Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Azərbaycan bütün dünya dövlətlərini qabaqladı: iki vaksin birdən

615
(Yenilənib 16:00 09.02.2021)
Azərbaycan dünyada ilk olaraq "Sputnik V" və "AstraZeneca" şirkətlərinin COVID-19-a qarşı olan vaksinlərin birgə tətbiqi tədqiqatına icazə verdi

BAKI, 9 fevral — Sputnik. Azərbaycan dünyada ilk olaraq "Sputnik V" və "AstraZeneca" şirkətlərinin COVID-19-a qarşı olan vaksinlərin birgə tətbiqi tədqiqatına icazə verdi. Sputnik Azərbaycan-ın Səhiyyə Nazirliyinə istinadən xəbərinə görə, 8 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "Sputnik V" vaksininin və "AstraZeneca" şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin birgə tətbiqi üçün Azərbaycan Respublikasında kliniki tədqiqatların aparılması üçün icazə verib. Bu tədqiqatların cari ilin fevral ayının sonuna qədər başlanılması nəzərdə tutulur.

Daha əvvəl N.F.Qamaleya adına Elmi-Tədqiqat Mərkəzi, Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF), "AstraZeneca" şirkəti və "R-Pharm" Şirkətlər Qrupu koronavirus vaksininin hazırlanması sahəsində Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə 2020-ci ilin dekabrında əməkdaşlıq haqqında birgə memorandum imzalayıblar.

Dünyada vaksinlərin ilk birgə tətbiqi 24 dekabr 2020-ci ildə qeydə alınan kliniki sınaqların protokolu çərçivəsində həyata keçirilir.

Tədqiqatlar "Sputnik V" vaksininin və Oksford Universiteti ilə birgə "AstraZeneca" şirkəti tərəfindən işlənib hazırlanmış vaksinin kombinasiya edilmiş tətbiqinin immunogenliyini və təhlükəsizliyinin qiymətləndirilməsini nəzərdə tutur. Tədqiqat proqramı bir neçə ölkənin ərazisində 6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır.

"Sputnik V" vaksini haqqında:

"Sputnik V" vaksini insan adenovirusu əsasında iki inyeksiya üçün eyni vektordan istifadə edən vaksinlərlə müqayisədə daha güclü və uzunmüddətli immun cavabını təmin etməyə imkan verən iki müxtəlif vektorun kombinasiyasının unikal texnologiyasından istifadə edir. Birinci və ikinci immunizasiya üçün iki müxtəlif adenovirus vektorunun tətbiqi üzrə sxem birinci immunizasiyadan sonra formalaşan ilk vektor immunitetinin qarşısını almağa imkan verir və bununla da ikinci inyeksiyanın səmərəliliyini artırır və uzunmüddətli immunitet yaradır. O cümlədən bu sxem sayəsində "Sputnik V" vaksininin səmərəliliyi 90%-dən çox olur, bununla belə preparat xəstəliyin ağır hallarına qarşı tam müdafiəni təmin edir. Koronavirusa qarşı mövcud olan qabaqcıl vaksinlər arasında hazırda yalnız "Sputnik V" iki müxtəlif vektor texnologiyasına malikdir.

"AstraZeneca" şirkətinin vaksini haqqında:

Vaksin "Vaccitech" şirkəti ilə birlikdə Oksford Universiteti tərəfindən hazırlanmışdır. Bu şimpanzedə infeksiyaya səbəb olan adi soyuqdəymə virusunun (adenovirusun) zəifləmiş versiyası əsasında şimpanzenin replikasiya qüsurlu virus vektorundan istifadə edir və SARS-CoV-2 (severe acute respiratory syndrome coronavirus 2 – 2-ci növ koronavirusun səbəb olduğu ağır kəskin respirator sindromu) zülalının genetik materialından ibarətdir. Vaksinasiyadan sonra zülalın səthi sintezi baş verir. Bu da, bu virusun ehtimal edilən sonrakı infeksiyası zamanı SARS-CoV-2-yə qarşı immunitet reaksiyasının yaranmasına səbəb olur.

615
Teqlər:
Azərbaycan, Andres Pastrana, Opel Astra, AstraZeneca
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (40)
Məleykə Əsədova, arxiv şəkli

Peyvənd olunanlar sırasına Məleykə Əsədova da qoşuldu -VİDEO

24
"Mən koronavirusa yoluxmamışam. Özümü qorumuşam, amma nə qədər qorusaq da insanlarla ünsiyyət zamanı virusa tutula bilərik. Hər zaman sağlam olaq! Saqlamlıq həyat gözəlliyidir! "COVID-19"a son! Bu xəstəliklər dünyamızdan yox olsun"

BAKI, 5 mart — Sputnik. Xalq artisti Məleykə Əsədova peyvənd olunduğunu açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisa bu haqda "İnstagram" hesabında paylaşım edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Məleykə Əsədova (@meleykeesedovaofficial)

"Mən koronavirusa yoluxmamışam. Özümü qorumuşam, amma nə qədər qorusaq da insanlarla ünsiyyət zamanı virusa tutula bilərik. Hər zaman sağlam olaq! Saqlamlıq həyat gözəlliyidir! "COVID-19"a son! Bu xəstəliklər dünyamızdan yox olsun" deyə, M.Əsədova bildirib. O, əlavə edib ki, bacısı da peyvənd olunacaq.

Qeyd edək ki, Aktrisa Nəsimi rayonunda yerləşən 5 saylı şəhər kliniki xəstəxanasında peyvənd vurdurub.

24
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-ə yoluxanların sayı sağalanları iki dəfə üstələdi

24
Son sutka ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Aktiv xəstə sayı 3335 nəfərdir.

 

BAKI, 5 mart — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236012 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229442 nəfər müalicə olunaraq sağalıb, 3235 nəfər vəfat edib, aktiv xəstə sayı 3335 nəfərdir. Ölkədə son sutka ərzində 7779, hazırkı dövrədək isə 2635770 test aparılıb.

24
Teqlər:
statistika, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Ziyarətçilər Benksinin əsərlərinə baxırlar, arxiv şəkli

Benksinin əsərini yandırmaq üçün 95 min dollar ödədilər - VİDEO

0
(Yenilənib 00:33 06.03.2021)
"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub.

BAKI, 6 mart — Sputnik. "Injective Protocol" blokçeyn şirkəti küçə rəssamı Benksinin "Morons" rəsmini yandırmaq və rəqəmsal aktivə çevirmək üçün Nyu-York qalereyasına 95 min ABŞ dolları ödəyərək şəkli satın alıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, rəssamın özünün yaratdığı "Pest Control" agentliyi əsərin həqiqiliyini təsdiqləyib. Canlı yayımlanan yandırılma prosesindən sonra rəsm əsəri dəyişdirilə bilinməyən tokenə (NFT) çevrilib. Qeyd olunur ki, bu, əsl sənət əsərinin virtual aktivə çevrildiyi ilk haldır.

"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub. Bu, çoxlu lot ilə hərracların tətbiqinin başlanğıcı olub.

Daha əvvəl Benksinin qrafitisi olan divarın bir parçasının "altırəqəmli məbləğə" satıldığı bildirilmişdi.

0