Koronavirus testi, arxiv şəkli

Azərbaycanda daha 44 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

27
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 567, bu günə qədər isə ümumilikdə 2 45 66 50 test icra olunub

BAKI, 8 fevral - Sputnik. Azərbaycanda son sutkada koronavirus infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 198 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 348 nəfər müalicə olunaraq sağalıb, 3 161 nəfər vəfat edib. Hazırda 2 689 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 567, bu günə qədər isə ümumilikdə 2 45 66 50 test icra olunub

27
Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda da tətbiq olunan "CoronaVac" peyvəndi qədər effektlidir?

8
(Yenilənib 18:34 03.03.2021)
Türkiyədə aparılan xüsusi elmi tədqiqatdan sonra peyvənd preparatının ən çox rast gəlinən əlavə təsirləri də müəyyənləşdirilib

 

BAKI, 3 mart — Sputnik. Türkiyədə Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronaVac" peyvəndinin 3-cü faza nəticələri açıqlanıb. Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, həmin nəticələrə əsasən, "CoronaVac" preparatı COVID-19-a qarşı 83,5 faiz effektlidir. Eyni zamanda, peyvəndin yoluxmuş şəxslərin xəstəxanaya düşməsinin qarşısını 100 faiz aldığı müəyyənləşdirilib. Bu barədə elmi tədqiqat Türkiyənin Hacettepe Universitetində aparılıb.

Sputnik / ruptly / Sputnik V @sputnikvaccine / Macarıstan XİN

Yayılan məlumatda "CoronaVac" peyvəndinin əlavə təsirləri də sadalanır. Bunların sırasında birinci yeri ümumi əzginlik tutur. Peyvənd olunanların 9,8 faizində bu hal müşahidə olunub. Bundan başqa, vaksinasiya olunanlarda baş ağrısı (7,6%), əzələ ağrısı (3,8%), qızdırma (2,5 %), titrəmə (2,4%) də qeydə alınıb. Ən çox rast gəlinən lokal xarakterli əlavə təsir isə inyeksiya yerində bir müddət ağrı hissinin qalmasıdır.

Qeyd edək ki, Azərbaycanda da vaksinasiya prosesi Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronaVac" peyvəndi ilə aparılır. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən son məlumata görə, indiyə kimi ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyasına qarşı ümumilikdə 313,582 nəfər peyvəndlənmə prosesində iştirak edib. Hazırda vaksinasiya prosesi respublikanın bütün rayonlarında davam etdirilir.

 

8
Teqlər:
Sinovac Biotech, peyvənd, Koronavirus, epidemiya, COVID-19

Azərbaycanda son sutkada 319 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

25
(Yenilənib 15:16 03.03.2021)
Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir. 

BAKI, 3 mart - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir. 

Ölkədə son sutka ərzində 7 928, hazırkı dövrədək isə 2 618 808 test aparılıb.

25
Palmali Holdingin rəhbəri Mübariz Mənsimov

Mübariz Mənsimov azadlığa buraxılır? - Haqqında yeni tələb var

0
(Yenilənib 21:08 03.03.2021)
Bu il yanvarın 13-də Mübariz Mənsimovun növbəti məhkəmə iclası keçirilmiş və bu il martın 5-dək təxirə salınmışdı

BAKI, 3 mart — Sputnik. Azərbaycanlı iş adamı, Türkiyədə FETÖ ilə əlaqədə ittiham edilərək həbs olunan və İstanbul 27-ci Ağır Cəza Məhkəməsində haqqında cinayət işi açılan Mübariz Mənsimov azadlığa çıxa (ev dustaqlığına buraxıla) bilər.

Sputnik Azərbaycan Habertürk-ə istinadən bildirir ki, İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun təxliyəsini istəyib. Baş Prokurorluğun tələbnaməsində qeyd olunur: "Məhkəmə prosesinin gəldiyi mərhələ: müttəhimə cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın miqdarı, şübhəlinin həbsdə saxlanılma müddəti, həbs qətimkan tədbiri, tədbirdən gözlənilən fayda məhkəmə nəzarəti ilə əldə edilə bilər və evini tərk etməmək şərtilə məhkəmə nəzarətinin həyata keçirilməsinə qərar verilməsi tələb olunur".

Qeyd edək ki, bu il yanvarın 13-də Mübariz Mənsimovun növbəti məhkəmə iclası keçirilmiş və bu il martın 5-dək təxirə salınmışdı. 

İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən ilin mart ayında həbs edilib və onun yaşadığı evlərdə axtarış aparılıb. Türkiyə mətbuatının xəbərinə görə, onu Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

0
Teqlər:
Baş Prokurorluq, İstanbul, məhkəmə, azərbaycanlı iş adamı Mübariz Mənsimov