Sputnik V peyvəndi, arxiv şəkli

Avstriya kansleri Sputnik V ilə peyvəndlənmə üçün şərtini açıqlayıb

23
(Yenilənib 11:27 07.02.2021)
Kanslerin sözlərinə əsasən, vaksinasiya məsələsində ilkin planda siyasət yox, effektivlik, təhlükəsizlik və əlçatanlıq olmalıdır.

BAKI, 7 fevral - Sputnik. Avstriya kansleri Sebastyan Kurts Rusiyanın Sputnik V və Çinin CoronaVac vaksinləri ilə peyvəndlənmənin şərtlərini açıqlayıb. Sputnik Azərbaycan bu barədə Welt am Sonntag qəzetinə istinadən məlumat verir.

Kurts qeyd edib ki, əgər Avropa İttifaqı ölkələri bu vaksinləri qəbul etsələr, özünü bu peyvəndlərlə vaksinlətdirəcək. O əlavə edib ki, bu halda Avstriya ölkədə bu vaksinlərin istehsalını da təşkil edə bilər. Kanslerin sözlərinə əsasən, vaksinasiya məsələsində ilkin planda siyasət yox, effektivlik, təhlükəsizlik və əlçatanlıq olmalıdır.

Daha öncə Aİ diplomatiyasının rəhbəri Cozep Borrel Rusiyanın Sputnik V vaksini üçün Avropa İttifaqı ərazisində istifadə sertifikatı veriləcəyinə ümid etdiyini deyib.

23
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Emin Əmrullayev peyvənd olunan müəllimlərin sayını açıqladı

4
(Yenilənib 13:09 05.03.2021)
Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur

BAKI, 5 mart — Sputnik. "Artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür. Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.

Nazir qeyd edib ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir: "Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".

Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

4
Teqlər:
müəllimlər, Sinovac Biotech, vaksinasiya, Azərbaycan
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Koronavirus infeksiyasına qarşı vaksinasiya olunanların siyahıya qeyd edilməsi, arxiv şəkli

Azərbaycanda neçə nəfər peyvənd olunub?

5
(Yenilənib 12:53 05.03.2021)
Vaksinasiyada Çinin SinoVac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur. Həmçinin 400 min dozadan çox AstraZeneca vaksini sifariş edilib

BAKI, 5 mart — Sputnik. Martın 4-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 26,601 nəfər vaksinasiya olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 363,183 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya ölkənin bütün rayonlarında uğurla davam etdirilir.

Azərbaycanda 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb. Vaksinasiyada Çinin SinoVac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur. Həmçinin 400 min dozadan çox AstraZeneca vaksini sifariş edilib.

 

5
Teqlər:
ABŞ, Azərbaycan, Çin, AstraZeneca, Sinovac Biotech, vaksin, vaksinasiya, COVID-19, epidemiya, Koronavirus
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya

Yenə külək... Şənbə günü diqqətli olun

0
(Yenilənib 13:40 05.03.2021)
Sabah Abşeron yarımadasının meteohəssas insanları üçün hava əlverişsiz keçəcək - növbəti günə doğru güclü külək istiqamətini dəyişərək şimaldan əsəcək

BAKI, 5 mart — Sputnik. Azərbaycanda martın 6-da gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 9-14, Bakıda gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz təşkil edəcək. 

Martın 6-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında martın 6-da arabir güclənən cənub-qərb küləyinin 7-də güclü şimal küləyi ilə əvəz olunacağı və atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. 

0
Teqlər:
hava şəraiti, əlverişsiz, meteohəssas insanlar, duman, külək, hava proqnozu