Afrikada koronavirus

COVID-19-a ən yüksək yoluxmanın olduğu yerlər açıqlandı

458
(Yenilənib 11:31 08.02.2021)
Aranda 13.3 faiz, Abşeronda 12.9 faiz, Gəncə-Qazaxda 8.1 faiz, Şəki-Zaqatalada 3.2 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.9 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faiz yoluxma qeydə alınıb.

BAKI, 8 fevral — Sputnik. Ölkədə koronavirusa yoluxma statistikası açıqlanıb. Sputnik Azərbaycan-ın "koronavirus.info"ya istinadən xəbərinə görə, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 52.2 faiz.

Aranda 13.3 faiz, Abşeronda 12.9 faiz, Gəncə-Qazaxda 8.1 faiz, Şəki-Zaqatalada 3.2 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.9 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faiz yoluxma qeydə alınıb.

Naxçıvanda yoluxma 0.05 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.

458
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxma sayında azalma, ölüm sayında artım baş verib

389
(Yenilənib 18:21 08.03.2021)
İndiyədək ölkədə ümumilikdə 236 963 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib. Hazırda 3 927 aktiv xəstə var.

BAKI, 8 mart - Sputnik. Azərbaycanda koronavirus infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 236 963 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib. Hazırda 3 927 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 624, bu günə qədər isə ümumilikdə 2 657 999 test icra olunub.

389
Teqlər:
Nazirlər Kabineti yanında Operativ Qərargah, yoluxma, pandemiya, Koronavirus, COVID-19
Девушка во время обеда

Qadınlar üçün ən faydalı qidalar

7
Qadın sağlamlığı üçün estrogen hormonlarının yaranması şərtdir. Onun miqdarı isə soya bitkiləri, tofu pendiri, küncüt yağı, sarıkök, qırmızı üzüm, şaftalı və sarımsaq sayəsində artır

BAKI, 8 mart - Sputnik. Qadınlar kalsiumun D vitamini ilə birlikdə qəbuluna xüsusi diqqət ayırmalıdırlar. Bu normanı qorumaq üçün rasiona treska balığının qaraciyərini, kalsiumu almaq üçün isə pendir, qatıq, süd, kəsmik və portağal şirəsini əlavə etmələri məsləhətdir.

Sputnik Azərbaycan bildirir ki, bunu "Rossiya-1"in efirində həkim və teleaparıcı Aleksandr Myasnikov sağlamlığı qorumaq üçün qadınlara gərək olan ərzaqlardan danışarkən deyib.

Myasnikov qeyd edib ki, qadın sağlamlığı üçün estrogen hormonlarının yaranması şərtdir. Onun miqdarı isə soya bitkiləri, tofu pendiri, küncüt yağı, sarıkök, qırmızı üzüm, şaftalı və sarımsaq sayəsində artır. Həmçinin rasiona kifayət qədər doymamış yağ da daxil etmək gərəkdir. 

"Daha bir faydalı ərzaq brokkolidir. O, onkoloji xəstəlikləri önləyir, kifayət qədər də müxtəlif mikroelement və vitaminlər, xüsusən foliatları ehtiva edir. Bu, çox faydalı bir şeydir, özü də qadınlarım həmişə, xüsusən hamilə olarkən ehtiyacları olan qidadır", - Myasnikov deyib.

7
Teqlər:
qadınlar, sağlamlıq, ərzaq

Gəncədə polis vətəndaşlara xəbərdarlıq edib

0
(Yenilənib 20:08 08.03.2021)
Dövlət Yol Polisi Şöbəsi qarlı havada təcrübəsi az olan sürücülərə avtomobili idarə etməməyi tövsiyə edib. 

BAKI, 8 mart - Sputnik. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi qeyri sabit hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Dövlət Yol Polisi Şöbəsi qarlı havada təcrübəsi az olan sürücülərə avtomobili idarə etməməyi tövsiyə edib: 

"Sürücülər mövcud şəraiti nəzərə alıb, şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər".

Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görüb. DYP şöbəsindən bildirib ki, sürücülər qarlı hava şəraitində sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar. Həmçinin sürücülər əyləc sistemindən istifadə edərkən yağış sularının yollarda sürüşmə şəraiti yaratdığını nəzərə almalıdır.

Hava şəraiti ilə bağlı şəhərdə avtomobillərin hərəkətində çətinlik qeyd alınmayıb. Yol polisin əməkdaşları şəhərin küçə və prospektlərində hərəkəti tənzimləyirlər. Hazırda qərb bölgəsində qarın yağması davam edir.

0