BAKI, 1 fevral — Sputnik. Son günlər bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən koronaviruslu (COVID-19) xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır. Bu barədə Sputnik Azərbaycan-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi bu məlumatları qəti şəkildə təkzib edir: "Kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırır, ictimaiyyətdən isə yalnız rəsmi məlumatlara etibar etməyi xahiş edirik".
BAKI, 5 mart — Sputnik. Xalq artisti Məleykə Əsədova peyvənd olunduğunu açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, aktrisa bu haqda "İnstagram" hesabında paylaşım edib.
Посмотреть эту публикацию в Instagram
"Mən koronavirusa yoluxmamışam. Özümü qorumuşam, amma nə qədər qorusaq da insanlarla ünsiyyət zamanı virusa tutula bilərik. Hər zaman sağlam olaq! Saqlamlıq həyat gözəlliyidir! "COVID-19"a son! Bu xəstəliklər dünyamızdan yox olsun" deyə, M.Əsədova bildirib. O, əlavə edib ki, bacısı da peyvənd olunacaq.
Qeyd edək ki, Aktrisa Nəsimi rayonunda yerləşən 5 saylı şəhər kliniki xəstəxanasında peyvənd vurdurub.
BAKI, 5 mart — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 236012 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229442 nəfər müalicə olunaraq sağalıb, 3235 nəfər vəfat edib, aktiv xəstə sayı 3335 nəfərdir. Ölkədə son sutka ərzində 7779, hazırkı dövrədək isə 2635770 test aparılıb.
BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.
Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.
Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.