Azərbaycanda koronavirusa yoluxma yenə artır

34
(Yenilənib 17:47 03.02.2021)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 198, bu günə qədər isə ümumilikdə 2 426 945 test icra olunub.

BAKI, 3 fevral — Sputnik. Azərbaycanda son sutkada koronavirusa 162 yeni yoluxma faktı qeydə alınıb, 361 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada 4 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 230 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 168 nəfər müalicə olunaraq sağalıb, 3 145 nəfər vəfat edib. Hazırda 3 304 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 198, bu günə qədər isə ümumilikdə 2 426 945 test icra olunub.

34
Teqlər:
ölənlər, yoluxma, statistika, Azərbaycan, test, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (410)
Afrikada koronavirus

ÜST koronavirus haqda: Vəziyyət ərəbcədir azalır, amma yayılır

12
(Yenilənib 16:03 24.02.2021)
Dünyada koronavirusa yoluxma hallarının sayında altı həftədir ki, azalma qeydə alınır: Ötən həftə 2,4 milyon yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki həftədən 11% azdır.

BAKI, 24 fevral — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı, həmçinin ondan ölənlərin sayı azalmağa davam edir, lakin koronavirus mutasiyasının aşkarlandığı ölkələrin sayı artır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında yerləşdirilib.

"Dünyada koronavirusa yoluxma hallarının sayında altı həftədir ki, azalma qeydə alınır: Ötən həftə 2,4 milyon yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki həftədən 11% azdır. Yeni ölüm faktlarında da azalma qeydə alınır. Belə ki, ötən həftə təxminən 66 min yeni ölüm faktı qeydə alınıb ki, bu da ondan əvvəlki həftə ilə müqayisədə 20% çoxdur", - deyə ÜST-ün məlumatında bildirilir.

Bu arada ÜST bildirir ki, koronavirusun yeni ştamları yayılmağa davam edir. Son məlumatlara görə, "Britaniya" ştammı artıq 101 ölkədə, "Cənubi Afrika" ştammı 51, "Braziliya" ştammı isə 29 ölkədə qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 112,1 milyonu keçib, 2,48 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

12
Teqlər:
ÜST, pandemiya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası

Azərbaycanda koronavirusa yoluxma yenidən artdı

41
İndiyədək ölkədə ümumilikdə 233 644 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 157 nəfər müalicə olunaraq sağalıb, 3 206 nəfər vəfat edib

BAKI, 24 fevral - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 644 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 157 nəfər müalicə olunaraq sağalıb, 3 206 nəfər vəfat edib, aktiv xəstə sayı 2 281 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 915, ötən müddət ərzində isə ümumilikdə 2 571 016 test aparılıb.

41
Teqlər:
statistika, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (410)
Yanğınsöndürənlər, arxiv şəkli

Evləri yanan köçkünlər harada qalacaqlar? "Qaçqınkom"dan açıqlama

0
(Yenilənib 01:00 25.02.2021)
Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar.

BAKI, 25 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, fevralın 24-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb: "Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində ümumilikdə 17 mənzilə ziyan dəyib.

Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.

Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq".

0