiya, bir kitab müəllifidir.

7
Şokolad

Amerikalı alimlər şokoladın daha bir faydasını üzə çıxarıblar

9
(Yenilənib 11:07 03.03.2021)
Bununla belə, alimlər xəbərdarlıq ediblər ki, şokoladı yalnız kiçik porsiyalar halında yemək lazımdır, əks halda, piylənməyə və ikinci tip şəkərli diabetə gətirib çıxara bilər.

BAKI, 2 mart — Sputnik. Şokolad insanın ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu nəticəyə Amerikanın Beylor tibb kollecinin alimləri gəliblər. Onların araşdırmasının nəticəsi "European Journal of Preventive Cardiology" jurnalında dərc olunub.

Mütəxəssislər 300 min xəstənin məlumatlarını analiz edərək şokolad istehlakı ilə koronar ürək xəstəliyi arasında əlaqə olduğunu müəyyənləşdiriblər. Həftədə ən az bir dəfə şokolad yeyən insanlarda bu xəstəliyə məruz qalma riskinin digərlərinə nisbətən 8 faiz az olduğu ortaya çıxıb. Alimlər bunu şokoladın tərkibindəki stearin turşusunun, flavonoidlər və polifenolların - ürəyi gücləndirən və "yaxşı" xolesterol səviyyəsini artıran elementlərin olması ilə əlaqələndiriblər.

Bununla belə, alimlər xəbərdarlıq ediblər ki, şokoladı yalnız kiçik porsiyalar halında yemək lazımdır, əks halda, piylənməyə və ikinci tip şəkərli diabetə gətirib çıxara bilər.

9
Teqlər:
şokolad