Dərman dolu dolablar, arxiv şəkli

Bu xəstəxanalara verilən dərman sayı artırılacaq

13
Ötən il dərman vasitələrinin çeşid sayı 2019-cu illə müqayisədə artırılıb. 2020-ci ildə xəstəxanaların təchiz edildiyi dərman vasitələrinin sayı 126-dan 334-ə yüksəlib.

BAKI, 4 fevral — Sputnik. 2021-ci ildə icbari tibbi sığorta sisteminin tətbiq edildiyi ərazilərdəki xəstəxanaların təchiz edildiyi dərman vasitələrinin çeşid sayı artırılacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ötən il dərman vasitələrinin çeşid sayı 2019-cu illə müqayisədə artırılıb. 2020-ci ildə xəstəxanaların təchiz edildiyi dərman vasitələrinin sayı 126-dan 334-ə yüksəlib.

13
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxma sayında azalma, ölüm sayında artım baş verib

236
(Yenilənib 18:21 08.03.2021)
İndiyədək ölkədə ümumilikdə 236 963 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib. Hazırda 3 927 aktiv xəstə var.

BAKI, 8 mart - Sputnik. Azərbaycanda koronavirus infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 236 963 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib. Hazırda 3 927 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 624, bu günə qədər isə ümumilikdə 2 657 999 test icra olunub.

236
Teqlər:
Nazirlər Kabineti yanında Operativ Qərargah, yoluxma, pandemiya, Koronavirus, COVID-19
Девушка во время обеда

Qadınlar üçün ən faydalı qidalar

7
Qadın sağlamlığı üçün estrogen hormonlarının yaranması şərtdir. Onun miqdarı isə soya bitkiləri, tofu pendiri, küncüt yağı, sarıkök, qırmızı üzüm, şaftalı və sarımsaq sayəsində artır

BAKI, 8 mart - Sputnik. Qadınlar kalsiumun D vitamini ilə birlikdə qəbuluna xüsusi diqqət ayırmalıdırlar. Bu normanı qorumaq üçün rasiona treska balığının qaraciyərini, kalsiumu almaq üçün isə pendir, qatıq, süd, kəsmik və portağal şirəsini əlavə etmələri məsləhətdir.

Sputnik Azərbaycan bildirir ki, bunu "Rossiya-1"in efirində həkim və teleaparıcı Aleksandr Myasnikov sağlamlığı qorumaq üçün qadınlara gərək olan ərzaqlardan danışarkən deyib.

Myasnikov qeyd edib ki, qadın sağlamlığı üçün estrogen hormonlarının yaranması şərtdir. Onun miqdarı isə soya bitkiləri, tofu pendiri, küncüt yağı, sarıkök, qırmızı üzüm, şaftalı və sarımsaq sayəsində artır. Həmçinin rasiona kifayət qədər doymamış yağ da daxil etmək gərəkdir. 

"Daha bir faydalı ərzaq brokkolidir. O, onkoloji xəstəlikləri önləyir, kifayət qədər də müxtəlif mikroelement və vitaminlər, xüsusən foliatları ehtiva edir. Bu, çox faydalı bir şeydir, özü də qadınlarım həmişə, xüsusən hamilə olarkən ehtiyacları olan qidadır", - Myasnikov deyib.

7
Teqlər:
qadınlar, sağlamlıq, ərzaq

Bayram bayrama qarışıb - Bakıda Beynəlxalq Qadınlar Gününün FOTOLAR-ı

0
(Yenilənib 19:35 08.03.2021)
Buludlu hava şəraitinə baxmayaraq, bu gün "Qadınlar bayramı"nı bakılılar şəhər gəzintisi, kafe və restoranlara axışmaq, bayramlaşma, hədiyyə alıb-verməklə qeyd edir. Sputnik Azərbaycan bayram gününün Bakısından fotoreportaj hazırlayıb.

Pandemiya ilə bağlı karantin dövrünün bir sıra qaydaları qüvvədə olsa da, Bakıda 8 Mart Beynəlxalq Qadınlar günü gəzintilər və bol buketlərlə qeyd olunur. Əlbəttə ki, gözəl bir gül buketi sizi ən buludlu gündə də sevindirəcək və üzünüzə təbəssüm qonduracaq. 

Ənənəvi olaraq bu gün şəhərin hər yerində əllərində sevgililəri və sevdikləri üçün gül buketləri və hədiyyələr olan kişiləri görə bilərsiz.

Küçədə çiçək və hədiyyəlik əşyalar satanlar üçün də bu gün əsl bayramdır. Çünki çoxdandır pandemiya səbəbindən toy, nişan, ad günü, bayram mərasimləri olmadığı üçün, onların alveri o qədər də yaxşı getməyib. 

Sputnik Azərbaycan oxucularını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və bayram əhval-ruhiyyəsini fotolentlə bölüşür.

0
  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il