Bakıda klinikaların birində koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa 164 yeni yoluxma qeydə alınıb

17
(Yenilənib 19:50 09.02.2021)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 960, bu günə qədər isə ümumilikdə 2 463 610 test icra olunub.

BAKI, 9 fevral - Sputnik. Azərbaycanda son sutkada koronavirus infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 330 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 362 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 678 nəfər müalicə olunaraq sağalıb, 3 163 nəfər vəfat edib. Hazırda 2 521 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 960, bu günə qədər isə ümumilikdə 2 463 610 test icra olunub.

17
Şokolad

Amerikalı alimlər şokoladın daha bir faydasını üzə çıxarıblar

9
(Yenilənib 11:07 03.03.2021)
Bununla belə, alimlər xəbərdarlıq ediblər ki, şokoladı yalnız kiçik porsiyalar halında yemək lazımdır, əks halda, piylənməyə və ikinci tip şəkərli diabetə gətirib çıxara bilər.

BAKI, 2 mart — Sputnik. Şokolad insanın ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu nəticəyə Amerikanın Beylor tibb kollecinin alimləri gəliblər. Onların araşdırmasının nəticəsi "European Journal of Preventive Cardiology" jurnalında dərc olunub.

Mütəxəssislər 300 min xəstənin məlumatlarını analiz edərək şokolad istehlakı ilə koronar ürək xəstəliyi arasında əlaqə olduğunu müəyyənləşdiriblər. Həftədə ən az bir dəfə şokolad yeyən insanlarda bu xəstəliyə məruz qalma riskinin digərlərinə nisbətən 8 faiz az olduğu ortaya çıxıb. Alimlər bunu şokoladın tərkibindəki stearin turşusunun, flavonoidlər və polifenolların - ürəyi gücləndirən və "yaxşı" xolesterol səviyyəsini artıran elementlərin olması ilə əlaqələndiriblər.

Bununla belə, alimlər xəbərdarlıq ediblər ki, şokoladı yalnız kiçik porsiyalar halında yemək lazımdır, əks halda, piylənməyə və ikinci tip şəkərli diabetə gətirib çıxara bilər.

9
Teqlər:
şokolad
Fövqəladə Hallar Nazirliyinin binası, arxiv şəkli

Daha bir nazirliyin əməkdaşları peyvənd olunur

5
(Yenilənib 11:06 03.03.2021)
Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

BAKI, 3 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyi əməkdaşları COVİD-19 əleyhinə peyvənd olunur. Sputnik Azərbaycan-ın məlumatına görə, fevralın 25-də başlayan vaksinasiya nəticəsində artıq 300 nəfərdən artıq şəxs peyvənd olunub.

Qeyd edək ki, ötən ay polis əməkdaşlarının da vaksinasiyası həyata keçirilib. Xatırladaq ki, "Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası"na əsasən ilk növbədə əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının vaksinasiya edilməsi nəzərdə tutulub. Sözügedən strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

5
Nikol Paşinyan və Onik Qasparyan, arxiv şəkli

Qiyamçı general bu gün istefaya göndəriləcək

0
(Yenilənib 11:53 03.03.2021)
Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib.

BAKI, 3 mart — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan işdən çıxarılması barədə tələbi yerinə yetiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Johovurd" qəzeti məlumatlı mənbələrə istinadən xəbər verir.

"Böyük ehtimalla, Onik Qasparyan martın 4-ə dək tutduğu vəzifədən azad olunacaq", - deyə nəşr yazır.

Qəzet vurğulayır ki, son gecələri işdə keçirən Qasparyan bu gecə evinə qayıdacaq.

Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Onik Qasparyanın tutduğu vəzifədən azad olunması barədə qərar verib.

Bundan sonra Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, Baş nazir Nikol Paşinyana göndərib.

0
Teqlər:
Ermənistan, baş nazir Nikol Paşinyan